Bildiririk ki, Azərbaycan Respublikası
Prezidentinin "Ən yaxşı ümumtəhsil məktəbi və ən
yaxşı müəllim mükafatlarının təsis edilməsi
haqqında" 4 sentyabr 2007-ci il tarixli, 2373
nömrəli Sərəncamını rəhbər tutaraq 2010-2011-ci
dərs ilində "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən
yaxşı müəllim" müsabiqələrinin keçirilməsi ilə
bağlı hazırlıq işlərinə başlanmışdır.
Bildiririk ki, müsabiqələrdə iştirak üçün
sənədlərin qəbulu 2010-cu il sentyabrın 20-dən
başlanıb 2010-cu il oktyabrın 20-dək
yekunlaşdırılacaqdır**. Müsabiqədə iştirak etmək
istəyənlər tərəfindən Təşkilat Komitəsinə
aşağıdakı sənədlər təqdim olunmalıdır:
"Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsi üzrə
1. Müsabiqədə iştirakla bağlı məktəb direktoru
və məktəb həmkarlar təşkilatı sədrinin təhsil
şöbəsində (idarəsində) qeydiyyata alınmış birgə
ərizəsi (forma əlavə edilir) əsasında rayon
(şəhər) təhsil şöbəsi (idarəsi) müdirinin və
TİAHİ rayon təşkilatı sədrinin həmin məktəbin
müsabiqədə iştirakının irəli sürülməsi haqqında
Təşkilat Komitəsinə birgə təqdimatı (forma əlavə
olunur)***.
2. Müsabiqədə iştirakla bağlı müəyyən edilmiş
şərtlərə məktəbin fəaliyyətinin uyğunluğu
haqqında məlumat (müvafiq forma üzrə şərtlər
əlavə olunur).
3. Şərtlərlə əlaqədar məktəbin göstəricilərini
təsdiq edən sənədlərin kserosurətləri (məktəbin
direktoru tərəfindən təsdiq edilir).
4. Son 3 ildə məktəbdə təhsil və əmək
qanunvericiliyinə, təhlükəsizlik və sanitar
tələblərə əməl olunması vəziyyəti barədə məktəb
direktorunun arayışı (yerli həmkarlar
təşkilatının rəsmi sənədləri əsasında yazılır və
həmin sənədlərin kserosurətləri əlavə olunur).
5. Məktəbin fəaliyyəti haqqında R(Ş)TŞ(İ)
müdirinin qısa arayışı.
2, 3, 4 və 5-ci bəndlərdə göstərilən tələblərə
riayət edilməklə məktəb direktoru və məktəb
həmkarlar təşkilatının sədri müsabiqədə iştirak
üçün Təşkilat Komitəsinə birbaşa da müraciət edə
bilər.
"Ən yaxşı müəllim" müsabiqəsi üzrə****
1. Müsabiqədə iştirak etmək istəməsi barədə
müəllimin Təşkilat Komitəsinə ərizəsi (forma
əlavə olunur).
2. Müsabiqədə iştirakla bağlı müəyyən edilmiş
şərtlərə müəllimin fəaliyyətinin uyğunluğu
haqqında məlumat (müvafiq forma üzrə şərtlər
əlavə olunur).
3. Şərtlərlə əlaqədar müəllimin göstəricilərini
təsdiq edən sənədlərin kserosurətləri (məktəb
direktoru tərəfindən təsdiq edilir).
4. Müəllim haqqında məktəb direktoru və məktəb
həmkarlar təşkilatı sədrinin qısa
xasiyyətnaməsi.
* Naxçıvan MR-də müsabiqələr bilavasitə muxtar
respublikanın Təhsil Nazirliyi tərəfindən təşkil
olunur.
** Müəyyən olunmuş müddətdən sonra Təşkilat
Komitəsinə daxil olan sənədlər qəbul
edilməyəcəkdir.
*** Rayon (şəhər) tabeliyi olmayan ümumi təhsil
müəssisələrinin direktorları Təşkilat Komitəsinə
birbaşa müraciət edirlər.
**** Əsas iş yeri ümumtəhsil məktəbi olan və
müəllim işləyənlər (Azərbaycan Respublikası
Prezidentinin fərdi təqaüdünü alan müəllimlər,
habelə direktor, direktor müavinləri və məktəb
psixoloqları istisna olunmaqla) iştirak edə
bilərlər.
Təşkilat Komitəsi |