Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

29 Oktyabr 2010 - ¹42

 

Təlimlərdə yüksək nəticə göstərmiş 15 məktəb direktoruna sertifikat verildi

Bookmark and Share

Təhsil Nazirliyinin 2010-cu il 5 iyul tarixli  971 nömrəli "Ümumtəhsil məktəblərinin səmərəli idarə olunması mövzusunda təlim kurslarının keçirilməsi barədə" əmrinə uyğun olaraq YUNİSEF-in "Məktəb uşağın dostudur" layihəsi çərçivəsində 6-9 oktyabr və 18-23 oktyabr 2010-cu il tarixlərində məktəb direktorları üçün təlim kursları keçirilmişdir.

Oktyabrin 23-də Təhsil Nazirliyində həmin kursları başa vurmuş təlimçilərlə görüş keçirildi.

Görüş iştirakçılarını səmimi salamlayan təhsil naziri Misir Mərdanov "Məktəb uşağin dostudur" layihəsinin şagirdlərə bərabər imkanların yaradılması, səmərəli idarəetmə, interaktiv təlim texnologiyalarının tətbiqi, təlim nəticələrinin düzgün qiymətləndirilməsi, məktəb, valideyn və ictimaiyyət arasında sıx əməkdaşlıq münasibətlərinin təmin edilməsi, əlverişli, cəlbedici, maraqlı tədris mühitinin yaradılması baxımından mühüm rol oynadığını, bütün bunların keyfiyyətli təhsil və tədris prosesini təmin etməklə yanaşı, həm də cəmiyyətdə məktəbə, müəllimə olan etimadı möhkəmləndirən başlıca amil olduğunu bildirdi. Bu layihənin əslində təhsil islahatlarının bir hissəsi olduğunu qeyd edən nazir təlimlərə Bakı şəhəri ilə yanaşı, müxtəlif bölgələrdən olan məktəb direktorlarının da cəlb olunmasını təqdirəlayiq hal kimi dəyərləndirdi və gələcəkdə də təlimlərdə iştirak edəcək şəxslərin seçimində bu amilə diqqət yetirilməsinin vacibliyini vurğuladı.

Tədbir iştirakçılarına Təhsil Nazirliyi və YUNİSEF-in birgə dəstəyi ilə reallaşdırılan "Məktəb uşağın dostudur" layihəsi haqqında məlumat verən Bakı Avropa Liseyinin direktoru, "İnkişaf" Tədqiqat Mərkəzinin rəhbəri Zülfiyyə Veysova  bildirdi ki, ümumtəhsil məktəblərinin səmərəli idarə olunması təlimi "Məktəb uşağın dostudur" layihəsinin 5 əsas komponentindən biridir. Bu layihənin məqsədi seçilmiş rayonlarda məktəb direktorları üçün potensialın inkişaf etdirilməsi üzrə təlim proqramı həyata keçirməklə Təhsil Nazirliyinə məktəbin idarə edilməsinin təkmilləşdirilməsi komponentinə xüsusi diqqət verərək "Məktəb uşağın dostudur" layihəsi uzrə keyfiyyət standartlarını tətbiq etməklə yardım göstərməkdir. "Ümumtəhsil məktəblərinin səmərəli idarə olunması" mövzusunda təlim kursu 2010-cu ilin iyulunda keçirilib. Kursda Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərindən, Quba, Lənkəran, Füzuli, İmişli, Qusar və Masallı rayonlarından olan 100 nəfər məktəb direktoru iştirak edib. Təlimlərdə yüksək nəticə göstərmiş 15 məktəb direktorunun cari ilin oktyabrinda təlimlərin II mərhələsində də müvəffəqiyyətlə iştirak etdiyini və onların təlimçi kimi müvafiq sertifikatlara layiq görüldüyünü vurğulayan Z.Veysova tədris ocaqlarının idarə olunması işinin təkmilləşdirilməsində, məktəb rəhbərlərinin təşəbbüskarlıqlarının artırılmasında layihənin müstəsna əhəmiyyətə malik olduğunu nəzərə çatdırdı.

"Məktəb uşağın dostudur" layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsinə verdiyi dəstəyə görə təhsil nazirinə təşəkkürünü bildirən YUNİSEF-in Azərbaycandakı nümayəndəsinin əvəzi Rəşid Mustafa Təhsil Nazirliyi ilə birgə əməkdaşlığın bundan sonra da uğurla nəticələnəcəyinə əminliyini ifadə etdi.

Lənkəran rayonu Haftoni kənd orta məktəbinin direktoru Akif Xalıqov və Bakı səhərindəki 79 nömrəli məktəbin direktoru Sevinc Hacızadə təlim kurslarında iştirak etməkdən məmnun olduqlarını bildirib, birgə əməkdaşlıq, qarşılıqlı təcrübə mübadiləsi, təhsil müəssisələrində daha əlverişli təlim və inkişaf mühitinin yaradılması baxımından layihənin əhəmiyyətli olduğunu diqqətə çatdırdılar.

Tədbirin sonunda təlim kurslarında yüksək nəticə göstərərək təlimçi kimi seçilmiş 15 məktəb direktoruna sertifikat təqdim olundu.

Ədalət DAŞDƏMİRLİ

 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

29 Oktyabr 2010 - ¹42

Ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının aparılması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin  qərarının elan edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının uşaqları arasında "Azərbaycan  haqqında nə bilirəm" mövzusunda müsabiqənin keçirilməsi haqqında qərar
 
Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası
 
Kollegiya iclasında ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı mövcud vəziyyət müzakirə olundu
 
Təlimlərdə yüksək nəticə göstərmiş 15 məktəb direktoruna sertifikat verildi
 
Oktyabrın 26-da təhsil naziri Misir Mərdanov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Adam Sterlinqlə görüşüb
 
Dövlət İdarəçilik Akademiyasında yeni təlim kurslarının açılışı olub
 
Veteran müəllimlərin çağırışçı gənclərlə görüşü
 
Bakıda "İtalyan dili həftəsi"
 
Yeni məktəblərimiz
 
Səbail rayonundakı 130 nömrəli uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib
 
Ankaradakı Bilkənd Universitetində BMT gününə həsr olunmuş tədbirdə Azərbaycan guşəsi açılıb
 
NDU-da elmi konfrans keçirildi
 
Qaraqoyunlu dövlətinin 600 illiyinə həsr olunmuş konfrans
 
ATU-da  Virtual  Layihə - Texnoloji Tədris  Mərkəzi açılıb
 
Azərbaycan alimi Ümumdünya Fəlsəfə Forumundan qayıdıb
 
Birinci kurs tələbələri ilə görüş
 
İbtidai təhsil pilləsində qiymətləndirmənin aparılması barədə
 
Bakı Slavyan Universitetində iki beynəlxalq tədbir keçirilib
 
Ali təhsil sistemində novatorluq. Bakı Slavyan Universitetinin ali və orta təhsilin koordinasiyası istiqamətində layihələrinə dəstək verilir
 
18 nömrəli Bakı Peşə Liseyində təhsilalanların "Tələbə Parlamenti" yaradıldı
 
"Cəlil Məmmədquluzadə" kitabı Ukraynada nəşr olunub
 
"Mavi planet, dünya və ekoloji sfera"
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Balacaların "Payız" tədbiri
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov