Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

23 Oktyabr 2009 - ¹41

 

Ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin birgə "dəyirmi masa"sı

 

Oktyabrın 22-də Azərbaycan Dillər Universitetində "Respublikamızın ali təhsil müəssisələrində mətbuat xidməti: işin təşkili, vəzifələr, reallıqlar, perspektivlər" mövzusunda "dəyirmi masa" keçirildi. Tədbiri açıq elan edən ADU-nun rektoru, professor Səməd Seyidov öncə jurnalistləri salamladı. Bütün sahələrə, o cümlədən təhsilə göstərilən dövlət qayğısını önə çəkən Səməd Seyidov iştirakçılara xatırlatdı ki, bu yaxınlarda Azərbaycan Respublikasının Milli Məclisi yeni "Təhsil Qanunu"nu qəbul etdi. ölkəmiz müntəzəm olaraq dünyanın təhsil sistemi ilə əlaqələr qurur. Təhsil naziri Misir Mərdanovun aktual məsələlərlə bağlı çıxışları, təhsilin inkişafı naminə atdığı qəti addımlar və mətbuatla qurduğu sıx əlaqələr bizi daha fəal olmağa sövq edir. Respublikamızda baş verən hadisələrin, təhsil sistemində aparılan islahatların və digər işlərin ictimaiyyətə düzgün çatdırılması üçün ali məktəblərin mətbuat xidmətlərindən yüksək səviyyədə işgüzarlıq tələb olunur. Rektor qeyd etdi ki, respublikamızda birincilər sırasında Azərbaycan Dillər Universitetində mətbuat xidməti yaradılıb, "Poliqlot" qəzeti və veb saytı fəaliyyət göstərir. Ali təhsil ocağında gedən prosesləri mətbuat xidmətinin köməyi ilə ictimaiyyət yaxından izləyir.

ADU-nun ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynab Kazımova isə "Azərbaycanın ali təhsil müəssisələrində mətbuat xidməti: işin təşkili, vəzifələr, reallıqlar, perspektivlər" mövzusunda çıxış etdi.

Sonra söz Mətbuat Şurasının sədri Əflatun Amaşova verildi. 2005-ci ildə informasiya əldə etmək hüququ haqqında qəbul edilən qanunu iştirakçıların nəzərinə çatdıran sədr mətbuat xidmətlərinin funksiyaları barədə məlumat verdi. Hər bir qurum öz fəaliyyətini ictimaiyyətlə səmərəli qurmaq üçün mətbuat xidmətini yaratmalıdır. Jurnalistlərin suallarına vaxtında və dəqiq cavab verilməsinin vacibliyinə toxunan Əflatun Amaşov bir çox məsələlərə aydınlıq gətirdi.

Sonra tədbirdə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadə çıxış etdi. Mətbuat xidmətinin fəaliyyəti ilə bağlı keçirilən "dəyirmi masa"nı nazir Misir Mərdanov tərəfindən dəstəkləndiyini qeyd edən şöbə müdiri bildirdi ki, dövlət müəssisələri və müxtəlif qurumlarda mətbuat xidmətinin normal fəaliyyət göstərmələri ölkənin strateji istiqamətlərindəndir. Sevindirici haldır ki, əksər ali məktəblərdə müxtəlif formalarda mətbuat xidmətləri fəaliyyət göstərir. İctimaiyyətlə əlaqə şöbəsinin yaradılmasında beynəlxalq təcrübədən istifadə edilməsinin zəruriliyinə toxunan natiq Azərbaycan mətbuatında çalışan media nümayəndələrinin səviyyəsinə diqqət çəkdi, problemləri nəzərə çatdırdı. Qeyd etdi ki, müəssisə rəhbərlərinin və ictimaiyyətin dəstəyi olarsa, mətbuat xidmətləri daha yaxşı inkişaf edər, yüksək səviyyəli layihələrin həyata keçirilməsində mühüm rol oynayar.

Sonda Təhsil Nazirliyinin rəsmi nümayəndəsi həlli vacib olan digər məsələlərə toxundu, tövsiyələrini verdi. çıxışının sonunda B.Hüseynzadə təhsil naziri Misir Mərdanovun adından Azərbaycan Dillər və Naxçıvan Dövlət universitetlərinin mətbuat xidmətlərinin rəhbərlərinə təşəkkür məktublarını təqdim etdi. "Dəyirmi masa" arxasında  fikir mübadiləsi aparıldı, maraqlı təkliflər söylənildi. 

Fazil İDRİSOĞLU

 
  Nömrənin müdəricatına dön

 

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
23 Oktyabr 2009 - ¹41
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
E.S.Babayevin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilməsi  haqqında 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Misirin Qalubiyyə vilayətində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adını daşıyan məktəbin açılışı olub
 
Azərbaycanda uşaqların müdafiəsi islahatı üzrə milli konfrans işə başlayıb
 
Təhsil Nazirliyində görüş
 
Yeni kurikulumların və dərsliklərin tətbiqi ilə bağlı sorğunun nəticələri təqdim olundu
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
İdman Mərkəzinin futbol meydançası istifadəyə verildi
 
Bakı Dövlət Universiteti qədim və zəngin tariximizə yeni parlaq səhifələr yazacaq
 
Bakı Slavyan Universitetində "Fransa həftəsi" keçirilir
 
Millilik və ziyalılıq rəmzi
 
İlin nüfuzlu ziyalısı
 
Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması qaydaları
 
2009-2010-cu dərs ilində ümumtəhsil məktəblərinin əsas və orta təhsil pillələri üzrə mərkəzləşdirilmiş  qaydada aparılacaq buraxılış imtahanları barədə
 
Ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin birgə "dəyirmi masa"sı
 
Paytaxt məktəblilərinin XXII spartakiadasına start verildi
 
Dünya universitetləri: Stenford Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov