Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

2 Aprel 2010 - ¹12

 

"Şagirdlərimdən çox razıyam"

Bookmark and Share

Müəllim cəmiyyəti işıqlandıran bir günəşdir. Bu günəş öz şəfəqləri ilə daim insanların yoluna nur saçır. Belə müəllimlərdən biri də Bakıdakı 134 nömrəli orta məktəbin riyaziyyat müəllimi Aidə Əliyevadır. O, 1955-ci ildə Dərbənd şəhərində anadan olmuş, 1967-ci ildə isə ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür.1976-cı ildə APİ-nin riyaziyyat fakültəsini bitirərək pedaqoji fəaliyyətə başlamışdır.

Aidə müəllim sadəliyi,səmimiliyi və tələbkarlıgı ilə seçilən, peşəsinin vurğunu olan bir müəllimdir. O öz nüfuzunun keşiyində durmağı, bunun üçün özünə daim nəzarət etməyi, şagirdlərin və valideynlərin gözü ilə özünə kənardan baxmağı bacarır. Elə bu keyfiyyətləri özündə cəmləşdirməyi onun əsl müəllim olduğunu sübut edir.

A.Əliyeva gənc yaşlarından bu müqəddəs peşəyə bağlanmış,qəlbi müəllim olmaq arzusu ilə döyünmüşdü. Məhz bu istək, arzu onu məktəbə gətirmiş və müəllim peşəsinə yiyələnməsinə stimul vermişdi.Riyaziyyat fənnini seçməsi isə  təsadüfi deyildi. O bu fənni çox sevir və düşünür ki, riyaziyyat dəqiq fənn olaraq  bütün elmlərin açarıdır.

Aidə müəllim həmişə öz üzərində işləyərək elmin sirlərini daha da mükəmməl öyrənməyə,bilik və bacarığını artırmaga çalışır.Bu çalışqanlıq və fədakarlıq onu özü də bilmədən zirvələrə ucaldır. A.Əliyeva 1996-cı ildə "İlin ən yaxşı müəllımı" müsabiqəsinin qalibi olmuşdur.

Şagirdlərini öz övladı kimi sevən və onların şəxsiyyət kimi formalaşmasında xüsusi rol oynayan Aidə müəllim vaxtaşırı uşaqlarla gəzintiyə çıxır, dünyagörüşlərinin genişləndirilməsinə çalışır.

Aidə müəllimin dediklərindən:

- Müəllim həmişə öz adını,şərəfini hər şeydən üstün tutmalıdır. Mənə elə gəlir ki, müəllimin ədalətli və obyektiv olması əsas şərtlərdəndir. Müəllim  hərtərəfli intellektual inkişafa malik olmalı, xüsusən öz ixtisası sahəsində dərin biliklərə yiyələnməlidir. Mən də bütün müəllimlər kimi həmişə çalışıram kı, tədris materiallarını şagirdlərə çatdıram. Bu, mənim üzərimə düşən müqəddəs vəzifə borcudur. Daim bu vəzifənin öhdəsindən gəlməyə, onu yerinə yetirməyə çalışıram.Mənim həyatda ən böyük arzum müəllim olmaq idi. Bu arzuma çatmışam və buna görə öz müəllimlərimə borcluyam. İndi mən də bir müəllim kimi çalışıram ki, şagirdlərim  öz arzularına çataraq, istədikləri peşəyə yiyələnsinlər. Bunun üçün əlimdən gələni əsirgəmirəm. Biz müəllimlər həmişə onları gələcəyə inamla baxmağa,zirvələri fəth etməyə ruhlandırmalıyıq. Çalışmalıyıq ki, onlarda olan potensialı ortaya çıxarıb səmərəli istifadə edək, respublikamız və xalqımız bundan bəhrələnsin.

Şagirdlərimdən çox razıyam.Onlar heç vaxt mənim əməyimi itirməyiblər. Ən zəif şagirdim belə, az da olsa, riyaziyyatın sirlərindən xəbərdardılar.

Hazırda həm respublikamızın, həm də Avropanın bir çox ali təhsil müəssisələrində oxuyan şagirdlərim var.Arzu edirəm ki, onlar təhsillərini uğurla başa vuraraq respublıkamızın quruculuq işlərində yaxından iştirak etsinlər. Dövlətimizin bayrağını daim uca tutaraq ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında birləşsinlər.Möhtərəm Prezidentimizin həyata keçirdiyi siyasi,iqtisadi siyasətdə ona dəstək olsunlar.Mən buna inanıram və şagirdlərimlə fəxr edirəm.

Bəli, biz də şagirdlərinin  könüllərində özünə yer qazanan Aidə müəllimə  müqəddəs işində uğurlar diləyirik. 

Niyazi RƏHİMOV

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
2 Aprel 2010 - ¹12
Azərbaycanlı müəllim Avropanın 20 ən yaxşı innovativ müəllimi sırasına daxil oldu
 
Məktəblilərin 44-cü Beynəlxalq Mendeleyev Olimpiadası Bakıda keçiriləcək
 
Təhsil Nazirliyi növbəti yoxlama imtahanları keçirəcək
 
Gəncədə şərqşünas alim Aida İmanquliyevanın xatirə otağı yaradılıb
 
Zərdabda daha bir məktəb binası inşa olunur
 
Amerikalı şagirdlər Bakı Şəhəri üzrə Təhsil İdarəsində olublar
 
Azərbaycan dili Fransada tədris edilir
 
Şagirdlər bilik və bacarıqlarını nümayiş etdiriblər
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Təhsil Nazirliyində müşavirə
 
Doktorantların və gənc tədqiqatçıların XIV Respublika elmi konfransında fərqlənmiş iştirakçılar mükafatlandırıldılar
 
"Erməni genosidi" mövzusunda rəsm müsabiqəsinə yekun vuruldu
 
Azərbaycan Müəllimlər İnstitutunun bir qrup əməkdaşına mükafatlar təqdim olunub
 
Təhsil müəssisələrində soyqırımı qurbanlarının xatirəsi anıldı
 
Neft-kimya sənayesinin elmi-texnoloji təminatına böyük töhfələr verən institut
 
Dünya ölkələrində milli mühasibat uçotu sistemləri və Azərbaycanda beynəlxalq uçot standartlarının tətbiqi
 
Zəhmətin bəhrəsi, illərin töhfəsi...
 
"Şagirdlərimdən çox razıyam"
 
"Şagird nailiyyətlərinin monitorinqi və qiymətləndirilməsi" mövzusunda seminar
 
ATU-nun professoru məktəb VMA-nın prezidenti seçildi
 
Nazim Hikmət irsinə dünyəvi baxış
 
Milli Qəhrəmanın xatirəsi anılıb
 
Sumqayıt Dövlət Universitetinin tələbəsi dünya çempionu oldu
 
Rumıniyada azərbaycanlı gənclərin kitablarının təqdimatı olub
 
Şahmat üzrə ölkə çempionatı
 
Sinqapur Milli Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov