Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

23 Oktyabr 2009 - ¹41

 

Bakı Slavyan Universitetində "Fransa həftəsi" keçirilir

 

Son illər ölkəmizin ali təhsil müəssisələrinin beynəlxalq əlaqələri yüksək səviyyədə inkişaf etməkdədir. Bakı Slavyan Universitetində də beynəlxalq əlaqələrin genişlənməsi istiqamətində mühüm işlər görülür.  İxtisas və şöbələrin, fakültə və kafedraların, elmi-tədqiqat laboratoriyalarının, müxtəlif xalqların tədris- mədəniyyət mərkəzlərinin uğurlu fəaliyyəti çox qısa bir zamanda universiteti respublikamızın tanınıb-seçilən ali məktəblərindən birinə çevirmişdir.

Yarandığı gündən  BSU-nun beynəlxalq əlaqələri özünün sürətlə inkişafına görə  fərqlənir. Belə ki, universitet bir çox xarici ölkələrin tanınmış təhsil və elm mərkəzləri ilə əməkdaşlığa başlamış, həmin ölkələrin nüfuzlu ali təhsil müəssisələri ilə sıx münasibətlər yaratmışdır.

 BSU-dakı  tədris-mədəniyyət mərkəzlərində keçirilən tədbirlər nəinki ölkəmizin təhsil ictimaiyyəti, həmçinin belə tədbirlərdə iştirak edən xarici ölkələrin alim və mütəxəssisləri  tərəfindən də maraqla qarşılanır. Belə uğurlu və yaddaqalan növbəti tədbirlərdən biri də "Fransa həftəsi"dir.

Məlumat üçün bildirək ki, 20 oktyabr 2008-ci ildə BSU-da V.Hüqo adına Fransa  tədris-mədəniyyət mərkəzinin açılışı olub. Mərkəz Azərbaycan-Fransa arasında mədəni əlaqələrin inkişafına, gənclərimizdə Fransa təhsilinə, elminə, mədəniyyətinə marağın artırılmasına, Avropa təhsil sistemi ilə tanışlığa, fransaşünaslıq sahəsində  biliklərin daha da təkmilləşdirilməsinə xidmət edir. Fəaliyyətə başladığı vaxtdan bu günə qədər V. Hüqo adına  Fransa tədris-mədəniyyət mərkəzində artıq bir  neçə tədbir təşkil olunub.

19-24 oktyabr tarixlərində keçirilən "Fransa həftəsi" də ölkənin təhsil ictimaiyyətinin böyük marağına səbəb oldu.

Bu tədbirin keçirilməsində əsas məqsəd Bakı Slavyan Universiteti ilə Fransa universitetləri arasındakı əlaqələri gücləndirmək, Azərbaycan reallıqlarını dünyaya çatdırmaq və fransız dilini tədris edən müəllimlərlə, eyni zamanda həmin dili öyrənən tələbələrlə görüşüb, qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparmaqdır.

Oktyabrın 19-da BSU-da "Fransa həftəsi"nin açılış mərasimi keçirildi. Mərasimdə Fransanın Nansi-2, Strasburq, Versal və İNALCO (Şərq Dilləri və Sivilizasiyaları İnstitutu) universitetlərinin tanınmış alim və mütəxəssisləri, həmçinin Azərbaycanın görkəmli alimləri  iştirak edirdilər.

Tədbiri Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev açaraq qonaqlara dəvəti qəbul edib gəldiklərinə görə təşəkkürünü bildirdi. Rektor qeyd etdi ki, həftə çərçivəsində fransalı qonaqlar  məruzələrlə çıxış edəcəklər. Bu  alimlər  təkcə  Fransada deyil, eyni zamanda bütün dünyada  tanınmış tədqiqatçılardır.

"Fransa həftəsi" çərçivəsində proqram üzrə həyata keçirilməsi nəzərdə tutulan işlər barədə məlumat verən rektor bunun gələcəkdə də davamlı olmasını və gözəl bir ənənəyə çevrilməsini arzu etdi.

ölkəmizdə ali təhsil sahəsində aparılan məqsədyönlü işlərdən danışan BSU-nun rektoru, professor Kamal Abdullayev  rəhbərlik etdiyi ali məktəbin fəaliyyətindən  söz açdı. çıxışında bir sıra məsələlərə toxunan rektor, daha sonra Fransanın "Harmattan" nəşriyyat evində fransız dilində nəşr edilən "Azərbaycan dilini öyrənirik" kitabının işıq üzü görməsində onunla birgə həmmüəllif olan dünya şöhrətli alim, adıçəkilən nəşriyyat evində "Parlons" kolleksiyasının direktoru Mişel Malherbə öz dərin minnətdarlığını bildirdi.

çıxış üçün söz alan Fransanın Azərbaycandakı səfirliyinin mədəniyyət işləri üzrə attaşesi  Lük Obri, İNALCO Paris Universitetinin professorları Mişel Bozdemir, Tomaş Zende, Nansi-2 Universitetinin professorları Didye Frankfort, xanım Gül Mete Yuva, Strasburq Universitetinin professoru, Türkologiya departamentinin rəhbəri cənab Pol Dümon, Versal Universitetinin professoru Deni Sayar bu tədbirin Azərbaycan-Fransa əlaqələrinin inkişafında mühüm rol oynayacağını bildirdilər.  Qonaqlar belə bir yüksək səviyyədə təşkil olunmuş tədbirə dəvət olunduqları üçün BSU-nun rektoru, professor Kamal Abdullayevə təşəkkür etdilər.

"Fransa-Azərbaycan mədəni əlaqələri: dünən, bu gün, sabah" mövzusunda keçirilən "dəyirmi masa"da çıxış edən Fransanın Mört Mozel regionunun ali şurada vitse-prezidenti, regional assambleyada respublikaçılar və sosialistlərin rəhbəri cənab Matyö Klən Azərbaycanın dünyəvi bir ölkə olduğunu bir daha təsdiqlədi.

çıxış edən qonaqlar   Azərbaycanda gedən sürətli inkişafdan, quruculuq işlərindən və xalqımızın qonaqpərvərliyindən heyrətə gəldiklərini söylədilər.

24 oktyabrda başa çatacaq "Fransa həftəsi"ndə Fransa alimləri BSU-da "Müasir fransız musiqi mədəniyyəti", "Müasir Avropa ədəbiyyatı", "Qafqaz və Yaxın Şərq mədəniyyəti  XII-XX əsr fransız yazıçılarının gözü ilə"  və s. mövzularda mühazirələr oxuyacaqlar.

Bundan başqa, həftə çərçivəsində qonaqların BSU-nun fransız dili müəllimləri üçün metodik seminarı, roman-german filologiyası şöbəsində fransız dili dərslərində iştirakı , "Heydər Əliyev məktəbi" tələbə teleradio studiyasında müsahibələri , Bakı şəhərinin tarixi abidələri və mədəni həyatı ilə tanışlığı nəzərdə tutulub.

Geniş diskussiya və fikir mübadiləsi şəraitində keçən tədbir nəticə etibarı ilə hər iki ölkənin alim və mütəxəssisləri üçün gələcək fəaliyyətlərində mühüm rol oynayacaqdır. 

Samirə KƏRİMOVA

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
23 Oktyabr 2009 - ¹41
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
E.S.Babayevin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilməsi  haqqında 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Misirin Qalubiyyə vilayətində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adını daşıyan məktəbin açılışı olub
 
Azərbaycanda uşaqların müdafiəsi islahatı üzrə milli konfrans işə başlayıb
 
Təhsil Nazirliyində görüş
 
Yeni kurikulumların və dərsliklərin tətbiqi ilə bağlı sorğunun nəticələri təqdim olundu
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
İdman Mərkəzinin futbol meydançası istifadəyə verildi
 
Bakı Dövlət Universiteti qədim və zəngin tariximizə yeni parlaq səhifələr yazacaq
 
Bakı Slavyan Universitetində "Fransa həftəsi" keçirilir
 
Millilik və ziyalılıq rəmzi
 
İlin nüfuzlu ziyalısı
 
Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması qaydaları
 
2009-2010-cu dərs ilində ümumtəhsil məktəblərinin əsas və orta təhsil pillələri üzrə mərkəzləşdirilmiş  qaydada aparılacaq buraxılış imtahanları barədə
 
Ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin birgə "dəyirmi masa"sı
 
Paytaxt məktəblilərinin XXII spartakiadasına start verildi
 
Dünya universitetləri: Stenford Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov