Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

2 Aprel 2010 - ¹12

 

"Şagird nailiyyətlərinin monitorinqi və qiymətləndirilməsi" mövzusunda seminar

Bookmark and Share

 Martın 30-da Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda "Şagird  nailiyyətlərinin  monitorinqi və qiymətləndirilməsi" mövzusunda  üçüncü ümumrespublika seminarı keçirildi. Tədbiri giriş sözü ilə açan TPİ-nin direktoru, professor Abdulla Mehrabov keçirilən seminarın  əhəmiyyəti haqqında məlumat verdi. Sonra   TPİ-nin Kurikulum Mərkəzinin koordinatoru, pedaqoji elmlər namizədi İlham  Cavadov çıxış edərək  şagird  nailiyyətlərinin qiymətləndirilməsinin strateji sahə kimi müəyyənləşdirilməsinin vacib olduğunu xüsusi qeyd etdi. 

Qiymətləndirmə ilə bağlı normativ-hüquqi sənədlər haqqında danışan İ.Cavadov həm də  Azərbaycan Respublikasında Ümumi Təhsilin Konsepsiyasında qiymətləndirmənin üç növü - beynəlxalq qiymətləndirmə, milli qiymətləndirmə və məktəbdaxili qiymətləndirmədən söz açdı. Qeyd edildi ki, beynəlxalq qiymətləndirmə hər üç  ildən bir seçmə yolla  15 yaşlı şagirdlərin təlim  göstəriciləri əsasında təhsilin vəziyyəti barədə  təsəvvür əldə etmək və perspektiv inkişaf istiqamətlərini proqnozlaşdırmaq  məqsədi ilə aparılır.

Milli qiymətləndirmə 4-5 ildən bir təhsil prosesinin təşkili, planlaşdırılması haqqında toplanmış məlumatlar vasitəsilə kurikulumun keyfiyyətini və  təhsil sistemində baş verən dəyişiklikləri dəyərləndirmək məqsədilə yerinə yetirilir.

 Məktəbdaxili qiymətləndirmə isə üç komponentdən ibarətdir ki, burada şagird irəliləyişlərinin monitorinqi - məktəb səviyyəsində, müəllimlər  və məktəb rəhbərliyi tərəfindən həyata keçirilir.

Nəhayət, təhsil pillələri  üzrə yekun qiymətləndirmə - mərkəzləşdirilmiş  qaydada aparılan buraxılış imtahanları  formasında həyata keçirilir.

Seminarda Təhsil Nazirliyinin nümayəndəsi Nəbi Mahmudov,  Kurikulum Mərkəzinin direktoru, pedaqoji elmlər namizədi Ənvər Abbasov, orta məktəb müəllimlərindən Kəbutər Səfərova (Bakı), Məhsəti Hacıyeva (Zaqatala) və başqalarının da çıxışları  oldu. Tədbir diskussiya şəklində başa çatdı. 

Şakir CƏFƏROV

 
  Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
2 Aprel 2010 - ¹12
Azərbaycanlı müəllim Avropanın 20 ən yaxşı innovativ müəllimi sırasına daxil oldu
 
Məktəblilərin 44-cü Beynəlxalq Mendeleyev Olimpiadası Bakıda keçiriləcək
 
Təhsil Nazirliyi növbəti yoxlama imtahanları keçirəcək
 
Gəncədə şərqşünas alim Aida İmanquliyevanın xatirə otağı yaradılıb
 
Zərdabda daha bir məktəb binası inşa olunur
 
Amerikalı şagirdlər Bakı Şəhəri üzrə Təhsil İdarəsində olublar
 
Azərbaycan dili Fransada tədris edilir
 
Şagirdlər bilik və bacarıqlarını nümayiş etdiriblər
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Təhsil Nazirliyində müşavirə
 
Doktorantların və gənc tədqiqatçıların XIV Respublika elmi konfransında fərqlənmiş iştirakçılar mükafatlandırıldılar
 
"Erməni genosidi" mövzusunda rəsm müsabiqəsinə yekun vuruldu
 
Azərbaycan Müəllimlər İnstitutunun bir qrup əməkdaşına mükafatlar təqdim olunub
 
Təhsil müəssisələrində soyqırımı qurbanlarının xatirəsi anıldı
 
Neft-kimya sənayesinin elmi-texnoloji təminatına böyük töhfələr verən institut
 
Dünya ölkələrində milli mühasibat uçotu sistemləri və Azərbaycanda beynəlxalq uçot standartlarının tətbiqi
 
Zəhmətin bəhrəsi, illərin töhfəsi...
 
"Şagirdlərimdən çox razıyam"
 
"Şagird nailiyyətlərinin monitorinqi və qiymətləndirilməsi" mövzusunda seminar
 
ATU-nun professoru məktəb VMA-nın prezidenti seçildi
 
Nazim Hikmət irsinə dünyəvi baxış
 
Milli Qəhrəmanın xatirəsi anılıb
 
Sumqayıt Dövlət Universitetinin tələbəsi dünya çempionu oldu
 
Rumıniyada azərbaycanlı gənclərin kitablarının təqdimatı olub
 
Şahmat üzrə ölkə çempionatı
 
Sinqapur Milli Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov