Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

2 Aprel 2010 - ¹12

 

"Erməni genosidi" mövzusunda rəsm müsabiqəsinə yekun vuruldu

Bookmark and Share

Martın 31-də Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının "Uşaq dünyası" qalereyasında Azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş soyqırımlara həsr olunmuş "Erməni genosidi" mövzusunda respublika rəsm müsabiqəsinin yekunu ilə bağlı tədbir keçirildi. Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş müsabiqəyə respublikanın ali, orta ixtisas, peşə təhsili müəssisələrinin və ümumtəhsil məktəblərinin tələbə və şagirdlərinin təqdim etdikləri 400-ə yaxın rəsm əsərindən 250-si Respublika Rəssamlıq Akademiyasının mütəxəssisləri tərəfindən seçilmişdir. Növbəti seçimdə isə 36 rəsm əsəri I, II və III yerlərə layiq görülmüşdür.

Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Elmar Qasımov bildirdi ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlar XX əsrin ən dəhşətli faciələrindəndir. Belə faciələr müəyyən dövrlərdə respublikamızın müxtəlif bölgələrində sistemli şəkildə törədilmişdir. Həmin soyqırımların izləri hələ də açılmaqdadır. Nazir müavini qeyd etdi ki, Qubadakı kütləvi məzarlıq erməni vəhşiliyi və vandalizmini açıq şəkildə sübut edir. Elmar Qasımov dəhşətli soyqırımların tez-tez xatırlanması və mahiyyətinin daha dərindən öyrənilməsi üçün belə tədbirlərin keçirilməsinin zəruriliyini bildirdi. O, qeyd etdi ki, bu qalereyadakı rəsm əsərləri erməni vəhşiliyinə qarşı nifrəti əks etdirməklə yanaşı, həm də gənclərdə vətənpərvərlik ruhunun yüksək dərəcədə olduğunu göstərir. 31 mart 1918-ci ildə ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımına ümummilli liderimiz Heydər Əliyev 1998-ci ildə siyasi və hüquqi qiymət verərək tarixi fərman imzalamışdır. Bildirildi ki, soyqırımlar dünyanın bütün xalqlarının diqqətinə çatdırılmalı və bu işdə hər bir azərbaycanlı öz köməyini əsirgəməməlidir.

Sonra respublika Ailə, qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxış edərək ermənilərin tarix boyu azərbaycanlılara qarşı yeritdiyi məkrli siyasətdən söz açdı. Qeyd etdi ki, bu soyqırımlar zamanı qadın və körpələr, şikəst və qocalar öldürülmüşdür. O, soyqırımın fəsadlarının hələ də davam etdiyini və insanlarda psixoloji problemlər yaratdığını vurğulayaraq, günahkarların tezliklə cəzalanacağına ümid etdiyini bildirdi. A.Sofiyeva belə müsabiqələrin və tədbirlərin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirərək, təhsil naziri Misir Mərdanova və təhsil ictimaiyyətinə minnətdarlığını bildirdi.

Sonda müsabiqənin qaliblərinə Təhsil Nazirliyi tərəfindən diplom və hədiyyələr verildi.

İştirakçılar erməni vəhşiliyini  əks etdirən rəsm əsərlərinə baxdılar. 

Niyazi RƏHİMOV

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
2 Aprel 2010 - ¹12
Azərbaycanlı müəllim Avropanın 20 ən yaxşı innovativ müəllimi sırasına daxil oldu
 
Məktəblilərin 44-cü Beynəlxalq Mendeleyev Olimpiadası Bakıda keçiriləcək
 
Təhsil Nazirliyi növbəti yoxlama imtahanları keçirəcək
 
Gəncədə şərqşünas alim Aida İmanquliyevanın xatirə otağı yaradılıb
 
Zərdabda daha bir məktəb binası inşa olunur
 
Amerikalı şagirdlər Bakı Şəhəri üzrə Təhsil İdarəsində olublar
 
Azərbaycan dili Fransada tədris edilir
 
Şagirdlər bilik və bacarıqlarını nümayiş etdiriblər
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Təhsil Nazirliyində müşavirə
 
Doktorantların və gənc tədqiqatçıların XIV Respublika elmi konfransında fərqlənmiş iştirakçılar mükafatlandırıldılar
 
"Erməni genosidi" mövzusunda rəsm müsabiqəsinə yekun vuruldu
 
Azərbaycan Müəllimlər İnstitutunun bir qrup əməkdaşına mükafatlar təqdim olunub
 
Təhsil müəssisələrində soyqırımı qurbanlarının xatirəsi anıldı
 
Neft-kimya sənayesinin elmi-texnoloji təminatına böyük töhfələr verən institut
 
Dünya ölkələrində milli mühasibat uçotu sistemləri və Azərbaycanda beynəlxalq uçot standartlarının tətbiqi
 
Zəhmətin bəhrəsi, illərin töhfəsi...
 
"Şagirdlərimdən çox razıyam"
 
"Şagird nailiyyətlərinin monitorinqi və qiymətləndirilməsi" mövzusunda seminar
 
ATU-nun professoru məktəb VMA-nın prezidenti seçildi
 
Nazim Hikmət irsinə dünyəvi baxış
 
Milli Qəhrəmanın xatirəsi anılıb
 
Sumqayıt Dövlət Universitetinin tələbəsi dünya çempionu oldu
 
Rumıniyada azərbaycanlı gənclərin kitablarının təqdimatı olub
 
Şahmat üzrə ölkə çempionatı
 
Sinqapur Milli Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov