Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

23 Oktyabr 2009 - ¹41

 

Təhsil Nazirliyində görüş

 

Oktyabrın 20-də təhsil naziri  Misir  Mərdanov  Koreya universitetlərinin I Təhsil sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Beynəlxalq Təhsil və İnkişaf üzrə Koreya Milli İnstitutunun (NIIED) Beynəlxalq Təhsil Mübadiləsi Departamentinin direktoru cənab çunq Nam Jonun başçılıq etdiyi nümayəndə heyəti  ilə görüşüb.

Cənab çunq Nam Jonu və onun rəhbərlik etdiyi nümayəndə heyətini  Təhsil Nazirliyində görməyindən məmnunluq hissi keçirdiyini söyləyən nazir Azərbaycanla Koreya arasında mövcud olan əlaqələrin ilbəil sürətlə inkişaf etdiyini dedi. Təhsil naziri, xüsusilə, hər iki ölkənin prezidentlərinin qarşılıqlı səfərlərindən sonra ölkələrimiz arasında yaranmış sıx dostluq münasibətlərinin daha yüksək səviyyədə qurulduğunu qeyd etdi. Koreya Respublikasının dünyanın ən qabaqcıl ölkələrindən biri olduğunu deyən nazir ölkələrimizin təhsil sahəsindəki əməkdaşlığını müsbət qiymətləndirdi. Təhsil naziri Koreya Respublikasına səfərini xatırlayaraq orada təhsillə bağlı işgüzar və səmərəli görüşlər keçirildiyini vurğuladı.

Azərbaycanlı gənclərin xaricdə təhsili məsələsinə toxunan təhsil naziri Misir Mərdanov hazırda 60-dan çox tələbənin  Koreyanın ən nüfuzlu ali məktəblərində oxuduğunu söylədi.

ölkələrimizin təhsillə bağlı əlaqələrindən ətraflı söz açan nazir onu da qeyd etdi ki, Bakı Dövlət Universitetində və Azərbaycan Dillər Universitetində  Koreya dili tədris olunur. Təhsil naziri Koreya universitetlərində də  Azərbaycan dilinin tədrisi ilə bağlı müəyyən işlərin aparıldığını dedi.

Ali təhsil sahəsində əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyindən danışan nazir Misir Mərdanov bu səfərin hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirdi.

Təhsil naziri çıxışının sonunda koreyalı qonaqlara səfərlərinin uğurlu keçməsini, işlərində müvəffəqiyyətlər arzuladı.

Beynəlxalq Təhsil və İnkişaf üzrə Koreya Milli İnstitutunun (NIIED) Beynəlxalq Təhsil Mübadiləsi Departamentinin direktoru cənab çunq Nam Jo səmimi qarşılandıqlarına görə rəhbərlik etdiyi nümayəndə heyətinin adından Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirdi. ölkələrimiz arasındakı oxşar cəhətlərdən danışan qonaq Azərbaycanın, həqiqətən, inkişaf etmiş bir ölkə olduğunu söylədi. Qeyd etdi ki, bu gün Azərbaycan xüsusilə iqtisadiyyat və təhsil sahələrində böyük uğurlar qazanıb. Bu, bir dost ölkə kimi onları çox sevindirir. Azərbaycanlı gənclərin Koreyanın nüfuzlu universitetlərində təhsil almaları onlar üçün olduqca xoşdur və bundan məmnunluq duyurlar. Gələcəkdə Koreyanın ali məktəblərində təhsil alan azərbaycanlı gənclərin sayının artacağına ümid etdiyini bildirən nümayəndə heyətinin rəhbəri bu səfərin, təşkil olunan sərginin  hər iki ölkənin ali təhsil sahəsində əməkdaşlığının genişlənməsinə və möhkəmlənməsinə, ölkələrarası tələbə mübadiləsinə əlverişli imkan yaradacağını söylədi.

Sonra görüşdə iştirak edən Koreya, Kimçon, Kyunq Puk, Mokpo Milli, Pusan Milli, Seul  Dövlət Texnologiya və digər universitetlərin nümayəndələri təmsil etdikləri ali məktəblər haqqında geniş məlumat verdilər. çıxış edənlər   Azərbaycanın ali məktəbləri ilə tanışlığın  onlar üçün böyük maraq kəsb etdiyini bildirdilər.

Görüşün sonunda koreyalı qonaqlar təhsil naziri Misir Mərdanovla xatirə şəkli çəkdirdilər. 

Samirə KƏRİMOVA

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
23 Oktyabr 2009 - ¹41
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
E.S.Babayevin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilməsi  haqqında 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Misirin Qalubiyyə vilayətində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adını daşıyan məktəbin açılışı olub
 
Azərbaycanda uşaqların müdafiəsi islahatı üzrə milli konfrans işə başlayıb
 
Təhsil Nazirliyində görüş
 
Yeni kurikulumların və dərsliklərin tətbiqi ilə bağlı sorğunun nəticələri təqdim olundu
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
İdman Mərkəzinin futbol meydançası istifadəyə verildi
 
Bakı Dövlət Universiteti qədim və zəngin tariximizə yeni parlaq səhifələr yazacaq
 
Bakı Slavyan Universitetində "Fransa həftəsi" keçirilir
 
Millilik və ziyalılıq rəmzi
 
İlin nüfuzlu ziyalısı
 
Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması qaydaları
 
2009-2010-cu dərs ilində ümumtəhsil məktəblərinin əsas və orta təhsil pillələri üzrə mərkəzləşdirilmiş  qaydada aparılacaq buraxılış imtahanları barədə
 
Ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin birgə "dəyirmi masa"sı
 
Paytaxt məktəblilərinin XXII spartakiadasına start verildi
 
Dünya universitetləri: Stenford Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov