Rusiya Federasiyasının Prezidenti Dmitri
Medvedevi Azərbaycana rəsmi səfərində müşayiət
edən nümayəndə heyətinin tərkibində
M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin (MDU) rektoru, Rusiya Elmlər
Akademiyasının vitse-prezidenti, akademik Viktor
Sadovniçi də Bakıya gəlmişdir.
Viktor Sadovniçi sentyabrın 2-də MDU-nun Bakı
filialında olmuş, bu ali məktəbin rektoru,
professor Nərgiz Paşayeva ilə görüşmüşdür.
Professor N.Paşayeva filialın fəaliyyətindən
danışmış, tələbələrin sayının artıq 263 nəfərə
çatdığını qeyd etmiş və fəaliyyətində MDU-nun
dəstəyini həmişə hiss etdiyini bildirmişdir.
Bakı filialının rektoru belə görüşlərin
vacibliyini xüsusi qeyd etmişdir.
Universitetlə filial arasında əməkdaşlığın
perspektivlərindən danışan akademik Viktor
Sadovniçi Bakı filialının tələbələri üçün "XXI
əsrin universiteti" adlı kitablar gətirdiyini,
sentyabrın 1-də bu kitabdan MDU-nun bütün
birinci kurs tələbələrinin də aldığını
bildirmişdir.
Görüşdə Nərgiz Paşayeva fərqlənən tələbələr üçün
xüsusi təqaüdün təsis edilməsini və onun
"Lomonosov təqaüdü" adlandırılmasını təklif
etmişdir.
MDU-nun Bakı filialının fəaliyyətini yüksək
qiymətləndirən V.Sadovniçi burada həm təhsilin,
həm də təşkilati məsələlərin ən müasir səviyyədə
qurulduğunu vurğulamışdır.
AzərTAc |