Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

23 Oktyabr 2009 - ¹41

 

Yeni kurikulumların və dərsliklərin tətbiqi ilə bağlı sorğunun nəticələri təqdim olundu

 

Oktyabrın 19-da Təhsil Nazirliyində "Siqma" İnkişaf və Beynəlxalq Əməkdaşlıq Tədqiqatlar Mərkəzinin 2008-2009-cu tədris ilində I siniflərdə yeni kurikulumların və dərsliklərin tətbiqi ilə bağlı apardığı sosioloji sorğunun nəticələrinə dair təqdimat mərasimi keçirildi.

Tədbirdə Təhsil Nazirliyinin məsul əməkdaşları, tanınmış alimlər, dərslikləri çap edən nəşriyyatların və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi, ayrı-ayrı fənlər üzrə elmi-metodik şuraların üzvləri, ümumtəhsil məktəblərinin direktorları, müəllimlər, valideynlər və KİV təmsilçiləri iştirak edirdilər.

Mərasimi açan təhsil naziri Misir Mərdanov ölkəmizdə dərslik siyasətinin daim prioritet sahələrdən biri olduğunu vurğuladı. Təhsil naziri daha sonra öz çıxışında Azərbaycan hökuməti tərəfindən təsdiq olunmuş Milli Kurikuluma əsasən hazırlanan və ötən tədris ilindən I siniflərdə tətbiq olunan dərsliklərdən bəhs etdi. Diqqətə çatdırdı ki, öncə bu istiqamətdə bir sıra əhəmiyyətli addımlar atılmış, axtarışlar və müzakirələr aparılmış, dünya təcrübəsi dərindən öyrənilmişdir. Keçən müddət ərzində bu məsələnin geniş ictimaiyyətin müzakirə obyektinə çevrildiyini və daim diqqət mərkəzində olduğunu deyən Misir Mərdanov bir sıra irad və təkliflərə münasibətini bildirdi və dərsliklərin hazırlanması ilə bağlı fikirlərini söylədi.

Dərsliklərin kimlər tərəfindən yazılması məsələsinə toxunan nazir bu işə bütün ömrünü yalnız elmi fəaliyyətə həsr edən, təhsil müəssisələrində aparılan təlim-tərbiyə prosesindən xəbərsiz alimlərin deyil, həmin fənni tədris edən pedaqoqların cəlb olunmasının zəruriliyini vurğuladı.

Sonra "Siqma" İnkişaf və Beynəlxalq Əməkdaşlıq Tədqiqatlar Mərkəzinin sorğu ilə bağlı elmi rəhbəri Şahin Zülfüqarov və Dərslikləri Qiymətləndirmə Şurasının sədri Elmira Kazımzadə öz təqdimatları ilə çıxış etdilər. Verilən məlumatdan aydın oldu ki, sorğunun təşkilində əsas məqsəd 2008-2009-cu tədris ilində I siniflərdə istifadə edilmiş kurikulumların və dərsliklərin keyfiyyətində müsbət və ya mənfi cəhətlərin aşkar edilməsi, eyni zamanda bu sahədə tətbiq edilmiş yeni dərslik siyasətinin səmərəliliyinin qiymətləndirilməsi və gələcəkdə reallaşdırılması üçün optimal mexanizmin işlənilərək sınaqdan keçirilməsidir. Sorğu prosesi müvafiq sənədlərin təhlili və empirik araşdırma elmi üsullarının tətbiq olunması ilə həyata keçirilmişdir. Kəmiyyət cəhətdən qiymətləndirmə üçün 2 əsas hədəf qrupu seçilmişdir: 2008-2009-cu tədris ilində I siniflərdə işləyən müəllimlər (943 nəfər) və həmin tədris ilində I siniflərdə oxuyan şagirdlərin valideynləri (1380 nəfər), bu 2 qrupdan üzbəüz sorğu üsulu ilə cəmi 2323 müsahibə götürülmüşdür. Keyfiyyət cəhətdən qiymətləndirmədə 2 üsuldan - dərinləşmiş müsahibələr və fokus qruplarda müzakirələrdən istifadə edilmişdir. 

Daha sonra tədbir iştirakçılarına əldə edilmiş nəticələrin təhlil olunduğu hər bir istiqamət üzrə ətraflı məlumat verildi.

Təqdimatlarda keçirilən sorğunun nəticələrinə əsasən dərsliklərin istifadəsində əldə edilmiş nailiyyətlər və qarşıya çıxan problemlər diqqətə çatdırıldı. Qeyd olundu ki, yeni dərsliklərə köhnə dərsliklərlə müqayisədə ən müsbət amil kimi müasirlik meyarı üzrə yüksək qiymət (80%-dən yuxarı) verilmiş, onların əyanilik, düzgünlük, fəndaxili inteqrasiya və fənlərarası infeqrasiya kimi  xüsusiyyətlərə görə köhnələrdən 7 dəfə üstün olması müəyyən edilmişdir. Müəllimlər belə hesab edirlər ki, yeni dərsliklər yalnız 2 meyar üzrə - təlim vaxtına uyğunluq və şagirdin yaş xüsusiyyətlərinin nəzərə alınmasına görə hələlik köhnə dərsliklərdən geri qalır.

Hər bir məruzəçi təqdimatını başa çatdırdıqdan sonra tədbir iştirakçılarının ayrı-ayrı məlumatlarla bağlı suallarını cavablandırdı. Mərasimdə çıxış edən Bakıdakı 132 nömrəli məktəbin ibtidai sinif müəllimi Məlahət Şirinli tətbiq edilən dərslik komplektləri haqqında rəyini bildirdi. 

Hicran ƏKBƏROVA

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
23 Oktyabr 2009 - ¹41
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
E.S.Babayevin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilməsi  haqqında 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Misirin Qalubiyyə vilayətində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adını daşıyan məktəbin açılışı olub
 
Azərbaycanda uşaqların müdafiəsi islahatı üzrə milli konfrans işə başlayıb
 
Təhsil Nazirliyində görüş
 
Yeni kurikulumların və dərsliklərin tətbiqi ilə bağlı sorğunun nəticələri təqdim olundu
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
İdman Mərkəzinin futbol meydançası istifadəyə verildi
 
Bakı Dövlət Universiteti qədim və zəngin tariximizə yeni parlaq səhifələr yazacaq
 
Bakı Slavyan Universitetində "Fransa həftəsi" keçirilir
 
Millilik və ziyalılıq rəmzi
 
İlin nüfuzlu ziyalısı
 
Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması qaydaları
 
2009-2010-cu dərs ilində ümumtəhsil məktəblərinin əsas və orta təhsil pillələri üzrə mərkəzləşdirilmiş  qaydada aparılacaq buraxılış imtahanları barədə
 
Ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin birgə "dəyirmi masa"sı
 
Paytaxt məktəblilərinin XXII spartakiadasına start verildi
 
Dünya universitetləri: Stenford Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov