Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

15 Yanvar 2010 - ¹02

 

Doktorantların və gənc tədqiqatçıların XIV Respublika elmi konfransının yekunları barədə 
Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11 iyun 2009-cu il tarixli, 682  nömrəli əmrinə əsasən 2009-cu il 4-5 dekabr tarixlərində Təhsil Nazirliyinin   təşkilatçılığı ilə Azərbaycan Dillər  Universitetinin bazasında doktorantların  və gənc tədqiqatçıların  XIV Respublika elmi konfransı keçirilmişdir. Konfransın bölmə iclaslarının aparılmasına və məruzələrin elmi səviyyəsinin qiymətləndirilməsinə görkəmli alimlər cəlb edilmişdir.

Təşkilat Komitəsinə 20 ali məktəbdən 298 məruzə tezisi göndərilmiş və həmin məruzələrin adları proqrama daxil edilmişdir.

Konfransın 19 bölməsində  222  məruzə dinlənilmiş və müzakirə edilmişdir. Məruzəçilərdən 58 nəfəri elmi işinin aktuallığı, yeniliyi və mövzusunu auditoriyaya çatdırmaq bacarığı ilə fərqlənmişdir. Təşkilat Komitəsinin qərarına əsasən  konfransda dinlənilmiş  və bölmə sədrləri tərəfindən nəşrə layiq görülmüş məruzə tezislərinin doktorantların və gənc tədqiqatçıların XIV Respublika elmi konfransının materiallarına daxil edilməsi  və  nəşr olunması nəzərdə tutulmuşdur.

Azərbaycan Dillər Universitetinin rəhbərliyi tərəfindən konfransın keçirilməsi üçün müvafiq şərait yaradılmış və lazımi tədbirlər operativ şəkildə həyata keçirilmişdir.

Qeyd olunanları nəzərə alaraq

ƏMR EDİRƏM: 

1. Təhsil Nazirliyi tərəfindən ənənəvi olaraq doktorantlar və gənc tədqiqatçılar üçün keçirilən respublika elmi konfranslarının ali məktəblərdə gənc alimlərin hazırlanmasına müsbət təsiri qeyd edilsin.

2. Bölmə sədrlərinin rəyinə əsaslanaraq doktorantların və gənc tədqiqatçıların XIV Respublika  elmi konfransında dinlənilmiş məruzələrin elmi səviyyəsinin ümumilikdə keçən konfransa nisbətən daha yüksək olması müsbət hal kimi qeyd edilsin.

3. Doktorantların və gənc tədqiqatçıların XIV Respublika elmi konfransının bölmə sədrlərinə və həmsədrlərə bölmənin işinin təşkilində səmərəli fəaliyyətlərinə görə Təhsil Nazirliyinin təşəkkürü elan edilsin.

4. Bölmə sədrlərinin qərarlarına əsasən doktorantların və gənc tədqiqatçıların  XIV Respublika elmi konfransında  fəal iştirak etmiş  doktorant və gənc tədqiqatçılara sertifikatlar təqdim edilsin.

5. Bölmə sədrlərinin qərarlarına əsasən doktorantların və gənc tədqiqatçıların XIV Respublika elmi konfransında ən yaxşı məruzə ilə çıxış etmiş aşağıda adları göstərilən doktorant və gənc tədqiqatçılar noutbukla mükafatlandırılsın:

- Nağıyev Elnur Vaqif oğlu, Bakı Dövlət Universitetinin doktorantı, "Kürün aşağı axınında yerləşən şəhərlərin ekoloji şəraitinə görə qiymətləndirilməsi" məruzəsinə görə; 

- Əsgərova Nuranə Şakir qızı, Azərbaycan Dillər Universitetinin doktorantı, "Subtitr və onun tərcüməsi" məruzəsinə görə;

- Novruzova Gülnar Vəli qızı, Azərbaycan  Memarlıq  və İnşaat  Universitetinin doktorantı, "Kanalların çöküntülərdən təmizlənməsinin əsas xüsusiyyətlərinin tətbiqi" məruzəsinə görə;

- Salamov Əlisgəndər Akif oğlu, Azərbaycan Texniki Universitetinin doktorantı, "Külək mühərriklərində istifadə olunan rotorlu və qanadlı pərlərin müqayisəli analizi" məruzəsinə görə;

- Səmədov Samir Bəxtiyar oğlu,  Bakı Dövlət Universitetinin doktorantı,  "İssledovaniye problemı otkazoustoyçivosti raspredelennıx sistem" məruzəsinə görə.

6. Doktorantların və gənc tədqiqatçıların XIV Respublika elmi konfransının  Azərbaycan Dillər Universitetində keçirilməsi üçün əlverişli şərait yaradıldığına görə həmin universitetin rektoru, professor Səməd Seyidova və elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusova Təhsil Nazirliyinin təşəkkürü elan edilsin.

7. Təhsil Nazirliyinin Elm şöbəsinə (G.Hüseynova) tapşırılsın:

7.1. Doktorantların və gənc tədqiqatçıların XIV Respublika elmi konfransının materialları nəşrə hazırlanıb çap olunmaq məqsədilə Azərbaycan Dillər Universitetinə təqdim edilsin.

7.2. Bu əmrin 2 nömrəli əlavəsində adları çəkilən doktorant və gənc tədqiqatçılar üçün müvafiq sertifikatların  hazırlanması təmin edilsin.

7.3. Doktorantların və gənc tədqiqatçıların XV Respublika elmi konfransının keçirilməsi haqqında təkliflər hazırlanıb 10 fevral 2010-cu il tarixə qədər nazirliyin rəhbərliyinə təqdim edilsin.

8. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Təhsil xəbərləri" məlumat-informasiya məcmuəsində, "Azərbaycan müəllimi" qəzetində dərc edilməsini və nazirliyin İnternet səhifəsində yerləşdirilməsini təmin etsin.

9. ümumi şöbə (İ.Mirzəyev) əmrin çoxaldılıb ali təhsil müəssisələrinə çatdırılmasını təmin etsin.

10. Əmrin icrasına nəzarət təhsil nazirinin müavini İ.Hüseynovaya həvalə edilsin. 

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının
təhsil naziri 
21 dekabr 2009-cu il

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Qanunvericilik" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEVV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
15 Yanvar 2010 - ¹02
Rəsul Rzanın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Doktorantların və gənc tədqiqatçıların XIV Respublika elmi konfransının yekunları barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Ali məktəblər üçün "Beynəlxalq hüquqda fəxri konsul institutu" dərsliyinin təqdimatı olub
 
Yaponiya hökumətinin ayırdığı qrantlar hesabına
 
Peşə təhsilinin kurikulumlarının hazırlanmasına dair seminar
 
Məktəblilərin fənn olimpiadasının II rayon (şəhər) mərhələsi keçirildi
 
NDU-da yubiley tədbiri keçirildi
 
Ali məktəblərdə qış imtahan sessiyası davam edir
 
BDU-da imtahanların gedişinə QHT-lər nəzarət edirlər
 
ADPU-da imtahanlar İKT-nin tətbiqi ilə aparılır
 
AMİ-də "Açıq qapı günləri" elan edilib
 
Kurikulum islahatı zamanın tələbidir
 
Akademik Zərifə Əliyeva adına orta məktəbdə İngilis dilinin Onlayn tədrisi (ETTO) layihəsinin təqdimatı olub
 
Ali təhsildə maliyyələşdirmə mexanizmlərinə dair seminar
 
İnteraktiv təlim metodlarının tətbiqinin bəzi cəhətləri
 
Dünya universitetləri: İsveçrə Federal Texnologiya İnstitutu
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə;
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov