Qax şəhərindəki 2 nömrəli məktəb-liseydə 2 ildən
artıqdır ki,fəaliyyət göstərən "Kiçik
Akademiya"nın istedadlı uşaqların üzə
çıxarılmasında böyük rolu vardır. Hazırda
tərkibində 42 nəfər şagirdi birləşdirən "Kiçik
Akademiya"nın üzvləri məktəbdə tez-tez maraqlı
tədbirlər keçirir,öz istedad və bacarıqlarını
nümayiş etdirirlər. Onların "Məktəb zəkalar
səltənətidir" mövzusunda keçirdikləri tədbir
pedaqoji kollektivin dərin rəğbətini qazanıb və
məktəb rəhbərliyi tərəfindən yüksək
qiymətləndirilib. Üzvlərinin sayının günbəgün
artması məktəb şagirdlərinin fəallığına gözəl
nümunədir.
"Akademiya"nın fəaliyyəti bütövlükdə tədris
ocağının uğurlarına təkan verir. Bu işdə
öyrədənlərin əməyi isə şagird nailiyyətl ilə
nəticələnir.
SİFAİ |