Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

9 Sentyabr 2010 - ¹35

 

Azərbaycan Respublikası təhsil nazirinin 2.9.2010-cu il tarixli, 1200 nömrəli əmrinin icrası barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri

Bookmark and Share

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə verilmiş 30.6.2005-ci il tarixli, 003283 nömrəli xüsusi razılığın (lisenziya) qüvvədəolma müddətinin uzadılmaması barədə Azərbaycan Respublikası təhsil nazirinin 2.9.2010-cu il tarixli, 1200 nömrəli əmrinin icrası ilə bağlı 

ƏMR EDİRƏM: 

1. Təhsil Nazirliyinin məlumat bankında adları olan Azərbaycan Beynəlxalq Universiteti tələbələrinin aşağıda göstərilən ali təhsil müəssisələrində təhsillərini davam etdirmələri təmin edilsin:

- "Riyaziyyat və informatika", "müalicə işi", "pediatriya", "hüquqşünaslıq", "neft və qaz yataqlarının işlənməsi və istismarı", "ekologiya", "aqronomluq", "stomatologiya" və "tibbi biologiya" ixtisaslarında təhsil alan tələbələr - "Odlar Yurdu" Universitetində;

- "Turizm və sosial-mədəni servis xidməti", "dekorativ tətbiqi incəsənət və xalq sənəti", "maliyyə və kredit" və "dövlət və bələdiyyə idarəetməsi" ixtisaslarında təhsil alan tələbələr - Azərbaycan Kooperasiya Universitetində;

- "İbtidai təhsilin pedaqogika və metodikası" və "məktəbəqədər təhsilin pedaqogika və metodikası" ixtisaslarında təhsil alan tələbələr - Bakı Qızlar Universitetində;

- "Beynəlxalq iqtisadi münasibətlər" və "regionşünaslıq" ixtisaslarında təhsil alan tələbələr - Azərbaycan İctimai-Siyasi Universitetində;

- "Tarix və ictimaiyyat"  ixtisasında  təhsil  alan tələbələr - Bakı Asiya Universitetində;

- "Gömrük işinin təşkili" və "vergi işinin təşkili və idarəedilməsi" ixtisaslarında təhsil alan tələbələr - Bakı Biznes Universitetində;

- "Xarici dil (ingilis dili)" və "jurnalistika" ixtisaslarında təhsil alan tələbələr - Bakı Avrasiya Universitetində;

- "Nəqliyyatda daşınmaların və idarəetmənin təşkili", "sənaye və mülki tikinti" və "bədən  tərbiyəsi və idman" ixtisaslarında təhsil alan tələbələr - Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetində;

- "İqtisadiyyatın hüquqi tənzimlənməsi" ixtisasında təhsil alan tələbələr - Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında.

2. Qüvvədəolma müddəti bitdiyi üçün lisenziyası etibarsız hesab edilmiş Azərbaycan Beynəlxalq Universitetinə mövcud qanunvericiliyin tələbləri gözlənilməklə daxil olan tələbələrin digər özəl ali məktəblərə köçürülməsini, 1.9.2010-cu il tarixə qədər təhsili başa çatan, hazırda müxtəlif səbəblərdən təhsilində fasilə yaranan şəxslər barədə məlumatın hazırlanmasını, təhsillə bağlı sənədlərin təhvil alınaraq arxivə verilməsini təmin etmək və digər məsələlərin həlli ilə bağlı təkliflər hazırlamaq məqsədilə aşağıdakı tərkibdə təhvil-təslim komissiyası yaradılsın:

  Nəzakət Hacıyeva   - Aparatın rəhbərinin müavini;  
  Mircəfər Nəbiyev - Xüsusi şöbənin müdiri;  
  Elmir Həsənov - Hüquq sektorunun müdiri;  
  İlyar Vahabov  - Aparatın baş məsləhətçisi;  
  Natiq İbrahimov  - Ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi;  
  Nizami Süleymanov  - Azərbaycan Beynəlxalq Universitetinin tədris işləri üzrə prorektoru.  

3. Təhvil-təslim komissiyasına tapşırılsın:

3.1. Tələbələrin ali məktəbə qəbul olunmaları barədə sənədlərin, şəxsi işlərin və qiymət kitabçalarından çıxarışların universitetin rəhbərliyi ilə birlikdə vaxtında hazırlanıb tələbələrə verilməsini təmin etsinlər.

3.2. Universitetin məzunları üçün Təhsil Nazirliyindən alınmış diplomların saxlanılması, doldurulması, verilməsi və uçotu vəziyyətini və digər məsələləri araşdırsınlar.

3.3. Akademik məzuniyyətdə olan və ya müxtəlif səbəblərdən ali məktəbdən xaric olunmuş tələbələr barədə müvafiq məlumat hazırlasınlar.

3.4. Köçürülmə və təhvil-təslim zamanı şikayəti olan tələbə və valideynləri qəbul edib, məsələni yerində araşdıraraq müvafiq izahat versinlər.

3.5. Azərbaycan Beynəlxalq Universiteti tərəfindən təhsillə bağlı təqdim olunmuş sənədləri təhvil alsınlar.

3.6. Görülən işlər barədə mütəmadi olaraq Aparat rəhbərinə rəsmi məlumat hazırlasınlar.

4. Fəaliyyəti dayandırılmış ABU-nun rəhbərliyi (E.Abdullayev):

4.1. Təhsil Nazirliyi tərəfindən Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə verilmiş 30.6.2005-ci il tarixli, 003283 nömrəli xüsusi razılığın (lisenziya) əslini Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim etsin.

4.2. 1.9.2010-cu il tarixə qədər Azərbaycan Beynəlxalq Universitetində təhsil alan, təhsili başa çatan, hazırda müxtəlif səbəblərdən təhsilində fasilə yaranan şəxslər barədə siyahını və məlumatı bir daha dəqiqləşdirərək təhvil-təslim komissiyasına təqdim etsin.

4.3. Təhsillə bağlı aşağıdakı sənədləri tam qaydaya salıb Təhsil Nazirliyinin arxivinə vermək üçün komissiyaya təhvil versin:

- tələbələrin ali məktəbə qəbul edilmələri, kursdan-kursa keçirilmələri, xaric olunmaları, akademik məzuniyyət verilmələr, ali məktəbin fəaliyyəti ilə bağlı əmr kitablarını;

- imtahan-məqbul cədvəllərini;

- göndəriş vərəqələrini;

- dərs jurnallarını;

- doldurulmuş və doldurulmamış akademik arayış və diplom blanklarını;

- diplom blanklarının alınması, verilməsi və qeydiyyatı jurnallarını;

- əməkdaşların işə qəbul edilməsi və azad olunması, analıq məzuniyyətinə göndərilməsi barədə əmr kitablarını;

- əməkdaşların şəxsi işlərini;

- əmək müqavilələrini;

- digər arxiv sənədlərini.

4.4. Cari ildə ali məktəbi bitirmiş və müvəffəqiyyətlə yekun dövlət attestasiya sınaqlarından keçmiş şəxslərə diplom verilməsi ilə bağlı nazirliyə müraciət edib, 10 gün müddətinə bu məzunlara diplomların verilməsini təmin etsin.

5. Tələbələrin köçürüldüyü ali təhsil müəssisələrinin rəhbərlərinə tapşırılsın:

5.1. 2010-2011-ci tədris ili başlanana qədər tələbələrin şəxsi işlərini və qiymət kitabçalarından çıxarışlarını qəbul etmək, köçürüldüyü ali məktəbin tədris planına müvafiq olaraq fənn fərqlərinin olub-olmamasını və təhsillərini hansı kursda davam etdirmələrini müəyyənləşdirmək məqsədi ilə müvafiq əmrlə xüsusi qəbul komissiyası yaratsınlar.

5.2. Tələbələrin köçürülməsi ilə bağlı əmr verilən zaman yaradılan qəbul komissiyasının rəyini əsas tutsunlar.

5.3. Tələbələrin fənn fərqlərini semestrin sonuna qədər vermələri üçün şərait yaratsınlar.

5.4. Fəaliyyəti dayandırılan universitetin pedaqoji kadrlarını imkan daxilində işlə təmin etsinlər.

6. Aparata (İ.Pirməmmədov) və Ali və orta ixtisas təhsili şöbəsinə (İ.Mustafayev) tapşırılsın:

6.1. Təhsil Nazirliyinin məlumat bankına uyğun olaraq, mövcud qanunvericiliyin tələbləri gözlənilməklə, ABU-ya qəbul olunan və köçürülən tələbələrin ixtisaslar və kurslar üzrə adlı siyahısını müvafiq ali məktəblərə təqdim etsinlər.

6.2. Tələbələrin köçürülmələrinin cari dərs ilinin başlanğıcına qədər başa çatdırılması ilə bağlı müvafiq tədbirlər görsünlər.

6.3. Lazım gəldikdə təhvil-təslim komissiyasının üzvlərinin ali məktəblərdə yaradılan qəbul komissiyasında iştirakını təmin etsinlər.

6.4. Aidiyyəti özəl ali məktəb rəhbərləri ilə birlikdə tələbələrin köçürülməsi ilə bağlı əmrdən irəli gələn digər tədbirləri həyata keçirsinlər.

7. Nazirliyin müvafiq idarə və şöbələri bu əmrdən irəli gələn digər tədbirləri həyata keçirsinlər.

8. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm. 

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
8 sentyabr 2010-cu il

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Qanunvericilik" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

9 Sentyabr 2010 - ¹35

Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikası təhsil nazirinin 2.9.2010-cu il tarixli, 1200 nömrəli əmrinin icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
İşçi qrupunun yaradılması haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Təşkilat Komitəsinin yaradılması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
2010-2011-ci dərs ilində "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Naxçıvan MR Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə, bilavasitə nazirlik tabeliyindəki ümumi təhsil müəssisələrinə
 
Rusiya Prezidenti Dmitri Medvedevə Bakı Dövlət Universitetinin fəxri doktoru adı verilib
 
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Türkiyənin Bilkənd Universitetinin rektoru Əli Doğramacı ilə görüşüb
 
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru V.Sadovniçi bu ali məktəbin Bakı filialında olub
 
Faktlar, rəqəmlər
 
Dərsliklərlə təminat
 
Səbail rayonunun Badamdar qəsəbəsindəki 236 nömrəli məktəb Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib
 
Sentyabrın 4-də paytaxtın "Gülüstan" sarayında təhsil işçilərinin ənənəvi respublika konfransı keçirildi.
 
Bakı şəhəri təhsil işçilərinin konfransı
 
Sumqayıt müəllimlərinin ənənəvi sentyabr konfransı
 
Naxçıvan MR Təhsil Nazirliyinə*, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə,  rayon (şəhər) təhsil şöbələrinə, bilavasitə nazirlik tabeliyindəki ümumi təhsil müəssisələrinə
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Şamaxı təhsilinin tarixi: mənbələr, faktlar
 
Şəkidə təzə məktəb korpusu tikilib
 
Yeni dərs ilinə hazırlıq işləri görülür
 
"İntel"in kursları müəllimlər üçün faydalıdır
 
Dünya universitetləri: Monaş Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov