Respublika Şahmat Mərkəzində 8-18 yaşadək qızlar
və oğlanlar arasında ölkə çempionatı davam edir.
Hər yaş qrupunda 12 şahmatçı mübarizə aparır.
Artıq 6 turun görüşləri keçirilib. Hər yaş
qrupunda çempion adını qazanan şahmatçılar
Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat
Federasiyasının xətti ilə öz yaş qruplarında
dünya çempionatına, gümüş medalın sahibləri isə
Avropa çempionatına vəsiqə əldə edəcəklər.
Azərbaycan çempionatına aprelin 2-də yekun
vurulacaq.
ƏDALƏT |