Ankaradakı Bilkənd Universitetində BMT gününə
həsr olunmuş tədbirdə ölkəmizin Türkiyədəki
səfirliyinin dəstəyi ilə açılmış Azərbaycan
guşəsi tələbələr və tədbir iştirakçılarının
böyük marağına səbəb olmuşdur.
Səfir Faiq Bağırovun təşəbbüsü ilə yaradılmış
Azərbaycan guşəsində ölkəmizin tarixi,
mədəniyyəti və bu günündən bəhs edən eksponatlar
yer almışdır. Milli mətbəximizin nümunələri də
bura gələnləri valeh etmişdir. Tələbələrimizin
ifasında dahi Üzeyir Hacıbəylinin əsərləri də
səsləndirilmişdir.
Ankaradakı diplomatik nümayəndəliyimizin dəstəyi
ilə Azərbaycan Tələbə və Məzunlar Birliyi və
Türk Dünyası Araşdırmaları Topluluğu (TÜDAT)
Bilkənd və Ortadoğu universitetlərində
xalqımızın mədəniyyəti, tarixi, ədəbiyyatı,
musiqisi, coğrafi mövqeyi və türk dünyasındakı
yerini təbliğ edən xüsusi layihə də həyata
keçirilmişdir.
AzərTAc |