Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

23 Oktyabr 2009 - ¹41

 

2009-2010-cu dərs ilində ümumtəhsil məktəblərinin əsas və orta təhsil pillələri üzrə mərkəzləşdirilmiş  qaydada aparılacaq buraxılış imtahanları barədə

 

2008-2009-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarında istifadə olunan qiymətləndirmə vasitələri  tərtib edilərkən mövcud proqram və istifadə olunan dərsliklərdən kənara çıxma hallarına yol verilməmişdir.

Fənlər üzrə test tapşırıqları çətinlik baxımından üç səviyyədə ( asan, orta və mürəkkəb) və müxtəlif relevantlıq kateqoriyalarında  hazırlanıb və  şagirdlərin orta təhsil pilləsinin sonunda məktəbdə fənn üzrə qazandıqları bilik və bacarıqlarının  aşkara çıxarılmasına imkan  verir.

Qəzetin bu sayında buraxılış imtahanlarında  Azərbaycan dili və ədəbiyyat  fənnindən istifadə edilmiş test nümunələrini təqdim edirik:

1. Uzun tələffüz oluna bilir, qalındır, qapalıdır. Bu xüsusiyyətləri olan sait hansıdır?

A) [ü]      B) [a]      C) [1]      D) [ö]      E) [u]

Relevantlıq kateqoriyasına görə məntiqi-izahedici, çətinliyə görə orta səviyyəli tapşırıqdır. Adətən, belə tapşırıqlar şagirdi niyə?, nə üçün? suallarının tələbinə əsasən düşünməyə istiqamətləndirir.  Distraktorlarda  (cavab variantlarında) göstərilən xüsusiyyətlərin hər üçünün aid olduğu sait  [u] -dur;

[ü] həm uzun tələffüz oluna bilmir, həm də incədir; [a] açıqdır, [ö] də açıqdır, [1] qapalıdır, qalındır, ancaq uzun tələffüz oluna bilmir. Doğru E cavabına nisbətən yaxın  C cavabı sayılır. Göründüyü kimi, test tapşırığının tərtibi şagirdi çaşdırmağa yox, onun biliyinin summativ qiymətləndirilməsinə  xidmət edir. Şagirdlərin  74,61%-i düzgün olaraq  E cavabını seçmişlər.

2. Hansı sözü həm kök, həm də şəkilçili söz hesab etmək olar?

A) vidalaş

B) danışmır         

C) qəsdən

D) yanaq  

E) evlərdən

ümumiləşdirici kateqoriyadan olan test tapşırıqlarındandır.  Şagirdin dil faktlarını araşdırmaq, bunun əsasında müəyyən nəticə çıxarmaq bacarığını yoxlamaq  məqsədini daşıyır. Bütün distraktorlarda təklif olunan sözlərin tərkibində şəkilçi vardır. Dolayısı ilə şagirddən həm də bu sözləri tərkibinə görə təhlil etmək tələb edilir.  A, B, C, E distraktorlarındakı sözləri şəkilçisiz hesab etmək mümkün deyil.  Lakin  D distraktorundakı yanaq sözünü  üç cür təqdim  etmək olar:

yanaq - arzu şəklində,  I şəxsin cəmində olan feldir;

yanaq - əmr şəklində , I şəxsin cəmində olan feldir;

yanaq - sadə quruluşlu, ancaq kökdən ibarət olan isimdir.

çətinlik səviyyəsinə görə mürəkkəbdir.   Şagirdlərin   61,55 %-i  doğru cavab olaraq  D-ni qeyd etmişlər.

3. Quruluşca mütləq düzəltmə olmalıdır:

A) saylar              

B) yiyəlik halda olan isim  

C) indiki zaman felləri  

D) sadə sifətlər  

E) kökü zərf olan fellər

Məntiqi - izahedici kateqoriyaya aid test tapşırıqlarındandır. Səviyyəsinə görə sadə sual olsa da, təfəkkürə və dəqiq biliyə əsaslanır.  Şagird sayların, yiyəlik halda olan isimlərin, eləcə də indiki zaman fellərinin quruluşca mütləq düzəltmə olması haqqında heç bir məlumata malik deyil. D cavabında sadə sifətlərin mütləq düzəltmə olması fikri şagirdə doğru cavabı müəyyənləşdirmək üçün müəyyən istiqamət verir. Sifətlər sadədirsə, necə düzəltmə ola bilər. E cavabı məntiqli və ağılabatandır. Kökü zərf olan fellərin tərkibində mütləq leksik şəkilçi olmalıdır. Test tapşırıqlarının bu cür tərtibdə təqdimi şagirdləri çaşdırmır, əksinə, onların sərbəst, dəqiq fikirləşməyinə, bilik və bacarıqlarını tələb olunan nəticənin alınmasına yönəldir.

