Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

8 Oktyabr 2010 - ¹39

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının icrası barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri

Bookmark and Share

"Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları"nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
qərarı
 

"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti  

QƏRARA ALIR: 

1. "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. "Ali və orta ixtisas təhsili müəssisələrinin attestasiyası və akkreditasiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 15 aprel tarixli 49 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, N 4, maddə 298; 2006-cı il, N 9, maddə 827) qüvvədən düşmüş hesab edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir. 

A.RASİZADƏ,
Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 28 sentyabr 2010-cu il

¹
167
 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
28 sentyabr 2010-cu il   tarixli 167 nömrəli
qərarı ilə təsdiq edilmişdir.
 

Təhsil müəssisələrinin akkreditasiyası qaydaları 

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, digər qanunvericilik aktlarına uyğun hazırlanmışdır və tabeliyindən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində bütün təhsil pillələri üzrə fəaliyyət göstərən təhsil müəssisələrinin (o cümlədən, digər ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin, filial və nümayəndəliklərinin)   akkreditasiyası məsələlərini tənzimləyir.

1.2. Təhsil müəssisəsinin akkreditasiyası təhsil prosesinin təşkilinin, müəssisənin maddi-texniki bazasının, təhsil proqramlarının, kadr potensialının, maliyyə resurslarının və təhsil infrastrukturunun qəbul olunmış dövlət təhsil standartlarına və digər normativ-hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun müəyyən edilməsi, onun fəaliyyətinin növbəti 5 il müddətinə (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinə 3 il müddətinə) uzadılması üçün hüquqi təminat yaradır.    

1.3. Təhsil müəssisəsinin akkreditasiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

1.4. Akkreditasiyanın keçirilməsinə qoyulan tələblər və meyarlar Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilir.

1.5. Təhsil müəssisələrinin akkreditasiyası aşağıdakı mərhələlərdən ibarətdir:

- akkreditasiyanın keçirilməsinə hazırlıq;

- təhsil müəssisəsinin  özünütəhlili;

- Akkreditasiya Komissiyasının təhlil aparması;

- akkreditasiya haqqında yekun arayışın hazırlanması;

- təhsil müəssisəsinin  statusunun müəyyən edilməsi və müvafiq keyfiyyət sənədinin - sertifikatın  verilməsi.  

2. Akkreditasiyanın  keçirilməsinə hazırlıq

2.1. Təhsil müəssisəsinin akkreditasiyası hər 5 ildə (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinin akkreditasiyası 3 ildə) bir dəfə həyata keçirilir. Bu proses tədris ili üzrə hazırlanmış və aprel ayından gec olmayaraq,  Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş qrafik üzrə həyata keçirilir.

2.2. Yeni yaradılmış, həmçinin fəaliyyətdə olan təhsil müəssisəsində yeni təhsil proqramlarının akkreditasiyası ilk buraxılış olduqdan sonra həyata keçirilir.

2.3. Akkreditasiyanın vaxtı barədə məlumat təhsil müəssisəsinə rəsmi qaydada onun keçirilməsinə ən azı 6 ay qalmış  bildirilir.

2.4. Təhsil müəssisəsi akkreditasiyanın başlanmasına ən azı bir ay qalmış Azərbaycan Respublikasının Təhsil Nazirliyinə aşağıdakı sənədləri təqdim edir:

- təhsil müəssisəsinin nizamnaməsi və təhsil fəaliyyəti üçün verilmiş sənədin (lisenziyanın) surəti;

- bütövlükdə təhsil müəssisəsi və onun filialları üzrə özünütəhlil haqqında hesabat;

- akkreditasiya olunan proqramlar  üzrə tədris planına daxil olan fənlərin proqramlarının siyahısı və bu proqramlara uyğun hazırlanmış suallar;

- akkreditasiya olunan proqramlar üzrə  təhsilalanların sayı və  kadr potensialı haqqında məlumat, təhsilalanların qəbulu, köçürülməsi, bərpası və xaric olunması haqqında əmrlərin surəti;

- tədris planında nəzərdə tutulmuş bütün növ təcrübələr üzrə proqramlar, təcrübənin keçirildiyi müəssisələrlə bağlanmış müqavilələrin surəti və təcrübənin nəticəsi barədə hesabat;

- proqramlar üzrə bütün imtahanların nəticələri haqqında məlumat.

