Azərbaycanın azadlığı, bütövlüyü uğrunda şəhid
olan vətən oğulları unudulmur. Bakıdakı 157
nömrəli məktəbdə belə qəhrəman oğullardan biri -
şəhid Famil İsgəndərovun anadan olmasının 35
illiyi qeyd olunub.
Şəhid Famil İsgəndərovun adını daşıdığı məktəbin
həyətində büstünün ziyarət edilməsindən sonra
Azərbaycanın Milli Qəhrəmanı ilə bağlı təşkil
edilən sərgiyə baxış keçirilib.Tədbir
iştirakçılarına məlumat verən məktəbin direktoru
Gülayə Səttarova bildirib ki, burada şəhidin
təhsil aldığı illərdə yazdığı inşa yazıları,
fotoşəkilləri nümayiş etdirilir. Dövlət himninin
oxunması və vətənimizin azadlığı, ərazi
bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların
xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi
ilə başlayan tədbirdə bir daha vurğulanıb ki,
Azərbaycanda bu gün hökm sürən sabitliyin,
əmin-amanlığın yaranmasında böyük xidmətləri
olan ümummilli lider Neydər Əliyevin siyasi
kursunu Prezident İlham Əliyev uğurla davam
etdirir. Ulu öndər Neydər Əliyevin fərmanı ilə
Famil İsgəndərova Azərbaycanın Milli Qəhrəmanı
adı verilib.
Məktəbdə şagirdlərin hərbi-vətənrərvərlik
ruhunda tərbiyəsinə xüsusi diqqət yetirildiyini
vurğulayan direktor bildirdi ki, təhsil
ocağında Famil İsgəndərov həftəsi keçirilir.
Nəftə çərçivəsində şagirdlərə Milli Qəhrəmanın
həyat yolu barədə məlumat verilir, inşa
yazılarına baxış keçirilir.
Daha sonra Famil İsgəndərovun sinif rəhbəri
Fazilə Qaimova, Şəhid Anaları Cəmiyyəti Binəqədi
rayon şöbəsinin rəhbəri Dilarə Cabbarova,
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının
müavini Eldar Ağayev çıxış edərək Famil
İsgəndərovun döyüş yolu barədə məlumat verib,
onun şücaətindən və qəhrəmanlığından söz
açıblar.
Şəhidin ailə üzvləri çıxış edərək tədbirin
təşkilinə görə təşəkkürlərini bildiriblər.
Rəşad ZİYADOV |