Naxçıvan Dövlət Universitetinin Elmi
kitabxanasında şair-publisist, filologiya
elmləri namizədi, dosent Əbülfəz Muxtaroğlunun
70 illiyinə həsr olunmuş yubiley tədbiri
keçirilib.
Tədbirdə çıxış edən NDU-nun rektoru, akademik
İsa Həbibbəyli yubilyarı bu əlamətdar hadisə
münasibətilə təbrik edib, şairin həyat və
yaradıcılıq yolundan geniş söz açıb.
Vurğulanıb ki, bu təhsil ocağında çalışdığı
dövrdə şair ruhlu bu nümunəvi müəllim tələbə və
müəllimlərin rəğbətini, sevgisini qazanıb,
istər kollektiv daxilində, istərsə də şeir
sənətində özünəməxsusluğu ilə daim seçilib.
Sonra müəllim həmkarları və dostları adından
çıxış edən Azərbaycan dilçiliyi kafedrasının
müdiri, filologiya elmləri doktoru, professor
Sevindik Vəliyev, həmin kafedranın müəllimi,
filologiya elmləri namizədi, dosent Arif
Ağalarov, Xarici tələbələrlə iş üzrə dekan,
filologiya elmləri namizədi, dosent Xanəli
Kərimli, "Qeyrət" nəşriyyatının direktoru, tarix
elmləri namizədi Vaqif Məmmədov yubilyarın
vətənpərvərlik, məhəbbət, təbiət və başqa
mövzulardakı şeirlərinin sadəliyini diqqətə
çatdırıblar.
Tələbələrin müəllifin "Peşiman deyiləm" və
"Naxçıvan" adlı şeirlərinin bədii qiraəti isə
tədbirə xüsusi rəng qatıb.
Yubilyara Elmi kitabxanın rəhbərliyi adından
hədiyyə təqdim olunub.
Sonda ürək sözlərini çatdıran yubilyar şair
göstərilən qayğı və diqqətə görə dərin
minnətdarlığını ifadə edib.
Nərmin CƏFƏROVA,
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı |