Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

23 Oktyabr 2009 - ¹41

 

Millilik və ziyalılıq rəmzi

 

Naxçıvan Dövlət Universitetində ali məktəbin rektoru, akademik, əməkdar elm xadimi, millət vəkili İsa Həbibbəylinin 60 illik yubileyi qeyd olunmuşdur. Yubiley mərasimi universitet televiziyasının İsa Həbibbəylinin 60 illik mənalı və şərəfli ömür yolunu əks etdirən "Ziyalı ömrü" filminin nümayişi ilə başlamışdır. Tədbiri giriş sözü ilə açan AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev yubilyarın həyat və yaradıcılığı haqqında ətraflı məruzə etmişdir.

Məruzədə qeyd olunmuşdur ki, ziyalı mühitdə doğulub boya-başa çatan İsa Həbibbəyli 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun  Naxçıvan filialına qəbul olmuş, hələ tələbəlik illərindən öz dərin bilik və təfəkkürü, fəal ictimaiyyətçiliyi ilə, elmi konfranslardakı, mərkəzi mətbuatdakı çıxışları ilə elmi-pedaqoji mühitin maraq və diqqətini cəlb etmiş, 1970-ci ildə akademik Məmməd Cəfər Cəfərovla tanışlıqdan sonra qəti şəkildə elm yolunu seçmişdir. Bir müddət doğma kəndində pedaqoji fəaliyyət göstərən İsa Həbibbəyli 1975-ci ildə taleyini, varlığını həmişəlik olaraq doğma universitetlə bağlamışdır. Məruzəçi 1996-cı ildən universitetə rektorluq edən İsa Həbibbəylinin Naxçıvan Dövlət Universitetinin hərtərəfli inkişafındakı, dünyada tanınmasındakı xidmətlərindən danışmış, Azərbaycanda ali təhsil quruculuğu sahəsindəki əvəzsiz rolundan bəhs etmişdir. Məruzədə İsa Həbibbəylinin görkəmli elm xadimi kimi uzun illər apardığı çoxsaylı elmi tədqiqatlar, ədəbiyyatşünaslıq elminə, milli mətbuat tarixinə gətirdiyi qiymətli elmi yeniliklər qeyd olunmuşdur. Natiq İsa Həbibbəylinin millət vəkili kimi fəaliyyətindən söz açmış, ictimai xadim kimi dövlətçilik və azərbaycançılıq ideyalarının təbliğinə, milli məfkurənin inkişafına böyük dəyər verdiyini vurğulamışdır.

Sonra Naxçıvan MR Ali Məclisinin sədrinin I müavini Azər Zeynalov muxtar respublika rəhbərliyinin təbrikini çatdırmış, taleyini xalqına xidmətə bağlayan, milli ziyalılığın ən yüksək daşıyıcısı, çoxlarının mənəvi idealına çevrilmiş akademik, millət vəkili İsa Həbibbəylinin bundan sonrakı elmi-ictimai fəaliyyəti ilə gələcək nəsillərə örnək olacağını bildirmişdir. Yubilyara Naxçıvan MR Ali Məclisinin Fəxri fərmanı təqdim olunmuşdur.

Məşhur rus tarixçi-qafqazşünası, Rusiya Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, professor Rudolf İvanov akademik İsa Həbibbəylinin vətənpərvər və maarifpərvər ziyalı, fədakar alim, səmimi dost kimi əxlaqi-mənəvi dəyərlərindən danışmışdır. Rusiyalı alim Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının diplom və medalını yubilyara təqdim etmişdir.

Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Sadıq Vəliyev, tələbələr adından universitet YAP Gənclər Birliyinin sədri Elçin Əliyev akademiki təbrik edərək milli elmimizin, maarifimizin tərəqqisində fədakar əməyi olan, elmşünaslıqda öz imzasını qoymuş, dünya elm, təhsil sisteminin ən müasir yeniliklərinin tətbiqinə tükənməz maraq göstərən İsa Həbibbəyliyə gələcək fəaliyyətində uğurlar diləmişlər.

Sonda akademik İsa Həbibbəyli yubiley tədbirinin təşkilatçılarına minnətdarlığını bildirmiş, bunu Azərbaycan elminin, təhsilinin inkişafına göstərilən diqqət və qayğı kimi qiymətləndirmiş, bundan sonra da gənc nəslin yetişməsi, milli vətənpərvərlik ruhunda təhsil və tərbiyə almaları üçün var qüvvəsini əsirgəməyəcəyini bildirmişdir.

Tədbir iştirakçıları NDU-nun elmi kitabxanasının hazırladığı İsa Həbibbəylinin 60 illik mənalı həyatını və zəngin yaradıcılığını əks etdirən sərgi ilə tanış olmuşlar. 

Mehriban SULTAN,
NDU-nun Mətbuat
şöbəsinin müdiri

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
23 Oktyabr 2009 - ¹41
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
E.S.Babayevin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilməsi  haqqında 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Misirin Qalubiyyə vilayətində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adını daşıyan məktəbin açılışı olub
 
Azərbaycanda uşaqların müdafiəsi islahatı üzrə milli konfrans işə başlayıb
 
Təhsil Nazirliyində görüş
 
Yeni kurikulumların və dərsliklərin tətbiqi ilə bağlı sorğunun nəticələri təqdim olundu
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
İdman Mərkəzinin futbol meydançası istifadəyə verildi
 
Bakı Dövlət Universiteti qədim və zəngin tariximizə yeni parlaq səhifələr yazacaq
 
Bakı Slavyan Universitetində "Fransa həftəsi" keçirilir
 
Millilik və ziyalılıq rəmzi
 
İlin nüfuzlu ziyalısı
 
Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması qaydaları
 
2009-2010-cu dərs ilində ümumtəhsil məktəblərinin əsas və orta təhsil pillələri üzrə mərkəzləşdirilmiş  qaydada aparılacaq buraxılış imtahanları barədə
 
Ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin birgə "dəyirmi masa"sı
 
Paytaxt məktəblilərinin XXII spartakiadasına start verildi
 
Dünya universitetləri: Stenford Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov