Azərbaycan Müəllimlər İnstitutunda 5 oktyabr
Beynəlxalq Müəllimlər Günü böyük ruh yüksəkliyi
ilə qeyd edildi.
İnstitutun rektoru, professor A.Naxçıvanlı bu
münasibətlə professor-müəllim heyətini təbrik
etdi və onlara çətin, şərəfli peşələrində
uğurlar arzuladı. Bu günün qeyd edilməsi
bütövlükdə müəllimlərin fəaliyyətinə verilən
yüksək qiymətin və dərin hörmətin ifadəsi kimi
qiymətləndirildi.
Tədbirdə institutun bir qrup əməkdaşı Azərbaycan
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsinin Fəxri fərmanı ilə təltif
olundu. |