Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə
(telefonlar: 496-34-82; 496-37-61; e-mail
ünvanı:
qaynar-xett@edu.gov.az) 2010-cu ilin
sentyabr ayında 2083 müraciət daxil olub.
1887 müraciət telefonla, 196 müraciət isə
elektron poçt vasitəsilə qəbul edilmişdir. Daxil
olan müraciətlərin hamısı dinlənilib, qeydə
alınmış, araşdırılmış və cavablandırılmışdır.
Sentyabr ayında daxil olan müraciətlər yeni dərs
ilinin başlanması ilə əlaqədar sorğu xarakterli
olmuşdur. Bu sorğular məktəbəqədər, ümumtəhsil,
texniki peşə, orta ixtisas və ali məktəblərə
qəbul, məktəbli forması, dərs bölgüsü,
ümumtəhsil məktəbləri şagirdlərinin pulsuz
dərsliklə təminatı və s. məsələlərlə əlaqədar
olmuşdur.
Məktəbəqədər tərbiyə müəssisələrinə uşaqların
qəbulu, ödəniş haqqı, iş rejimi barədə sorğular
xidmət əməkdaşları və müvafiq struktur bölmələri
tərəfindən cavablandırılmışdır.
Ümumtəhsil məktəblərinə şagird qəbulu, I
siniflərə vaxtından əvvəl şagird qəbulu,
məktəbli forması, IX siniflərdə
mərkəzləşdirilmiş qaydada keçirilən payız
imtahanları barədə sorğular cavablandırılmışdır.
Eyni zamanda ümumtəhsil məktəblərinə
müəllimlərin müsabiqə yolu ilə işə qəbulu və
müəllimlərin dərs bölgüsünə dair çoxsaylı
suallar cavablandırılmışdır.
Texniki peşə təhsili müəssisələri ilə əlaqədar
əsasən, bu müəssisələrə şagird qəbuluna dair
sorğular dinlənilib qeydə alınmışdır.
Orta ixtisas təhsili müəssisələrində tələbələrin
köçürülməsi, bərpa olunması, təhsil haqqının
ödənilməsi kimi sorğulara aydınlıq
gətirilmişdir.
Ali təhsil müəssisələri ilə əlaqədar tələbələrin
köçürülmə və bərpası, təhsil haqqının
ödənilməsi, bakalavr və magistr pillələrində
ixtisaslaşma, təhsil sənədlərinin tanınması və
s. sorğular xidmət əməkdaşları və nazirliyin
müvafiq struktur bölmələri tərəfindən
cavablandırılmışdır.
Yeni dərs ili ərəfəsində 2 özəl ali təhsil
müəssisəsi tələbələrinin köçürülməsi ilə
əlaqədar daha çox müraciət qəbul olunmuşdur
(600-dən çox). Belə ki, Moskva Dövlət Açıq
Universitetinin Bakı filialının ləğvi və
Azərbaycan Beynəlxalq Universitetinin
fəaliyyətinə verilmiş xüsusi razılığın
(lisenziya) qüvvədə olma müddətinin uzadılmaması
barədə Təhsil Nazirliyinin 02.09.2010-cu il
tarixli 1200 nömrəli əmrinin icrası ilə əlaqədar
daxil olan bütün sorğular müvafiq sənədlərə
uyğun cavablandırılmışdır.
Digər sorğular gənc müəllimlərin təyinatla işə
qəbulu, beynəlxalq olimpiada qaliblərinə verilən
güzəştlər, xaricdə təhsil, xarici ölkə təhsil
müəssisələrindən verilmiş təhsil sənədlərinin
tanınması, xaricdə təhsil alan tələbələrin ölkə
təhsil müəssisələrinə köçürülməsi, dövlət
proqramı üzrə xaricdə təhsil alan tələbələrin
təhsil haqlarının ödənilməsi qaydaları ilə
əlaqədar olmuşdur. |