Təhsilalanların bilik və bacarıqları haqqında
məlumatların toplanması, yəni qiymətləndirmə
ibtidai təhsil pilləsində diaqnostik (ilkin
səviyyənin qiymətləndirilməsi), formativ
(irəliləmə və geriləmələrin izlənməsi) və
summativ (kiçik və böyük) olmaqla üç formada
həyata keçirilir. Qiymətləndirmənin biri
digərinə xidmət edən və bir-birini tamamlayan
hər üç növü öz mahiyyətinə uyğun olaraq
şagirdlərin bilik və bacarıqlarını standartlara
əsasən ölçür. İbtidai təhsil pilləsində
qiymətləndirmənin düzgün həyata keçirilməsi üçün
onun növləri və bu qiymətləndirmələrdə
istifadə olunan üsul və vasitələr haqqında
ayrı-ayrılıqda məlumat verməyi məqsədəuyğun
hesab edirik.
I Diaqnostik qiymətləndirmə
"Ümumi
təhsil müəssisələrində, peşə liseylərində
məktəbdaxili qiymətləndirmə və şagirdlərin
sinifdən-sinfə, səviyyədən-səviyyəyə keçirilməsi
Qaydaları"nın layihə variantının ikinci
maddəsində göstərilir ki, diaqnostik
qiymətləndirmə şagirdin bilik və bacarıqlarının
ilkin səviyyəsinin müəyyənləşdirilməsinə və
bunun əsasında hər bir şagirdin potensial
imkanlarını nəzərə alan təlim strategiyalarının
seçilməsinə xidmət edir.
Hər bir müəllim keyfiyyətli dərsə yiyələnmək
üçün başlanğıcda özünə "şagirdlərin bilik və
bacarıqlarının səviyyəsi necədir", "tədris
edilmiş materialı necə mənimsəyiblər", "əldə
olunmuş bilikləri tətbiq edə bilirlərmi",
"şagirdlərin dərsi yaxşı mənimsəmələri üçün
hansı məsələlərə xüsusi diqqət yetirilməlidir"
kimi suallar verməlidir.
Məhz bu suallara cavab tapmaq üçün müəllim
şagirdin, müvafiq hallarda qrup və ya sinfin
hazırkı vəziyyətinə qiymət verməli, yəni diaqnoz
qoymalıdır. Diaqnostik qiymətləndirməni keçirmək
üçün müəllim Təhsil Nazirliyinin Monitorinq və
qiymətləndirmə şöbəsində müzakirə edilərək
tövsiyə olunan aşağıdakı üsul və vasitələrdən
istifadə etməlidir.
Qiymətləndirmə üsulu dedikdə, bu prosesin hansı
formada həyata keçirilməsi nəzərdə tutulur.
Qiymətləndirmə vasitəsi isə bu prosesdə istifadə
olunan alətdir. Aydınlıq üçün deyək ki, bilik və
bacarıqları yoxlamaq üçün testləşdirmə
qiymətləndirmə üsuludursa, test tapşırıqları
qiymətləndirmə vasitəsidir:
Üsullar |
Vasitələr |
Tapşırıqvermə |
Çalışmalar |
Müsahibə (şifahi yoxlama) |
Müəllimin qeydiyyat vərəqi
(şagirdlə, müvafiq hallarda
qrup, yaxud siniflə aparılan
şifahi yoxlama zamanı müəllimin
diqnoz qoymaq istədiyi məsələnin
yazıldığı vərəq) |
Valideynlərlə və digər fənn
müəllimləri ilə əməkdaşlıq |
Söhbət və müəllimin sorğu vərəqi
(şagirdin evdə və ya məktəbdəki
fəaliyyəti ilə bağlı suallar
yazılmış vərəq) |
|
Diaqnostik qiymətləndirmə üçün verdiyimiz
nümunələr arasında ən populyar və əlverişlisi
tapşırıqvermə üsuludur ki, bu üsulu həyata
keçirmək üçün müəllim dərs ilinin əvvəlində
əvvəlki sinif, dərs ili ərzində isə bəhs və
bölmələrə aid çalışmalardan istifadə edir.
Müsahibə üsulu isə müəllimdən bir qədər
yaradıcılıq tələb edir. Bu üsulu həyata
keçirməkdən ötrü müəllim vasitə kimi özü üçün
qeydiyyat vərəqi tərtib edir və burada
şagirdlərin yoxlamaq istədiyi bacarıqlarını
sadalayır. Məsələn, ana dilindən anlama,
danışmaq, tələffüz qaydalarına əməl etmək,
riyaziyyatdan toplama, çıxma, vurma, bölmə,
sadalama, həyat bilgisindən ətraf mühiti
tanımaq və təbiət hadisələrini bilmək,
ünsiyyət qurmaq və s. bacarıqlar yoxlanılır və
hər şagirdin adının qarşısında "yenidən izah
edilməlidir", "təkmilləşdirilməlidir" və ya
"qənaətbəxşdir" kimi qeydlər edilir. Bu qeydlər
barədə şagird və onların valideynlərinin də
məlumatlandırılması məqsədəuyğundur.
Valideynlərlə və digər fənn müəllimləri ilə
əməkdaşlıq üsulu isə müəllimin şagird haqqında
məlumatlarını tamamlamaq üçün əlverişli sayılır.
Burada istifadə olunan vasitə sorğu səciyyəli
olur və daha çox şagirdi əhatə edən mühit, onun
məktəbdənkənar fəaliyyəti haqqında rəy
yaradır. Bu qiymətləndirmədə də müəllim özünün
istifadəsi üçün sorğu vərəqi tərtib edir və
lazımi nəticələr çıxarır.
Tədris proqramları və şagirdlərin hazırlıq
səviyyəsi imkan verdiyi hallarda şagirdlərlə
diaqnostik qiymətləndirmə test tapşırıqları
vasitəsilə də aparıla bilər.
Məqsəddən asılı olaraq bəzən diaqnostik
qiymətləndirmədə müşahidə üsulundan və bu üsul
üçün hazırlanan vasitədən-meyar cədvəlindən də
istifadə edilir. Müşahidə yolu ilə müəllim
şagirdlərin hər birinin inkişaf səviyyəsini
müəyyən edir və təlim prosesində
strategiyalarla bağlı qərar qəbul edərkən bu
məlumatlara arxalanır. Şagirdə hansı səviyyədə
ev və sinif tapşırıqlarının verilməsi də bu
məlumatlar əsasında müəyyən olunur. Müşahidə
üsulu və vasitəsi, adətən, davamlı diaqnostik
qiymətləndirmənin obyekti olur. Bu baxımdan
diaqnostik qiymətləndirmə forma cəhətdən
formativ qiymətləndirməyə yaxınlaşsa da,
məqsədinə görə onunla eyniyyət təşkil etmir.
Davamlı diaqnostik qiymətləndirmə adətən dərs
ilinin əvvəllərində aparılır.
Qeyd edək ki, diaqnostik qiymətləndirmənin
aparılma formaları siniflərə uyğun olaraq da
dəyişilir. Belə ki, ilk dəfə məktəbə qədəm
qoyan şagirdlə aparılan diaqnostik
qiymətləndirmə digərlərindən xeyli fərqlənir.
Birinci sinfin şagirdi ilə təlim prosesində
davamlı diaqnostik qiymətləndirmə aparmaq üçün
inkişaf və öyrənmə sahələrinə əsaslanan müşahidə
vərəqi aşağıdakı kimi tərtib edilə bilər.
Verilən müşahidə vərəqinə uyğun olaraq müəllim
təlimə başlamazdan əvvəl bir neçə gün ərzində I
sinif şagirdlərini aşağıda göstərilən əsas
inkişaf sahələrinə görə müşahidə edir,
qiymətləndirir və təlim fəaliyyətini bu
nəticələrə uyğun olaraq qurur:
Müşahidə vərəqi |
İnkişaf
sahələri |
Müəllim
nəyə
diqqət
etməlidir? |
Müəllim
hansı köməyi
göstərə
bilər? |
Şə xsi
inkişaf:
Özü
və
başqaları
barədə
danışmaq,
özünə
inanmaq, öz xüsusiyyətlərini
bilmək,
müxtəlif
situasiyalarda davrana bilmək. |
Müşahidə
etdiyiniz
şagird
başqaları
ilə
ünsiyyətdə
olarkən
özü barədə
necə
danışır?
Şagird
ailə
üzvləri
barədə
danışırmı?
O, özünün hansı bacarıqları
haqqında danışır?
O, bildikləri
və
gördüklərini
necə
ifadə
edə
bilir?Hər
hansı istəyini
necə
ifadə
edir? |
Müəllim
dərsi
elə
qurur
ki, hər
bir
şagird
şəxsiyyət
olduğunu
və
digərləri
ilə
bir
qrupa daxil olduğunu
anlasın.
Şagirdlərə
müəyyən
təcrübəni
aşılamaq
üçün birlikdə
“Sinfin idarə
qaydaları” tərtib
edilir.
Şagirdlər
barədə
lazım olan məlumatı
əldə
etmək
üçün valideynlərlə
ünsiyyət
çox vacibdir. |
Sosial-emosional inkişaf:
Öz məsuliyyətini
anlamaq, yaşıdları
və
özündən
böyüklərlə
ünsiyyətə
girmək,
ətrafındakıların
hərəkətlərini
qiymətləndirmək,
davranışının
səbəblərini
izah etmək. |
Şagird
öz istəklərini
başqalarınınkından
ayıra bilirmi?
Danışanlara
diqqətlə
qulaq asırmı?
Onların mövqeyini başa
düşməyə
çalışırmı? |
Müəllim
daim
şagirdlərə
məsuliyyətlərini
anladır, onlardan gözlənilən
nəticələri
izah edir, qaydaları yada salır,
dinləmənin
vacibliyini izah edir. Uşaqları
bir-biri ilə
ünsiyyət
qurmağa
və
nailiyyətlərindən
danışmağa
həvəsləndirir. |
Fiziki inki şaf:
Böyüklərin
köməyi
olmadan özünə
qulluq etməyi
bacarmaq, gigiyena və
təhlükəsizlik
qaydalarından xəbərdar
olmaq. |
Ş agird
sinifdə
özünü
necə
aparır?
Özünün vəsinfin
təmizliyini
qoruyurmu?
Sinif yoldaşları
ilə
gigiyena qaydalarından danışırmı?
Təhlükəsizlik
qaydalarına riayət
edirmi? |
Mü əllim
sinif otağının
təmiz
və
səliqəli
saxlanmasının vacibliyini izah
edir. “Təmizlik
və
təhlükəsizlik
qaydaları” tərtib
edir və
ona nəzarət
üçün məsul
şəxslər
seçir. Uşaqları
müstəqil
şəkildə
özünə
qulluq
etməyə
həvəsləndirir. |
İ draki
inkişaf:
Sual vermək
və
sualları cavablandırmaq, eşitdiyi
sözlərin
mənasını
bilmək,
şəkil
üzrə
danışmaq,
hadisələri
ardıcıllıqla sadalamaq, onları
əvvəllər
rastlaşdığı
digər
hadisələrlə
əlaqələndirmək
və
müqayisə
etmək. |
Ş agird
sual-cavabda fəal
iştirak
edirmi?Deyilənləri
başa
düşməyəndə
soruşurmu?Deyilənləri
yerinə
yetirməyə
həvəslidirmi?
Şəkildə
verilən
obrazı və
ya hər
hansı bir qrafik işarəni
başa
düşürmü? |
Ş agirdlər
müzakirələrdə
fəal
iştirak
etməyə
həvəsləndirilir,
hər
biri ayrılıqda danışdırılır.
Verilən
tapşırıqlar
mütləq
yoxlanılır və
daima
əks-əlaqə
yaradılır. |
|
İkinci, üçüncü və s. sinfə gələn şagirdin
diaqnostik qiymətləndirilməsi üçün müəllim
əvvəlki sinfin təlim standartlarından çıxan
məqamları önə çəkir. Şagirdin fənn üzrə əvvəlki
illərdə yiyələndiyi bilik və bacarıqlara
əsaslanan qiymətləndirmə meyarlarını müəyyən
edir və bir-iki həftə ərzində müşahidələr
aparır. Məsələn, ikinci sinifdə ana dili
fənnindən dinləyib-anlama və danışma məzmun
xətti üzrə meyarlar aşağıdakı kimi tərtib edilə
bilər. Qeyd edək ki, verilən nümunə davamlı
diaqnostik qiymətləndirmə üçün deyil, bir dərs
müddətində aparılan diaqnostik qiymətləndirmə
üçün nəzərdə tutulmuşdur:
Müşahidə
(müəllim
şagirdlərin
fəaliyyətini
müşahidə
edərək
qiymətləndirir) |
Müşahidə
vərəqi
(şagirdin
təlim
fəaliyyətindən
gözlənilən
nəticəni
əks
etdirən
meyarların yazıldığı
cədvəl) |
Meyarlar |
Şagirdlərin
soyadı və
adı |
Mətn
qurur |
Cümlələr
arasında rabitə
yaradır |
Mətndəki
əsas
fikri müəyyənləşdirir |
İfadəli
oxuyur |
Sürətlə
oxuyur |
Danışarkən
sadə
bədii
ifadələrdən
istifadə
edir |
Danışarkən
jest və
mimikalardan istifadə
edir |
|
Diaqnostik qiymətləndirmənin nəticələri rəsmi
sənədlərdə qeyd olunmur, müəllimin şəxsi qeyd
dəftərində öz əksini tapır, nəticələr barədə
valideynlər, sinif rəhbəri və digər fənn
müəllimləri də məlumatlandırılır.
