Təhsil müəssisələrində çalışan işçilərin sosial
müdafiəsini daha da gücləndirmək və onlara
dövlət qayğısını artırmaq məqsədi ilə
QƏRARA ALIRAM:
1. Dövlət büdcəsindən maliyyələşdirilən təhsil
müəssisələrində (ali təhsil müəssisələri istisna
olmaqla) çalışan işçilərin Vahid Tarif
Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə
(tarif) maaşları 2010-cu il sentyabrın 1-dən
orta hesabla 10 faiz artırılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti
bu Sərəncamdan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 sentyabr 2010-cu il
|