2.5. Təhsil müəssisəsinin özünütəhlil barədə hesabatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunduqdan sonra nazirliyin müvafiq əmri ilə Akkreditasiya Komissiyası yaradılır. Komissiyanın sədri həmin əmrlə onun üzvləri arasından təyin edilir. Sədr Komissiyanın işini əlaqələndirir, onun iclaslarını çağırır, bütün zəruri sənədlərin Komissiya üzvlərinə çatdırılmasını, akkreditasiyanın nəticəsi haqqında  yekun arayışın hazırlanmasını və iclas protokollarının tərtibini təmin edir.

2.6. Hər bir akkreditasiya olunan təhsil müəssisəsi üzrə yaradılan Akkreditasiya Komissiyasının tərkibinə təhsil müəssisəsinin maddi-texniki bazası və təhsilin idarə edilməsi sahəsində təcrübəsi olan mütəxəssislər (akkreditasiya olunan təhsil müəssisəsində işləyənlər istisna olmaqla) daxil edilirlər.

2.7. Nazirlik təhsil müəssisəsinin müvafiq sənədlərini Akkreditasiya Komissiyasının sədrinə  təqdim edir.

2.8. Akkreditasiya Komissiyası təhsil müəssisəsinin müvafiq fəaliyyətinə aid olan sənədləri (kadr təminatı, elmi tədqiqat fəaliyyəti, beynəlxalq əməkdaşlıq, maddi-texniki baza və sair haqqında) 1 ay müddətində təhlil edir və buraxılış qruplarında (siniflərində) təhsilalanların biliyinin attestasiyasını keçirir.

2.9. Təhsil müəssisəsinin rəhbəri Akkreditasiya Komissiyasına onun normal fəaliyyəti  üçün şərait yaradır,  təhlil aparılması üçün zəruri olan sənədləri təqdim  edir. 

3. Təhsil müəssisəsinin özünütəhlili

3.1. Özünütəhlilin əsas məqsədi aşağıdakılardır:

- akkreditasiyada təhsil müəssisəsinin bilavasitə iştirakını təmin etmək;

- təhsil proqramları üzrə hazırlığın məzmununa və keyfiyyətinə daxili nəzarət mexanizmini yaratmaq;

- təhsil müəssisəsinin özünüqiymətləndirməsini təmin etmək.

3.2. Təhsil müəssisəsinin rəhbəri Elmi (Pedaqoji) Şuranın qərarı əsasında özünütəhlilin aparılması və bu proseduru həyata keçirəcək komissiyanın yaradılması haqqında müvafiq əmr verir. Təhsil müəssisəsinin rəhbərinin müavinlərindən biri komissiyaya sədr təyin edilir. Komissiya bu Qaydaların 2.6-cı bəndinə uyğun təşkil olunur.

Komissiya müvafiq əmrlə müəyyən olunmuş müddətdə özünütəhlilin nəticəsinə dair hesabat hazırlayır və onu Elmi (Pedaqoji) Şuranın müzakirəsinə təqdim edir. Həmin hesabat  Şuranın qərarı əsasında müəssisənin rəhbəri tərəfindən təsdiq edilir.

3.3. Özünütəhlilin nəticələrinə dair hesabatın    strukturu.

3.3.1. Təhsil fəaliyyətinin təşkilati-hüquqi təminatı.

Təhsil müəssisəsinin fəaliyyətinin təşkilati-hüquqi təminatını  müəyyənləşdirmək üçün onun fəaliyyətinin  qanunvericiliyin tələblərinə uyğunluğunun təhlili aparılır.

3.3.2. Təhsil müəssisəsinin idarə olunması

Təhsil müəssisəsinin idarəetmə sisteminin qiymətləndirilməsi üçün aşağıdakılar nəzərə alınır:

-  idarəetmənin  müəssisənın nizamnaməsinin tələblərinə uyğunluğu;

- təhsil müəssisəsində hazırlanmış tədris sənədlərinin  mövcud qanunvericiliyə və bu Qaydaların  tələblərinə uyğunluğu;

- təhsil müəssisəsinin struktur bölmələrinin  qarşılıqlı fəaliyyətinin təşkili;

- təhsil müəssisəsinin idarə edilməsinin 4 funksiyasının (qiymətləndirmə, tənzimləmə, informasiya təminatı, nəzarət) həyata keçirilməsının vəziyyəti.

3.3.3. Təhsil proqramları üzrə hazırlığın məzmunu və strukturu.

Təhsil proqramları üzrə hazırlığın məzmunu onun dövlət təhsil standartlarının tələblərinə uyğunluğu və bu hazırlığı təmin edən müvafiq tədris-metodik sənədlərin təhlili əsasında qiymətləndirilir. Bu zaman aşağıdakılar təhlil olunur:

- tədris planlarının baza təhsil proqramlarına uyğun hazırlanması və təsdiqi;

- tədris planlarında olan fənlərin və onların proqramlarının məzmununun dövlət təhsil standartlarının tələblərinə uyğunluğu;

- tədris olunan fənlərə ayrılmış saatların miqdarının tədris planlarına uyğunluğu;

- tədris planlarında nəzərdə tutulmuş fənlərə dair tədris-informasiya mənbələrinin kifayət qədər olub-olmaması və müasirliyi. Bu məqsədlə aşağıdakılar müəyyən olunmalıdır:

- fənn proqramlarında tövsiyə olunan tədris-metodik vəsaitlər və onların nüsxələrinin mövcud normalara uyğun kitabxana fondunda olması;

- tədris planında nəzərdə tutulmuş fənlər üzrə proqram təminatı;

- təhsil müəssisəsinin beynəlxalq informasiya şəbəkəsinə çıxışı;

- son beş ildə təhsil müəssisəsinin hazırladığı tədris-metodik materiallar, o cümlədən Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi dərsliklər və dərs vəsaitləri;

- təhsilalanların kurs  işləri, təcrübələrin (istehsalat və pedaqoji) aparılmasına dair sənədlər, məzunların buraxılış işlərinin və dövlət imtahanlarının (buraxılış imtahanlarının) nəticələri.

Təhsil proqramları üzrə hazırlığın məzmununu təhsil müəssisəsi aşağıdakı kimi qiymətləndirir:

- uyğundur;

- əsasən uyğundur;

- uyğun deyildir.

Qiymətləndirmə təsdiq

edici sənədlərlə əsaslandırılmalıdır.

Təhsil proqramları üzrə hazırlığın strukturunun təhlili təhsil müəssisəsinin gələcək inkişaf perspektivlərini müəyyənləşdirmək məqsədi ilə aparılır.

Təhlil təhsil müəssisəsinin cari tədris ilinin   oktyabr ayının 1-nə olan məlumatları əsasında aparılır. Bu zaman aşağıdakılar müəyyən edilməlidir:

- son beş il  ərzində mütəxəssis hazırlığının strukturunda aparılmış dəyişikliklər və onların təhsil müəssisəsinin profilinə və əmək bazarının tələbatına uyğunluğu;

- son beş il ərzində təhsil müəssisəsini bitirənlərin (dövlət hesabına və ödənişli əsaslarla) nəticələrinin təhlili.

3.3.4. Tədris prosesinin təşkilinin qiymətləndirilməsi.

Tədris prosesinin təşkilinin qiymətləndirilməsi üçün aşağıdakılar müəyyən edilməlidir:

- tədris prosesinin təşkilinin tədris planlarına uyğunluğu;

- təhsilalanların fəallığını artıran yeni təlim, texnologiya və metodların tətbiqi;

- təhsilalanların elmi tədqiqat işlərinin təşkili;

- tədris-laboratoriya bazasının mövcud tələblərə  uyğunluğu;

- tədris prosesində yeni informasiya texnologiyalarının və hesablama texnikasının tətbiqi.

3.3.5. Təhsil proqramları üzrə hazırlığın keyfiyyəti.

Təhsil proqramları üzrə hazırlığın keyfiyyəti ayrı-ayrı proqramlar üzrə təhsilalanların imtahanlarının, buraxılış işlərinin, dövlət və ya buraxılış imtahanlarının, eləcə də özünütəhlil zamanı təhsilalanların attestasiyasının nəticələrinin təhlili əsasında müəyyən edilir. Bu zaman ayrı-ayrı təhsil proqramlarının,  kadr təminatının, maddi-texniki bazanın, beynəlxalq əməkdaşlığın, sosial-məişət şəraitinin təhlili də verilməlidir.

Təhsilalanların müvafiq proqramları mənimsəmə səviyyəsi və təhsil proqramları üzrə hazırlığının keyfiyyəti aşağıdakılarla müəyyənləşdirilir:

- təhsilalanların imtahanlarının nəticələri;

- təhsil müəssisəsinin keçirdiyi monitorinqin nəticələri (buraxılış qruplarında və ya siniflərində təhsilalanların bilik səviyyəsi təhsil müəssisəsində hazırlanmış suallar  əsasında müəyyənləşdirilir və qiymətləndirilir);

- məzunların buraxılış işlərinin, dövlət və ya buraxılış imtahanlarının nəticələri (buraxılış işlərinin mövzularının təhlili, onların məzmununun təhsil proqramlarının profilinə uyğunluğu, dövlət və ya buraxılış imtahanlarının təşkili və keçirilməsi);  

- attestasiya komissiyası sədrlərinin verdikləri hesabatların təhlilinin nəticələri;

- təhsil proqramları üzrə aparılan hazırlığa dair şikayətlərin (təhsilalanların, idarə və təşkilatların və sair) olub-olmaması.

Ayrı-ayrı təhsil proqramları üzrə hazırlığın keyfiyyəti, təhsilalanların mənimsəmə səviyyəsi aşağıdakı kimi qiymətləndirilir:

- yoxlama zamanı təhsilalanların 91-100 faizi müsbət qiymət aldıqda - "əla";

- 71-90 faizi müsbət qiymət aldıqda  - "yaxşı",

- 51-70 faizi müsbət qiymət aldıqda  - "kafi",

- 50 faizdən az (50 faiz də daxil olmaqla)  hissəsi müsbət qiymət aldıqda  - "qeyri-kafi".

Yoxlama zamanı sorğu aparılacaq tədris qruplarında təhsilalanların 90 faizinin iştirakı vacibdir.

Özünütəhlil zamanı yoxlama üçün istifadə olunmuş suallar hesabatla birlikdə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim edilir.

3.3.6. Kadr təminatı.

Təhsil müəssisəsinin kadr təminatının vəziyyəti müəyyənləşdirilərkən aşağıdakılar nəzərə alınır:

- kadr potensialının mövcud vəziyyəti və dinamikası;

- müəllimlərin ixtisaslarını artırması i

şinin təşkilinin vəziyyəti;

- müəllimlərin yaş tərkibinin təhlili.

3.3.7. Elmi tədqiqat fəaliyyəti.

Təhsil müəssisəsinin elmi tədqiqat fəaliyyəti müəyyənləşdirilərkən aşağıdakılar nəzərə alınır:

- elmi tədqiqat işlərinin vəziyyəti, inkişaf dinamikası və mütəxəssis hazırlığının profilinə uyğunluğu;

- elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində tətbiqi;

- elmi tədqiqat işlərinin maliyyə  mənbələrinin təhlili; 

- təhsil proqramları üzrə elmi tədqiqat işlərinin təşkilinin vəziyyəti;

- aparılan elmi tədqiqat işlərinin səmərəliliyi (elmi və tədris ədəbiyyatlarının nəşri, elmi-pedaqoji kadrların hazırlanması, doktoranturanın, ixtisaslaşmıs şuraların işi);

- müəllimlər və təhsilalanların elmi tədqiqat işlərində iştirakı;

- elmi-metodik və praktik konfransların keçirilməsi;

- təhsil müəssisəsinin beynəlxalq və respublika müsabiqələrində, sərgilərində iştirakı.

3.3.8. Beynəlxalq əməkdaşlıq.

Beynəlxalq əməkdaşlıq fəaliyyəti aşağıdakılarla qiymətləndirilir:

- beynəlxalq əlaqələrin yaradılması;

- təhsil müəssisəsinin verdiyi diplomların başqa ölkələrdə tanınması;

- beynəlxalq proqramlarda iştirak;

- təhsil müəssisəsində başqa ölkə vətəndaşlarının təhsil alması;

- təhsil müəssisəsinin  təhsilalanlarının başqa ölkələrdə təhsil alması;

- elmi-pedaqoji kadrların xarici ölkələrdə ixtisaslarını artırması;

- müəllimlərin xarici ölkələrdə tədris və elmi tədqiqat fəaliyyətləri;

- müəllimlərin xarici ölkələrdə nəşr etdirdikləri elmi tədqiqat işləri.

3.3.9. Maddi-texniki baza.

Ayrı-ayrı təhsil proqramları üzrə lazım olan maddi-texniki bazanın  qiymətləndirilməsində aşağıdakılar nəzərə alınır:

- təhsil müəssisəsinin ayrı-ayrı təhsil proqramları üzrə və bütövlükdə maddi-texniki bazasının vəziyyəti;

- tədris-laboratoriya bazası, onun lazımi avadanlıqlarla təchizatının vəziyyəti.

3.3.10. Sosial-məişət şəraiti.

Sosial-məişət şəraitinin qiymətləndirilməsində  aşağıdakılar nəzərə alınır:

- yataqxana təminatı;

- tibbi xidmət;

- iaşə xidməti;

- istirahətin təşkili.

3.3.11. Təhsil müəssisəsinin maliyyə təminatı.

Təhsil müəssisəsinin maliyyə təminatı

aşağıdakılarla müəyyən olunur:

-  büdcədən maliyyələşdirmə;

- müxtəlif növ fəaliyyətdən (elmi, pedaqoji, müqavilə əsasında həyata keçirilən digər fəaliyyətlərdən) əldə olunan gəlirlər.

 Özünütəhlil hesabatına əvvəlki akkreditasiya zamanı aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması barədə məlumatlar əlavə olunur.  

4. Akkreditasiya Komissiyasının apardığı təhlil

4.1. Akkreditasiya Komissiyasının vəzifəsi özünütəhlil sənədlərində göstərilənləri təhlil etmək, yerlərdə dəqiqləşdirmə aparmaq, buraxılış qruplarında (siniflərində) təhsilalanların bilik səviyyəsini qiymətləndirmək, nəticədə təhsilin   məzmununun və mütəxəssis hazırlığı səviyyəsinin dövlət   təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirməkdən ibarətdir.

Akkreditasiya Komissiyası təhlili bu Qaydaların 2.4-cü bəndinə uyğun  təqdim olunmuş sənədlər  əsasında aparır.

Təhsilalanların biliyinin ayrı-ayrı təhsil  proqramları üzrə attestasiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən hazırlanan yoxlama tapşırıqları əsasında Akkreditasiya Komissiyası tərəfindən yazılı formada keçirilir. Həmin tapşırıqlar təhsil müəssisəsinin təqdim etdiyi müvafiq fənn proqramlarına uyğun şəkildə hazırlanmış suallar  üzrə tərtib olunur. Təhsilalanların müvafiq proqram  üzrə bilik səviyyəsi bu tapşırıqlar əsasında müəyyənləşdirilir. Tapşırıqlar 6 fənni əhatə etməklə, yaddaş biliyinin müəyyənləşdirilməsi prinsipi əsasında hazırlanmış 60 sualdan, ali təhsil pilləsinin magistratura səviyyəsində isə 4 fənni əhatə etməklə 40 sualdan   ibarət olur.  Suallara düzgün cavabların sayı 50 faizdən az (50 faiz də daxil olmaqla) olduqda, təhsilalanların mənimsəmə səviyyəsi "qeyri-kafi", 51-70 faiz olduqda "kafi", 71-90 faiz olduqda  "yaxşı", 91-100 faiz olduqda "əla" qiymətləndirilir.

Yoxlamanın aparılmasına 2 akademik saat vaxt ayrılır. Yoxlama işləri şifrlənir və müvafiq fənlər üzrə  Akkreditasiya Komissiyasınin üzvləri tərəfindən qiymətləndirilir.

Buraxılış qruplarında (siniflərində) təhsilalanlar təhsil proqramları üzrə  yoxlamadan keçirilməlidir. Yoxlamada qruplarda təhsilalanların 90 faizinin iştirakı vacibdir.

Təhsil müəssisəsinin və onun müvafiq struktur bölmələrinin, ayrı-ayrı təhsil proqramlarının akkreditasiyadan keçməsinin əsas şərtlərindən biri Akkreditasiya Komissiyasının təhsilalanların yarıdan çoxunun biliyini müsbət qiymətləndirməsidir.

4.2. Akkreditasiya Komissiyası təhlil apardıqdan sonra təhsil müəssisəsinin fəaliyyəti barədə yekun arayış hazırlayır.

Yekun arayış təhsil müəssisəsinin özünütəhlilinin nəticələrinə dair hesabatının strukturuna uyğun tərtib olunur. Arayışda təhsil müəssisəsinin idarə olunması, mütəxəssis hazırlığının məzmunu, strukturu, keyfiyyəti, kadr təminatı, beynəlxalq əməkdaşlığı, elmi tədqiqat fəaliyyəti, maddi-texniki bazası, sosial-məişət şəraiti, maliyyə təminatı bütövlükdə və ayrı- ayrı təhsil proqramları üzrə hazırlığın məzmunu, strukturu və keyfiyyəti təhlil edilərək qiymətləndirilməlidir. 

Təhlil və qiymətləndirmə Akkreditasiya Komissiyasına təqdim olunmuş sənədlərin araşdırılması, yerlərdə aparılmış təhlilin, eləcə də təhsilalanların biliyinin yoxlanmasının  nəticəsi əsasında həyata keçirilir.

Yekun arayışa əvvəlki akkreditasiya zamanı aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması barədə məlumatlar da daxil edilir.

Yekun arayış təhsil müəssisəsinin nəzərdə tutulmuş akkreditasiyası müddətində (bir ay) Akkreditasiya Komissiyasının iclasında müzakirə edilir və Komissiyanın üzvləri tərəfindən imzalanır. Əlavə araşdırmaların aparılması zərurəti yarandığı halda, bu müddət bir aya qədər uzadıla bilər.

Yekun arayış tanış olmaq üçün təhsil müəssisəsinin rəhbərinə təqdim edilir.

Arayış təhsil müəssisəsinin rəhbərinə təqdim edildikdən bir həftə sonra  Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq şöbəsində aidiyyəti olan digər şöbələrin rəhbərlərinin və Akkreditasiya Komissiyası üzvlərinin iştirakı ilə müzakirə edilir. Müzakirə zamanı təklif olunan rəy və təklifləri də nəzərə almaqla,  yekun arayışın Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə yaradılan və daimi fəaliyyət göstərən Akkreditasiya Şurasının müzakirəsinə çıxarılması barədə təqdimat hazırlanır. 

5. Təhsil müəssisəsinin akkreditasiyasının nəticəsi

5.1. Akkreditasiya Şurasına  Azərbaycan Respublikasının təhsil naziri rəhbərlik edir. Şuranın tərkibinə akkreditasiya şöbəsinin müdiri (sədr müavini) və əməkdaşı (məsul katib), təhsil sahəsində müstəqil ekspertlər daxil edilirlər. Şuranın tərkibinə qeyri-hökumət təşkilatlarının və tabeliyində təhsil müəssisəsi olan nazirliklərin, təşkilatların və idarələrin nümayəndələri də daxil edilə bilər.

5.2. Şuranın iclası onun üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə səlahiyyətli sayılır. Şuranın qərarı iclasda iştirak edənlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər  bölündükdə, Şuranın sədrinin səsi həlledici olur.

5.3. Şura dövlət təhsil standartlarının tələblərinə uyğun hazırlanmış və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş  tələb və meyarlar əsasında təhsil müəssisəsinin statusunu müəyyənləşdirir, onun tam şəkildə və ya ayrı-ayrı təhsil proqramları üzrə akkreditasiyadan keçib-keçməməsi barədə qərar qəbul edir. Bu qərarın əsasında Azərbaycan Respublikası təhsil naziri təhsil müəssisəsinin akkreditasiyası barədə əmr verir. Həmin əmrlə təhsil müəssisəsinin statusu (tipi, növü) və həyata keçirilən təhsil proqramları təsdiq olunur. Akkreditə olunmuş  təhsil müəssisəsinə müvafiq keyfiyyət sənədi  -  sertifikat verilir.

Təhsil müəssisəsinin akkreditə olunması barədə məlumatlar mətbuatda dərc edilir.

5.4. Təhsil müəssisəsinin mövcud statusu müəyyən olunmuş tələb və meyarlara uyğun gəlmədikdə, Şura onun  akkreditasiyası haqqında mənfi qərar qəbul edə bilər. Bu halda təhsil müəssisəsi Şuranın müəyyən etdiyi statusla fəaliyyət göstərə bilər.

5.5. Akkreditasiyadan keçməyən təhsil müəssisəsinə və ya ayrı-ayrı proqramlar üzrə kadr hazırlığına növbəti tədris ili üçün qəbul planlaşdırılmır.

5.6. Akkreditasiyadan keçməyən təhsil müəssisəsi və ya onun ayrı-ayrı təhsil proqramları  1 ildən sonra təkrar akkreditasiyadan keçə bilər. Təhsil müəssisəsi və ya onun ayrı-ayrı təhsil proqramları  təkrar akkreditasiyadan keçmədikdə, onun təhsil fəaliyyəti dayandırılır və təhsilalanların digər təhsil müəssisələrində təhsilinin davam etdirilməsi üçün müvafiq tədbirlər həyata keçirilir. Akkreditasiyadan keçməyən təhsil müəssisəsinin əvvəllər verdiyi təhsil haqqında dövlət sənədi öz qüvvəsində qalır.

5.7. Təhsil müəssisəsi Akkreditasiya Şurasının onun akkreditasiyası barədə çıxardığı mənfi qərarla bağlı qanunvericiliyə uyğun olaraq məhkəmə qarşısında iddia qaldıra bilər.

5.8. Akkreditasiyanın aparıldığı təhsil müəssisəsi üçün müvafiq sənədlər toplusu (akkreditasiya işi) tərtib olunur. Bu topluya aşağıdakılar daxil edilir:

- təhsil müəssisəsinin Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim etdiyi sənədlər;

- təhsil müəssisəsinin akkreditasiya olunması üçün Akkreditasiya Komissiyasının yaradılması haqqında əmr;

- Akkreditasiya Komissiyasının arayışı;

- təhsil müəssisəsinin akkreditasiyasının nəticəsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri.