II Formativ qiymətləndirmə
"Ümumi təhsil müəssisələrində, peşə
liseylərində məktəbdaxili qiymətləndirmə və
şagirdlərin sinifdən-sinfə, səviyyədən-səviyyəyə
keçirilməsi Qaydaları"nın layihə variantının
üçüncü maddəsində göstərilir ki, formativ
qiymətləndirmə şagirdin qəbul edilmiş
standartların reallaşmasına yönəlmiş
irəliləmələrini və geriləmələrini izləmək, bu
zaman qarşıya çıxan problemləri aradan qaldırmaq
və təhsilalanı istiqamətləndirmək məqsədilə
aparılır.
Yeni və ənənəvi qiymətləndirmə arasında əsas
fərq gündəlik rəqəmli qiymətlərin yazılmaması və
şagirdin təlim fəaliyyətinin daim izlənməsidir.
Bu izləmələr şagirdin təlim nəticələrinə nail
olması və nəticədə summativ qiymətləndirmədə
nailiyyət qazanmasına kömək məqsədilə aparılır.
Məhz formativ qiymətləndirmə sayəsində şagird
gündəlik təlim fəaliyyəti ərzində rəqəmli
qiymət almaq üçün deyil, yaxşı nəticə
göstərmək üçün çalışır.
Qeyd edək ki, yeni məktəbdaxili
qiymətləndirmənin əsas mahiyyəti və ağırlıq
mərkəzi məhz formativ qiymətləndirmənin üzərinə
düşür. Bu məzmun formativ qiymətləndirmənin
adında da aydın əks olunub. Formativ sözü
(formative) "formalaşdıran", "formalaşdırıcı"
deməkdir. Formativ qiymətləndirmə təlim
nəticələrinin mənimsənilməsi ilə bağlı mütəmadi
məlumat toplamaq məqsədilə aparılır. Fənni
tədris edən müəllim formativ qiymətləndirməni
məzmun standartlarından irəli gələn təlim
məqsədləri əsasında hazırladığı meyarlar üzrə
dərs ili ərzində müntəzəm olaraq həyata
keçirir, nəticədə şagirdin ehtiyaclarını
öyrənir, uğur qazana bilməməsinin səbəblərinı
araşdırır və onun inkişafının təmin olunması
üçün zəruri tədbirlər görür.
Formativ qiymətləndirmədə istifadə olunan
əlverişli üsul və vasitələr aşağıdakılardır:
Üsullar |
Vasit ələr |
Müşahidə |
Müəllimin
müşahidə
vərəqləri |
Şifahi
sual-cavab |
Bacarıqlar üzrə
qeydiyyat vərəqi
(müəllimin
istifadəsi
üçün) |
Yazı |
İmla,
inşa,
ifadə,
məsələ,
misal həlli,
yoxlama yazı işləri |
Oxu |
Mətnlər |
Tədqiqat |
Ayrı-ayrı
şagirdlərin
və
ya qrupların hazırladığı
layihə |
Test |
Test tapşırıqları |
Sorğu
və
ya müsahibə |
Ayrı-ayrı
şagirdlərin
və
ya qrupların hazırladığı
sorğu
vərəqləri |
Özünüqiymətləndirmə |
Özünüqiymətləndirmə
vərəqləri |
Rollu oyunlar |
Meyar cədvəli |
|
Müşahidə
Müşahidə üsulu və burada istifadə olunan
vasitələr diaqnostik qiymətləndirmədə olduğu
kimi tərtib oluna bilər. Məsələn, şəkil üzrə
mətn qurmaqla bağlı dərsin müşahidəsini müəllim
aşağıdakı meyarlar əsasında apara bilər:
Meyarlar |
Şagirdlərin
soyadı və
adı |
Sözl ərin
mənasını
düzgün anlayır |
Mətn
qurur |
Sad ə
bədii
ifadələrdən
istifadə
edir |
Jest v ə
mimikalardan istifadə
edir |
|
|
Şifahi sual-cavab
Şifahi sual-cavab üsulundan istifadə zamanı
müəllim qiymətləndirmə vasitəsi kimi bacarıqlar
üzrə qeydiyyat vərəqindən istifadə edir və bu
qeydiyyat vərəqi hər bir fənnin xüsusiyyətlərinə
uyğun tərtib edilir.
Yazı
Yazı üsulundan istifadə edərək müəllim hər
hansı mövzuda imla, inşa yazmağı, məsələ və ya
misal həllini tapşırır və şagirdlərin
bacarıqlarını meyarlar tərtib etməklə yoxlayır.
Şagirdin yazısını yoxlayan müəllim onun
nəticələri haqqında valideynləri də
məlumatlandırır.
Oxu
Müəllim qiymətləndirmə məqsədinə uyğun olaraq
müxtəlif mətnlərin oxusunu təşkil edir və oxu
zamanı yoxlamaq istədiyi bacarıqların şagirdlər
tərəfindən necə nümayiş etdirilməsinə diqqət
yetirir.
Şagird oxuyanda müəllim müdaxilə etmədən
dinləyir, onun etdiyi səhvləri qeyd edir.
Sözlərin və ifadələrin düzgün tələffüz
edilməməsinin səbəbini aydınlaşdırır, müşahidə
etdiklərini qeydiyyat vərəqində yazır və
şagirdin portfoliosuna daxil edir. Müəllim
sonrakı fəaliyyətini hər bir şagirdin
portfoliosunda etdiyi qeydləri əsas götürməklə
qurur.
Qeydiyyat vərəqindəki qeydləri müəllim
valideynə bildirmək üçün şagirdin məktəbli
kitabçasına da yazmalıdır.
Tədqiqat
Tədqiqat üsulunun mahiyyəti ondan ibarətdir ki,
şagirdlərə fərdi və ya qrup halında tədqiqat
xarakterli sual verilir və onlar bu sual
ətrafında apardıqları araşdırmanı layihə
şəklində təqdim edirlər. Məsələn, həyat bilgisi
fənnindən aşağıdakı tipli suallardan müxtəlif
mövzular üzrə araşdırma aparmaq üçün istifadə
etmək olar:
·
Zəlzələ zamanı öz təhlükəsizliyini necə təmin
edə bilərsən?
·
Partada düzgün əyləşmək nə üçün vacibdir?
·
Heyvanları qorumaq üçün sən nə edirsən?
Bu suallar əsasında hazırlanan layihə şagirdin
aşağıdakı bacarıqlarını yoxlamaq üçün imkan
verir:
|
Məsələyə
münasibət
bildirmək |
Şərh
etmək |
Topladığı
məlumatları
əlaqələndirmək |
Z əif |
|
|
|
Orta |
|
|
|
Yaxşı |
|
|
|
|
Nəticəyə uyğun olaraq müəllim şagird haqqında
qeydini qısa şəkildə belə yaza bilər:
"Danışır, amma danışdığı məsələyə öz
münasibətini bildirə bilmir","Məlumatları
toplayır, ancaq əlaqələndirə bilmir" və s.
Sorğu və ya müsahibə
Sorğu və ya müsahibə şagirdə müstəqil ev
tapşırığı kimi verilir. Bu zaman müsahibənin
kiminlə aparılacağını və hansı suallara cavab
axtarılacağını sinifdə müəllim şagirdlərlə
birgə müəyyən edir. Şagird həmin suallar
ətrafında topladığı məlumatı təhlil edərək sinif
qarşısında təqdimat edir. Birinci sinif şagirdi
üçün bu tipli tapşırıqlar şifahi formada ola
bilər. Müəyyən bir sual ətrafında valideyni,
digər fənn müəllimi və ya yuxarı sinif şagirdi
ilə aparılacaq müsahibənin bütün detalları
müəllim və şagirdlər tərəfindən şagirdin yaş
səviyyəsinə və məzmun standartlarına uyğun
olaraq diqqətlə araşdırılır, vaxt təyin edilir
və məlumatların sistemləşdirilməsi üçün
istiqamətlər müəyyənləşdirilir. Burada əsas
şərt veriləcək sualın düzgün tərtib edilməsi və
dəqiq ünvanlanmasıdır.
Məsələn, ana dili fənnindən 20 Yanvar hadisələri
ilə bağlı mövzunu tədris edən müəllim şagirdlərə
fərdi və ya qrup halında belə bir sual
ətrafında müsahibə götürməyi tövsiyə edir:
-"Siz 20 Yanvar hadisələrini necə
xatırlayırsınız?"
Bu sual həmin hadisələri xatırlayacaq yaş
səviyyəsində olan adamlara - valideynə, baba və
ya nənələrə, digər müəllimlərə və hətta
qonşulara ünvanlana bilər. Bir neçə nəfərdən
məlumat toplayan şagird həmin hadisə haqqında
fikirləri ümumiləşdirib nəticəyə gəlməli və
sinfə təqdim etməlidir.
Bu yolla şagirdin məlumat toplamaq, nəticə
çıxarmaq, ümumiləşdirmək və eşitdiklərini şərh
etmək bacarıqları yoxlanılır:
Şagirdin adı və ya qrupun nömrəsi:
Meyarlar |
|
Zəif |
Orta |
Yaxşı |
məlumat toplamaq |
|
|
|
eşitdiklərini şərh etmək |
|
|
|
ümumiləşdirmək |
|
|
|
nəticə çıxartmq |
|
|
|
|
Bu qiymətləndirmənin nəticəsini hər bir şagirdin
vəziyyətinə uyğun olaraq qısa şəkildə belə
ifadə edərək məktəbli kitabçasına yazmaq olar:
"Müvafiq məlumatı toplamağın yolunu bilmir",
"Toplanmış məlumat əsasında nəticəyə gəlib, amma
fikrini yaxşı ifadə edə bilmir", "Əldə etdiyi
məlumatları ümumiləşdirib təqdim edir" və s.
Özünüqiymətləndirmə
Özünüqiymətləndirmə üsulundan istifadə geniş
yayılmışdır. Məsələn, ana dili fənnindən
əlifbanın öyrənilməsi zamanı müəllim
şagirdlərlə özünüqiymətləndirmə keçirə bilər.
Özünüqiymətləndirmə vərəqində göstərilən
meyarlar üzrə şagird özünə qiymət verir və bunu
"+", "-" ilə işarə edir.
Şagirdin özünü qiymətləndirmə vərəqi
Şagirdin adı:
____________________
Sinif:
Meyarlar |
Özünüqiymətləndirmə |
Hərfləri tanıyır |
+ |
- |
Sait və samit səsləri
fərqləndirir |
|
|
Səsləri hecalarda birləşdirərək
oxuyur |
|
|
Hecalardan sözlər düzəldir |
|
|
|
Müəllim özünüqiymətləndirmə vərəqlərini də
şagird portfoliosuna daxil edir və şagirdin
valideyninin həmin vərəqlə tanış olması
məqsədəuyğundur.
Rollu oyunlar
Rollu oyunlar jest və mimikalardan istifadə,
şagirdin ifadəli danışığı, nitqində bədii
ifadələrdən istifadə etməsi və digər
bacarıqlarının üzə çıxarılması üçün
əhəmiyyətlidir. Rollu oyunlar üçün şagirdlərə
hər hansı bir situasiya təqdim olunur. Şagird
həmin problemə dair düşüncələrini əks etdirən
həll yolunu təqdim edir.
Rollu oyunları müşahidə etmək üçün meyarlar
hazırlanarkən bir yox, bir neçə standartın
məzmunundan istifadə edilir. Aşağıdakı
standartlar qrupu buna misal ola bilər.
Şagird:
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında danışır.
1.2.2. Dialoqlarda vəziyyətə uyğun nitq
etiketlərindən istifadə edir.
1.2.3. Nitqində müvafiq bədii ifadələrdən
istifadə edir.
1.2.4. Nitq situasiyalarından asılı olaraq
danışıq prosesində müvafiq jest və mimikalardan
istifadə edir.
Meyarlar aşağıdakı kimi yazıla bilər:
|
Meyarlar |
Ş agirdlərin
soyadı və
adı |
Mü şahidə
etdiyi hadisələri
danışır |
Oxuduqlarını
şərh
edir |
E şitdiyi
məlumatı
təsvir
edir |
Dialoq qurur |
Dialoqlarda nitq
etiketl əri
işlədir |
Sad ə
bədii
ifadələrdən
istifadə
edir |
Jest v ə
mimikalardan istifadə
edir |
|
Əgər müəllim göstərilən üsul və vasitələr
əsasında bütün müşahidələri vaxtlı-vaxtında,
düzgün aparmasına baxmayaraq, ondan öz işini
qurmaq üçün istifadə etməzsə və zəif şagirdi elə
zəif olduğuna görə diqqətdən kənarda saxlayarsa,
formativ qiymətləndirmənin əhəmiyyəti azalar və
məzmununa xələl gələr.
"Ümumi təhsil müəssisələrində, peşə
liseylərində məktəbdaxili qiymətləndirmə və
şagirdlərin sinifdən-sinfə, səviyyədən-səviyyəyə
keçirilməsi Qaydaları"nın layihəsində
göstərildiyi kimi, formativ qiymətləndirmənin
nəticələri sinif jurnalında qeyd olunmasa da,
şagirdin məktəbli kitabçasında, müəllimin şəxsi
qeyd dəftərində öz əksini tapır və şagird
qovluğunda (portfolio) toplanır, eyni zamanda
ümumiləşdirilmiş cümlələr şəklində şagird
gündəliyi vasitəsilə valideynə çatdırılır.
Qiymətləndirmənin nəticələrinin qeydiyyatı
müəllimlərə, şagirdlərə və valideynlərə
aşağıdakı suallara cavab verməyə kömək edir:
·
Şagird nələri öyrənmişdir?
·
Daha nələri öyrənməlidir?
·
İnkişaf üçün o hansı addımları atmalıdır?
İzləmələrin qeydiyyatı həmçinin müəllimin məktəb
və valideyn qarşısında hesabatlılıq
məsuliyyətini də artırır. Odur ki, müəllim şəxsi
qeyd dəftərinə "rəsmi sənəd deyildir", deyə
diqqətsiz yanaşmamalı və onun valideynlər üçün
əsas məlumat mənbələrindən biri olduğunu
unutmamalıdır.
Uzun illər övladının məktəbli kitabçasında
qiymət görməyə adət etmiş valideynin indi başqa
bir vəziyyətlə rastlaşdıqda müəyyən narahatlıq
keçirməsi təbiidir. Lakin fənn müəllimi
formativ qiymətləndirmənin mahiyyətini və
məqsədini valideynə düzgün izah edərsə, şagirdin
gündəlik rəqəmli qiymətləndirilməməsi valideyn
üçün cavabı olmayan tapmacaya çevrilməz. Məhz
formativ qiymətləndirmə sayəsində valideynlər öz
övladlarının inkişafını, nailiyyətlərini daha
diqqətlə izləməyə müvəffəq olur, məktəblə,
müəllimlə daim təmas saxlayırlar. Valideyn
bilməlidir ki, ənənəvi qiymətləndirmənin
prinsiplərinə uyğun olaraq şagird gündəlik 2,3,
4,5 rəqəmləri ilə qiymətləndirildikdə
övladının çatışmayan və ya zəif cəhətləri
barədə məlumata malik olmur, övladına kömək
etmək istəsə də, hədəfi dəqiq seçə bilmir.
Formativ qiymətləndirmənin nəticəsi olan
təsviri qiymətləndirmə isə bu cür
anlaşılmazlıqları aradan qaldırır. Belə ki,
övladının gündəliyində "Hərfləri tanıyır, lakin
sözləri yazmaqda çətinlik çəkir" ifadəsini
oxuyarkən valideyn problemin mahiyyətini anlayır
və onun aradan qaldırılması üçün müəllimin
köməkçisinə çevrilir.
III Summativ qiymətləndirmə
"Ümumi təhsil müəssisələrində, peşə
liseylərində məktəbdaxili qiymətləndirmə və
şagirdlərin sinifdən-sinfə, səviyyədən-səviyyəyə
keçirilməsi Qaydaları"nın layihə variantının
beşinci və altıncı maddələrində göstərilir ki,
summativ qiymətləndirmə təlim prosesində müəyyən
mərhələlərə (bəhs və ya bölmənin, yarımilin
sonunda) yekun vurmaqla, şagirdin nailiyyət
səviyyəsini ölçmək məqsədilə aparılır. Kiçik
summativ qiymətləndirmə bəhs və ya bölmələrin
sonunda müəllim tərəfindən, böyük summativ
qiymətləndirmə isə yarımillərin sonunda ümumi
təhsil müəssisəsinin rəhbərliyinin və ya orada
yaradılan müvafiq komissiyanın nəzarəti ilə
fənni tədris edən müəllim tərəfindən aparılır.
Kiçik summativ qiymətləndirmənin keçirilmə
vaxtı tədris planında həftədə həmin dərs üçün
nəzərdə tutulan saatların sayından asılı olaraq
fərdi şəkildə müəyyən edilir. Belə ki, ana dili
fənnindən kiçik summativ qiymətləndirmə üçün
müəyyən edilmiş vaxt texnologiya və ya musiqi
fənni ilə eyni ola bilməz. Kiçik summativ
qiymətləndirmə vasitələri fənni tədris edən
müəllim tərəfindən hazırlanır.
Böyük summativ qiymətləndirmə üçün vasitələr
qiymətləndirmə standartları əsasında hazırlanır.
Standartın hər səviyyəsinə uyğun olaraq müəyyən
sayda suallar nəzərdə tutulur. Şagirdin düzgün
cavab verdiyi sualların sayı ilə onun qiyməti
müəyyən olunur.
Sualların ümumi sayının 10%-nə düzgün cavab
verən "1", 10% daxil olmaqla 20%-nə düzgün cavab
verən "2", 20% daxil olmaqla 50%-nə düzgün cavab
verən "3", 50% daxil olmaqla 80%-nə düzgün cavab
verən "4", 80% daxil olmaqla 100%-nə düzgün
cavab verən şagird "5" qiymətlə
qiymətləndirilir. Summativ qiymətləndirmənin
nəticələri 5 ballıq qiymət şkalası üzrə
(1,2,3,4,5) rəqəmlə ifadə olunur və qiymətlər
jurnala yazılır.
Summativ qiymətləndirmənin keçirilməsi üçün
üsullar fənnin məqsədinə uyğun olaraq
müəyyənləşir. Ana dili, riyaziyyat, həyat
bilgisi fənlərindən ən əlverişli qiymətləndirmə
üsulları testləşmə və yazı, qiymətləndirmə
vasitələri isə test tapşırıqları, imla, inşa,
misal, məsələ həllidirsə, texnologiya fənni
üçün şagirdin hər hansı bir məmulatı
hazırlaması, musiqi üçün hər hansı musiqi
nümunəsinin ifa edilməsi, fiziki tərbiyədən isə
normativlərin yerinə yetirilməsi ola bilər.
IV Qeyd
Kurikulum tətbiq olunan siniflərin jurnalında
gündəlik qiymətlər yazılmır. Dərsdə iştirak
etməyənlərin adının qarşısında "q", dərsdə
iştirak edən şagirdlərin adının qarşısında "+"
qeyd olunur. Jurnalda yalnız summativ
qiymətləndirmənin nəticələri summativ
qiymətləndirmənin keçirildiyi gün üçün ayrılmış
qrafada sütun şəklində yazılır.
Kurikulum tətbiq olunmayan siniflərdə dərsdə
iştirak etməyən şagirdin adının qarşısında "q",
dərsdə olub, amma qiymətləndirilməyən şagirdin
adının qarşısında "+", qiymətləndirilən şagirdin
adının qarşısında aldığı qiymət yazılır.
Qeyd edək ki, şagirdlərin həm fiziki, həm zehni
yüklənməsinin qarşısını almaq məqsədilə ibtidai
təhsil pilləsində formativ və summativ
qiymətləndirmə aparmaq üçün yalnız Təhsil
Nazirliyinin təsdiq etdiyi, Monitorinq və
qiymətləndirmə şöbəsinin tövsiyə etdiyi
qiymətləndirmə vasitələrindən istifadə edilə
bilər. Qiymətləndirmənin göstərilən qaydalar
əsasında aparılması üçün müəllimlərlə yanaşı
məktəb rəhbərləri də məsuliyyət daşıyır.
Məktəbdaxili qiymətləndirmə üzrə mövcud yerli və
xarici ədəbiyyatlarla tanış olmaq istəyənlər
Təhsil Nazirliyinin
www.edu.gov.az saytının Monitorinq və
qiymətləndirmə səhifəsinin məktəbdaxili
qiymətləndirmə hissəsinə müraciət edə bilərlər.
Təranə HACIYEVA,
Təhsil Nazirliyi Monitorinq və qiymətləndirmə
şöbəsinin müdiri,
filologiya elmləri doktoru |