Gəncədəki Mir Cəlal Paşayev adına 39 nömrəli
orta məktəbdə görkəmli şərqşünas alim, professor
Aida İmanquliyevanın həyat və fəaliyyətini əks
etdirən xatirə otağı yaradılmışdır.
Otaqda Aida İmanquliyevanın şərqşünaslıq elminə
bəxş etdiyi töhfələr, eləcə də onun Azərbaycanda
bu elmin inkişafındakı xidmətləri geniş şəkildə
öz əksini tapmışdır.
Məktəbin direktoru Zakir Hüseynov demişdir ki,
xatirə otağının yaradılmasında əsas məqsəd
görkəmli alimin irsini təbliğ etməklə yanaşı, bu
elmi məktəblilərə sevdirməkdir. |