Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

23 Oktyabr 2009 - ¹41

 
Dünya universitetləri:

Stenford Universiteti

 
  Yerləşir: ABŞ, Kaliforniya ştatı  
Yaranma tarixi: 1891-ci il
Tipi: Özəl
Prezidenti: Con L.Hennessi
İşçi heyəti: 1878 nəfər
Tələbələrin sayı: 6812 nəfər
Aspirantların sayı: 8328 nəfər
Rəsmi saytı: www.stanford.edu

 Stenford Universiteti (Leland Stanford Junior University - Kiçik Leyland Stenford adına universitet) Palo-Alto şəhəri yaxınlığında, Silikon vadisinin mərkəzində, Kaliforniya ştatında yerləşir. Bu universiteti Silikon vadisinin sərvəti adlandırırlar. Universitet ABŞ-ın və bütün dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biridir.

Universitetin tərkibində Stenford neyroiqtisadiyyat yay məktəbi yaradılıb. Amerika alimləri kəşflərinin əksəriyyəti, həmçinin elm  və texnikanın ən qabaqcıl sahələri üzrə - biomühəndislikdən başlayaraq ən yeni kompüter texnologiyaları və kosmik tədqiqatlara, genetika, mədəni antropologiyaya qədər bu universitetin institut və laboratoriyalarında həyata keçirilir.  

Tarixi 

Universitetin yaradıcıları dəmiryolu maqnatı Leyland Stenford və onun həyat yoldaşı Ceyndir. Leyland Stenford Kaliforniyanın ən varlı biznesmenlərindən biri olub. O, Respublikaçılar Partiyasının üzvü kimi öncə Kaliforniya ştatının xəzinədarı, sonradan isə qubernatoru vəzifəsində çalışıb. L.Stenford Vətəndaş müharibəsi (1861-1865) dövründə prezident A. Linkolnun fəal tərəfdaşı, "Central Pacifik Railroad" kampaniyasının yaradıcılarından biri kimi tanınıb.

1884-cü ildə Stenford ailəsinin Avropaya səyahəti  zamanı onların azyaşlı oğlu Leyland yatalaq xəstəliyinə yoluxaraq Florensiyada vəfat edir. Dərd-qəm içində olan həyat yoldaşına Ceyn deyir: "Leyland, artıq Kaliforniyanın bütün uşaqları bizim övladlarımız olacaqlar!" Beləcə gənc ailə doğma ştatlarında savadlılığın inkişafına kömək etmək qərarına gəlir. Onlar Amerikanın bir neçə ali təhsil ocaqlarını-Yel, Kornel, Harvard, Massaçusets universitetlərini gəzərək  üç layihədən hansını həyata keçirmək haqqında düşünürdülər: Palo-Altoda universitet, San-Fransiskoda təhsil kompleksi və muzey, yoxsa texniki məktəb yaratmaq. Harvard Universitetinin prezidenti çarlz Eliot universitet yaratmağı məsləhət görür. Leyland bu məqsəd üçün nə qədər vəsait lazım olması ilə maraqlananda, Eliot həmin dövr üçün çox  böyük bir məbləğ olan 5 milyon dolların gərəkli olduğunu qeyd edir. Leylandın "Bacararıqmı" sualına Ceyn başı ilə "Hə" cavabı verir.

Stenfordlar başqa ali təhsil müəssisələrindən fərqli olaraq, birgə təhsil almaq imkanı verən (o vaxtlar universitetlərdə təkcə kişilər oxuyurdular), dünyəvi (başqalarının müxtəlif dini cərəyanlarla bağlılığı vardı) universitet yaratmaq niyyətində idilər. Universitetin məqsədini mədəni və faydalı vətəndaşlar hazırlamaqda görən Stenford 1885-ci ilin noyabrında öz ideyalarını "Təsis yardımı" ("Foundining Grant") adlanan sənədə həkk edir və bununla da universitetin  nizamnaməsinin əsasını qoyur. Leyland universitetə belə bir şüar fikirləşir: "Qoy azadlıq yeli əssin!"

Hazırlıq işlərinə, tikintiyə və işçi heyətinin toplanmasına 6 il vaxt sərf olunur. Bu işlərdə Stenforda İndiana Universitetinin gənc professoru Devid Cordan fəal kömək edir. Məhz buna görə də Leyland onu 1 oktyabr 1891-ci ildə açılmış Kiçik Leyland Stenford adına universitetə prezident təyin edir. İlk vaxtlarda burada 559 tələbə (qızlı-oğlanlı) və 15 müəllim var idi. Alman modelinə uyğun tikilmiş universitet həm bakalavr, həm də magistr hazırlayır, tədris tədqiqatlarla birləşdirilirdi.

1893-cü ildə senator Stenford vəfat edir. Təşkilat işlərilə bağlı universitetdə araşdırmalar aparılır. İqtisadi böhran ailənin maddi durumuna ziyan vurur.Vəfat etmiş yoldaşının səlahiyyətlərini icra edən Ceyn nəinki universiteti bağlamaqdan imtina edir, hətta şəxsi xərclərini xeyli azaldaraq təhsil ocağına himayəçilik edir.

Devid Cordan da bacardığı qədər  universitetin inkişafına çalışır. Tanınmış  professorlar təzə yaranan əyalət universitetində işləmək istəmirdilər. Cordan cavan, təcrübəsiz, lakin istedadlı və qabaqcıl müəllimləri bu ali təhsil ocağına cəlb edir. Universitetin əsas binasını, kimya laboratoriyasını, möhtəşəm memorial kilsəsini (Memorial Church) tikdirir. Prezident vəsaiti məharətlə paylaşdıraraq demək olar ki, Stenfordların bütün arzularını həyata keçirir. 1903-cü ildə Ceyn Stenford maliyyə hüquqlarını universitetin Qəyyumlar Şurasına təhvil verir. Ceyn Stenford 1905-ci ildə vəfat edir. 

18 aprel 1906-cı ildə güclü zəlzələ universitetin binalarının yarısını uçurur və külli miqdarda ziyan vurur. Cordan cidd-cəhdlə bərpa işlərinə başlayır və buna müvəffəq olur. Amerikanın qərbində, eləcə də bütün ölkədə Stenford Universitetinin nüfuzu qalxmışdı, məzunlar öz doğma universitetlərini (alma mater) ABŞ-da yetərincə məşhurlaşdırmışdılar. Bu da dağılmış korpusların bərpasında həm dövlət, həm də qeyri-dövlət yardımlarının alınmasına imkan verirdi. 1913-cü ildə Cordan borcunu yerinə yetirərək təqaüdə çıxır, bu zaman  Stenford Universiteti artıq yerində möhkəm qərarlaşmışdı.

Rey Uilburun prezidentliyi dövründə universitet sürətlə inkişaf edir. Kafedralar bütöv bir fakültə-məktəblərə çevrilir. II Dünya müharibəsindən öncə burada yeni laboratoriyalar, tədqiqat kompleksləri tikilir. Müharibə illərində isə demək olar ki, universitet öz elmi-texniki tərəqqi dövrünü yaşayır. Stenford alimləri, həmçinin universitetin özü "Manhetten layihəsi"ndə fəal iştirak ediblər.

1934-cü ildə məzunlardan ibarət Stenford Assosiasiyası yaradılır. Onun məqsədi təhsil müəssisəsi və elmi proqramların həyata keçirilməsi üçün vəsait toplamaqdan ibarət olur. Beləcə, Stenford öz gəlir mənbələrini genişləndirir. Stenford Universitetinin çox böyük ərazisi var. Maliyyə böhranı ilə üzləşərkən universitet torpaqlarını sata bilməzdi, çünki Leyland Stenford öz vəsiyyətnaməsində bunu qadağan etmişdi. Torpaqları icarəyə vermək barədə isə vəsiyyətnamədə heç nə yazılmamışdı. Rəhbərlik bundan istifadə edərək torpaqları yüksək texnologiyalara malik şirkətlərə uzunmüddətli icarəyə verir və Silikon vadisi adlanan Stenford sənaye parkı yaradılır. 1951-ci ildə "Varian Associates" kampaniyası universitetlə müqavilə imzalayır və 1953-cü ildə parkda ilk binada məskunlaşır. Onun ardınca Eastman Kodak, General Electric, Preformed Line Products, Admiral Corporation, Shockley Transistor Laboratory of Beckman Instruments, Lockheed, Hewlett-Packard  və s. şirkətlər də Stenford sənaye parkına köçür. Bu dahiyanə ideya nəticəsində universitet külli miqdarda gəlir əldə edir.

40-60-cı illərdə Uolles Sterlinqin prezidentliyi dövründə Stenford ABŞ-ın ən nüfuzlu  ali məktəblərindən birinə çevrilir və onu artıq heç kim əyalət universiteti adlandırmır.  Soyuq müharibə dövründə ali məktəb əsaslı surətdə hərbi istehsala cəlb edilir, külli miqdarda federal subsidiyalar verilir. Stenfordun elektronika sahəsi üzrə nüfuzu danılmazdır. 60-cı illərin əvvəllərində universitet "Ford Fondation"dan 100 milyon dəyərində qrant alır, buna qədər hələ heç bir Amerika ali məktəbi belə ambisiyalı layihəyə qol qoymamışdı.

90-cı illərin ortalarında Stenfordda kiçik qruplarda tədrisi, tələbə və müəllimlərin sıx təmasını nəzərdə tutan Stanford Introductory Studies (SIS) -Stenfordun İlkin Tədqiqatları Proqramı qəbul olunub. Həmçinin bakalavr hazırlayan üç məktəb-fakültədə -Yer elmləri, Mühəndislik, Bəşəriyyət və Təbiət elmləri məktəblərində  cavan müəllim heyəti üçün xüsusi tədqiqat qrantları sistemi  (Research Grants for Junior Fakulty) tətbiq olunub.

 Stenford Universitetinin məşhur məzunları

  Herbert Huver ABŞ-ın 31-ci prezidenti  
  Yukio Hatoyama Yaponiyanın sabiq Baş naziri  
  Kondoliza Rays ABŞ-ın sabiq dövlət katibi  
  Uilyam Şokli   Amerika alimi, Nobel mükafatı laureatı  
  Con Steynbek Yazıçı, Nobel mükafatı laureatı  
  Sergey Brin və Lerri Peyc "Google" saytının yaradıcıları  
  Len Bosak və Sendi Lerner "Cisco Systems" şirkətinin yaradıcıları  
  Devid Filo və Cerri Yanq Yahoo! saytının yaradıcıları  
  Kempbell Duqlas Amerika Botanika Cəmiyyətinin prezidenti, botanik   

 Universitet bu gün 

Stenford Universitetinin kampusu 3 310 hektarlıq ərazidə, kiçik təpələrin arasında yerləşən düzənlikdə salınıb. Kampusun landşaftını Nyu-York mərkəzi parkının yaradıcısı dizayner Frederik Lo Olmsted tərtib edib. Riçardson neoromantikası və ispan müstəmləkəsi üslubunda inşa edilmiş, tağlarla bəzədilmiş binalar kampusa xüsusi gözəllik verir. Qızıl fonda işlənmiş rəngarəng mozaikalı memorial kilsə kampusun ürəyi hesab olunur. Mavi səma altında yaşıllıqda yerləşən qırmızı tavanlı, qum daşından tikilmiş binalar, güllər, palmalar, hətta o tərəf-bu tərəfə qaçan sincablar burada əsrarəngiz bir mənzərə yaradır.  Kampusun ərazisində 7 məktəb: Bəşəriyyət və Elmlər Məktəbi (School of Humanities and Sciences), Mühəndislik Məktəbi (School of Engineering), Yer Elmləri Məktəbi (School of Earth Sciences), Təhsil Məktəbi (School of Education), Biznes Məktəbi (Graduate School of Business), Hüquq Məktəbi (Stanford Law School) və Tibb Məktəbi (Stanford University School of Medicine); Stanford Tədqiqat Parkı (Stanford Research Park),  Stanford Tibb Mərkəzi (Stanford University Medical Center) və müxtəlif tibb məntəqələri, Stanford Ticarət Mərkəzi (Stanford Shopping Center); Huver adına Müharibə, İnqilab və Sülh İnstitutu (Hoover Institution on War, Revolution and Peace), Frimen Spoqli adına Beynəlxalq Tədqiqatlar İnstitutu (Freeman Spogli Institute for International Studies), Stanford Center - İntensiv Dil Təlim İnstitutu; 8 milyon cilddən çox kitaba malik olan 20 kitabxana, tələbə yataqxanaları, idman kompleksləri, parklar və s. yerləşir.  