Zəruri hallarda topluya digər sənədlər də əlavə oluna bilər.

Sənədlər toplusu Azərbaycan Respublikasının Təhsil Nazirliyində xüsusi qovluqda saxlanılır.

Təhsil müəssisəsinin akkreditasiyası haqqında əmr aşağıdakı hallarda öz qüvvəsini itirir:

- təhsil müəssisəsinin akkreditasiya müddəti başa çatdıqda;

- təhsil müəssisəsinin müvafiq müraciəti olduqda;

- təhsil müəssisəsinin lisenziyası ləğv edildikdə və ya lisenziya müddəti bitdikdə və uzadılmadıqda;

- təhsil müəssisəsi yenidən təşkil olunduqda. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli 167 ¹li "Təhsil müəssisələrinin akkreditasiyası qaydaları"nın təsdiq edilməsi barədə qərarının icrasını təmin etmək məqsədilə 

ƏMR EDİRƏM: 

1. Təhsil Nazirliyinin aidiyyəti struktur bölmə rəhbərləri və ali təhsil müəssisələrinin rəhbərləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Təhsil müəssisələrinin akkreditasiyası qaydaları"nın təsdiq edilməsi barədə 28 sentyabr 2010-cu il tarixli 167 N-li qərarını işdə rəhbər tutsunlar.

2. Təhsil Nazirliyi Aparatının rəhbərinə (İ.Pirməmmədov), Akkreditasiya şöbəsinə (H.Zərbəliyev) tapşırılsın ki, bu əmrdən irəli gələn digər zəruri tədbirləri həyata keçirsinlər.

3. Əmrin mətni "Azərbaycan müəllimi" qəzetində dərc olunsun.

4. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm. 

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
1 oktyabr 2010-cu il

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Qanunvericilik" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

8 Oktyabr 2010 - ¹39

Azərbaycan Respublikasının təhsil işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikasının təhsil işçilərinə "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri
 
Şərur rayonunun Maxta kənd orta məktəbinin yeni binasının açılışı olub
 
Prezident İlham Əliyev Sədərək 2 nömrəli orta məktəbinin yeni binasının açılışında iştirak edib
 
Prezident İlham Əliyev Azərbaycan Tibb Universitetinin tədris-terapevtik klinikasının açılışında iştirak edib
 
Bakının Xətai rayonunda yəhudi uşaqlar üçün "Xabad-Or-Avner" təhsil mərkəzinin açılışı olub Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
ATU-nun 80 illik yubileyi qeyd edildi
 
Ötən ay Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə 2083 müraciət daxil olub
 
"Trend" İnformasiya Agentliyində mətbuat konfransı
 
4-cü Azərbaycan Beynəlxalq "Təhsil və karyera" sərgisi açıldı
 
Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib
 
Dəyişən ulduzlar sahəsində beynəlxalq elmi konfransda Azərbaycan aliminin məruzəsi maraqla qarşılanıb
 
Azərbaycan Dillər Universitetinin 442 tələbəsi orta məktəblərdə pedaqoji təcrübə keçəcək
 
Rus yazıçısı tələbə və magistrantlara ustad dərsi keçib
 
Təhsil müəssisələrinin baş mühasiblərinin seminar-müşavirəsi
 
"Dayanıqlı inkişaf və idarəetmə" mövzusunda beynəlxalq konfrans
 
AMİ-nin bir qrup əməkdaşı Fəxri fərmanla təltif olundu
 
Beynəlxalq təhsil yarmarkası keçirilib
 
Həyatın tarix dərsi
 
Gimnaziyada "Yer planetinə verilən dəyər" mövzusunda ekoloji layihə təqdim olunub
 
Ətraf mühitə qayğı hər bir məktəblinin vəzifəsidir
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Kiçik Akademiya"nın üzvlərinin sayı artır
 
Məktəbdə metodiki işlərə geniş yer verilir
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov