Bakıda X dünya italyan dili həftəsi münasibətilə
"İtalyan dili həftəsi" keçirilir.
Tədbir İtaliyanın Bakıdakı səfirliyi və
Azərbaycan Dillər Universitetinin (ADU) italyan
dili kafedrası tərəfindən təşkil olunmuşdur.
Oktyabrın 27-də ADU-da həftənin açılış
mərasimində çıxış edən İtaliyanın Bakıdakı
səfiri Mario Baldi öz ölkəsi ilə Azərbaycanın
əlaqələrinin, o cümlədən təhsil və mədəniyyət
sahələrindəki əlaqələrinin əhəmiyyətindən
danışmışdır. X dünya italyan dili həftəsi
barədə məlumat verən M.Baldi qeyd etmişdir ki,
Bakıda keçirilən həftə çərçivəsində konsertlər,
fotosərgilər təşkil olunacaq, filmlər nümayiş
etdiriləcək, seminarlar keçiriləcəkdir.
İtaliyanın Peruca Universitetinin professoru
Stefano Ranyi italyan musiqisindən bəhs etmiş,
ifa nümayiş etdirmişdir.
AzərTAc |