"DOTKOM" layihəsi çərçivəsində ABŞ-dan
Azərbaycana gələn 11 şagird Bakı Şəhəri üzrə
Təhsil İdarəsində olmuşdur.
İdarənin müdiri Nailə Rzaquliyeva şagirdlərə
Azərbaycan təhsili barədə məlumat vermişdir.
Onun sözlərinə görə, Azərbaycan və ABŞ
şagirdlərinin təması, fikir mübadiləsi çox
vacibdir. Bu cür səfərlər şagirdlərə olduqları
ölkə haqqında kifayət qədər məlumat əldə etmək
imkanı qazandırır.
Bir neçə gündür ki, Bakının Nizami rayonundakı
220 nömrəli məktəb-liseylə tanış olduqlarını
deyən amerikalı şagirdlər buradakı təhsillə
aldıqları təhsil arasında oxşarlıqlardan
danışmışlar. Şagirdlər azərbaycanlı
məktəblilərlə maraqlı diskussiyalar
apardıqlarını qeyd etmişlər.
Xatırladaq ki, 2009-cu ildən "DOTKOM" layihəsinə
qoşulan 220 nömrəli məktəb-liseyin bir qrup
şagirdi keçən ilin iyulunda ABŞ-da olmuşdur.
AzərTAc |