Avropanın ən böyük şəhərlərindən biri olan
Parisdə fəaliyyət göstərən Şərq Dilləri və
Şivilizasiyaları İnstitutunda (İNALKO) on il
bundan əvvəl Azərbaycan dilinin tədrisinə
başlanmışdır.
Bu günlərdə ölkəmizin Fransadakı səfiri Elçin
Əmirbəyov Azərbaycan dilinin tədrisinin
vəziyyətini öyrənmək məqsədilə İNALKO-da olmuş
və təhsil ocağının rektoru Jak Löqranla
görüşmüşdür.
İlk tanışlıq xarakteri daşıyan görüşdə
institutla əməkdaşlığın perspektivləri barədə
geniş fikir mübadiləsi aparılıb. Cənab Jak
Löqran ölkəmizlə rəhbərlik etdiyi təhsil ocağı
arasında yaradılmış əlaqələrə görə çox böyük
məmnunluq hissi keçirdiyini qeyd edib.
Azərbaycanda səfərdə olduğunu, qədim tarixə və
zəngin mədəniyyətə malik ölkə ilə tanışlığın
onda xüsusi təəssürat oyatdığını vurğulayıb.
Görüş zamanı Şərq Dilləri və Sivilizasiyaları
İnstitutunda Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım
Əliyevanın iştirakı ilə açılmış Azərbaycan dili
fakültəsinin fəaliyyəti müzakirə olunub. Qeyd
edilib ki, bizim əsas məqsədimiz Azərbaycan dili
tədrisinin daha da təkmilləşdirilməsi və
gücləndirilməsidir. Tədris zamanı yalnız dil,
yəni linqvistik aspektlərin öyrədilməsi ilə
kifayətlənməməli, ölkəmizlə maraqlanan
tələbələrdə, eyni zamanda Azərbaycan tarixi və
mədəniyyəti haqqında geniş təsəvvür
yaradılmalıdır.
Bu məqsədlə tədris proqramının yenidən nəzərdən
keçirilməsi ilə bağlı təklif irəli sürülüb.
Hicran ƏKBƏROVA |