4. Aşağıdakı fellərdən biri söz birləşməsi əmələ gətirə bilir:

A) döyüşçüdür      

B) oxuyaq     

C) getsə 

D) susarkən           

E) dayan

Şagirdin fel bəhsinə dair biliyinə əsaslanan ümumiləşdirici tapşırıqdır.  Sual şagirddən sözün qrammatik mənasına bələd olmağı tələb edir.Təsriflənən və təsriflənməyən felləri bilmədən, söz birləşməsinin növlərinə, morfologiya və sintaksis bölməsinə dair biliklərə malik olmadan sualın cavabını müəyyənləşdirmək çətindir. Tətbiq bacarıqlarına malik olan şagird A cavabındakı sözün fel olmadığını dərhal görür. B, C və E variantlarındakı sözlərin isə təsrifləndiyini, şəxsə və kəmiyyətə görə dəyişdiyini dərk edib D cavabını seçir. çünki "susarkən" feli bağlaması feli birləşmə yaradır. 31,75 % şagirdin bu suala səhv cavab verməsi qənaətbəxş deyil.

5. Azərbaycan Respublikasının dövlət orqanlarında şifahi və yazılı əlaqə işləri hansı dildə aparılır?

A) rus dilində

B) Azərbaycan dilində

C) ingilis dilində

D) bütün dillərdə

E) alman dilində

Faktoloji xüsusiyyətə malik olan bu sual şagirddən  biliklə yanaşı,  müasir dünyagörüşü tələb edir. Bu sualı  doğru cavablandırmaq üçün şagird Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından da xəbərdar olmalıdır. Milli dilimizin dövlət orqanlarında şifahi və yazılı tətbiqini şəxsiyyətyönümlü təhsilin tələblərinə cavab verən şagirdin bilməsi zəruridir.  Bu suala düzgün cavab verənlərin faizi 86,16-dır. 

6. İ.Şıxlı "Dəli Kür" əsərindəki hansı surətin timsalında maarifçiliyin inkişafını ümumiləşdirmişdir?

A) Şamxalın

B) Əşrəf bəyin

C) Cahandar ağanın

D) Şahnigarın

E) çernyayevskinin

Şagirdin diqqətini, hafizəsini yoxlamağa, təhlil etmə və nəticə çıxarma qabiliyyətini aşkarlamağa əsaslanmaqla bədii mətnin məzmunu üzrə biliklərin yoxlanılmasını tələb edən tapşırıqdır. Düzgün cavabların sayı qənaətbəxşdir.

7. Hansı sənətkarlar Tiflis ədəbi mühitində fəaliyyət göstərmişlər?

A) M.Ş.Vazeh, M.F.Axundzadə

B) N.Gəncəvi, M.Füzuli

C) İ.Şıxlı, İ.Əfəndiyev

D) İ.Nəsimi, Ş.İ.Xətai

E) M.P.Vaqif, Mir Cəlal

Faktoloji informasiya ilə əlaqədardır. Faktik materiala dair bilikləri yoxlamağa xidmət edir. Sual bilavasitə tarix fənni ilə əlaqəlidir. XIX əsrdə Azərbaycanın ictimai-siyasi mühiti haqqında geniş məlumatlı şagird dərhal A cavabını seçməlidir. çünki XIX əsrdə Zaqafqaziya dövlətləri üçün mərkəz Tiflis şəhəri hesab olunurdu. M.F.Axundzadə Tiflis şəhərində dövlət qulluğunda işlədiyi üçün o mühitdə ədəbi fəaliyyət göstərmişdir. M.F.Axundzadənin müasiri və müəllimi olan M.Ş.Vazeh də həmçinin Tiflis mühitində yaşamış və ədəbi fəaliyyət göstərmişdir. Məhz bu yazıçıların düzgün seçim edilməsi onların XIX əsrdə yaşamaları ilə birbaşa bağlıdır. 

Təranə HACIYEVA,
Təhsil Nazirliyi Monitorinq və qiymətləndirmə

şöbəsinin müdiri, filologiya elmləri doktoru

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
23 Oktyabr 2009 - ¹41
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
E.S.Babayevin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilməsi  haqqında 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Misirin Qalubiyyə vilayətində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adını daşıyan məktəbin açılışı olub
 
Azərbaycanda uşaqların müdafiəsi islahatı üzrə milli konfrans işə başlayıb
 
Təhsil Nazirliyində görüş
 
Yeni kurikulumların və dərsliklərin tətbiqi ilə bağlı sorğunun nəticələri təqdim olundu
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
İdman Mərkəzinin futbol meydançası istifadəyə verildi
 
Bakı Dövlət Universiteti qədim və zəngin tariximizə yeni parlaq səhifələr yazacaq
 
Bakı Slavyan Universitetində "Fransa həftəsi" keçirilir
 
Millilik və ziyalılıq rəmzi
 
İlin nüfuzlu ziyalısı
 
Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması qaydaları
 
2009-2010-cu dərs ilində ümumtəhsil məktəblərinin əsas və orta təhsil pillələri üzrə mərkəzləşdirilmiş  qaydada aparılacaq buraxılış imtahanları barədə
 
Ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin birgə "dəyirmi masa"sı
 
Paytaxt məktəblilərinin XXII spartakiadasına start verildi
 
Dünya universitetləri: Stenford Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov