Azərbaycan Respublikasında fundamental elmi
tədqiqatların stimullaşdırılmasını, ölkəmizin
təbii resurslarının, mədəni və tarixi irsinin
öyrənilməsinin gücləndirilməsini, elmin müxtəlif
sahələrində aparılan araşdırmaların
səmərəliliyinin artırılmasını və dünya elmi
məkanında Azərbaycan elminin layiqincə təmsil
olunmasını təmin etmək məqsədi ilə
QƏRARA ALIRAM:
1. Azərbaycan Respublikasının Prezidenti yanında
Elmin İnkişafı Fondu yaradılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. bir ay müddətində Azərbaycan Milli Elmlər
Akademiyası ilə birlikdə Azərbaycan
Respublikasının Prezidenti yanında Elmin
İnkişafı Fondunun nizamnaməsinin layihəsini
hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikasının Prezidenti
yanında Elmin İnkişafı Fondunun fəaliyyətinin
təşkili üçün müvafiq yerin ayrılması və
maddi-texniki təminatı ilə bağlı zəruri
tədbirləri həyata keçirsin;
2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 oktyabr 2009-cu il
|