Oktyabrın 26-da Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında baş ofisi Böyük Britaniyada
yerləşən beynəlxalq "Global Certification
Limited" şirkətinin Azərbaycan üzrə
nümayəndəliyinin iştirakı ilə yeni təlim
kurslarının açılışı oldu.
Tədbiri giriş sözü ilə DİA-nın I prorektoru,
professor Əlikram Abdullayev açaraq bildirdi
ki, Azərbaycanda artıq 6 ildir fəaliyyət
göstərən şirkət əsas etibarı ilə kadr
xidmətinin idarə edilməsinə dair təlimlər
keçirilməsi, keyfiyyətin idarəedilməsi və
informasiya təhlükəsizliyi sistemi, peşə
təhlükəsizliyi və əməyin mühafizəsi idarəetmə
sistemi, ətraf mühitin qorunması və mühafizəsi
sistemlərinin qurulması və s. sahələr üzrə
beynəlxalq statuslu sertifikatların verilməsi
ilə məşğul olur.
Bu sertifikatlar dünyanın 159 ölkəsində tanınır
və beynəlxalq əmək bazarının imkanlarından
faydalanmaq üçün geniş imkanlar açır. Həmçinin
şirkət dövlət təşkilatları və özəl
müəssisələrdə təlim və beynəlxalq statuslu
treninqlərin verilməsi işini də həyata keçirir.
Məqsəd akademiyada çalışan və təhsil alan,
xüsusilə menecment sahəsində
ixtisaslaşanların idarəçilik bacarıqlarının
artırılması, onlara keyfiyyətin idarəolunması
kimi çox aktual bir məsələyə dair ən yeni
biliklərin verilməsidir.
Sonda kursun asılışı ilə bağlı iştirakçıları
maraqlandıran suallar cavablandırıldı.
Şakir CƏFƏROV |