Tədris prosesi 

ABŞ-ın digər ali məktəbləri kimi Stenford Universiteti də yüksək səviyyəli, hərtərəfli hazırlıqlı şəxsiyyətlər yetişdirir. Amerika mütəxəssislərinin fikrincə, bu cür yanaşma seçilmiş sahələrin daha yaxşı mənimsənilməsinə və tələbənin bütün həyatı boyu təhsilini artırmasına, karyeralarında əldə etdikləri bilikləri daha effektli istifadəsinə imkan yaradır.

Hər tələbə öz şəxsi maraq və məqsədinə uyğun fərdi tədris planı hazırlayır. Tələbə, həmçinin  universitet və fakültənin də savadlılıq, ingilis dilində lazımi sənədləşmə qaydalarını düzgün şərh etmə, xarici dil bilmə tələblərini nəzərə almalıdır. ümumi tələblər 9 tədris kursundan ibarətdir: mədəniyyət, ideyalar, insani dəyərlər (3 kurs); təbii elmlər, tətbiqi elmlər və texnika (3 kurs);  humanitar və ictimai elmlər (2 kurs); dünya mədəniyyəti, Amerika mədəniyyəti (1-3 kurs). Hər bir tələbə seçdiyi ixtisas fənlərindən əlavə mütləq bu kursları keçməlidir.

Bu gün Stenford Universiteti sürətlə inkişaf edən beynəlxalq təhsil mərkəzinə çevrilib. Burada 15 000-dən çox tələbə təhsil alır, onların 6 812-ni bakalavrlar, 8328-ni aspirantlar, 51%-ni qadın, 55%-ni əcnəbi tələbələr təşkil edir. Əcnəbilər üçün Stenford, ilk növbədə, prestijli biznes təhsili (MBA) verən ali təhsil ocağıdır. Stenford dünyaya 17 Nobel mükafatçısı bəxş edib. Stenford, sözün əsl mənasında, Silikon Vadisinin tükənməz sərvətidir.

Hazırladı:
Lamiyə ƏLİYEVA

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Dünya universitetləri" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
23 Oktyabr 2009 - ¹41
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
E.S.Babayevin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilməsi  haqqında 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Misirin Qalubiyyə vilayətində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adını daşıyan məktəbin açılışı olub
 
Azərbaycanda uşaqların müdafiəsi islahatı üzrə milli konfrans işə başlayıb
 
Təhsil Nazirliyində görüş
 
Yeni kurikulumların və dərsliklərin tətbiqi ilə bağlı sorğunun nəticələri təqdim olundu
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
İdman Mərkəzinin futbol meydançası istifadəyə verildi
 
Bakı Dövlət Universiteti qədim və zəngin tariximizə yeni parlaq səhifələr yazacaq
 
Bakı Slavyan Universitetində "Fransa həftəsi" keçirilir
 
Millilik və ziyalılıq rəmzi
 
İlin nüfuzlu ziyalısı
 
Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması qaydaları
 
2009-2010-cu dərs ilində ümumtəhsil məktəblərinin əsas və orta təhsil pillələri üzrə mərkəzləşdirilmiş  qaydada aparılacaq buraxılış imtahanları barədə
 
Ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin birgə "dəyirmi masa"sı
 
Paytaxt məktəblilərinin XXII spartakiadasına start verildi
 
Dünya universitetləri: Stenford Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov