Təhsil Nazirliyindən aldığımız məlumatda
bildirilir ki, yanvarın 8-də "Azərbaycan
Respublikasında texniki peşə təhsilinin inkişafı
üzrə Dövlət Proqramı (2007-2012-ci illər)"
çərçivəsində texniki peşə təhsilinin
kurikulumları və yeni standartlarının
hazırlanması, bu istiqamətdə beynəlxalq
təcrübənin öyrənilməsi məqsədi ilə 16 nömrəli
Bakı Peşə Liseyində seminar keçirilib.
Seminarda işçi qrupu tərəfindən hazırlanmış
ixtisaslar üzrə peşələrin kurikulumlarının
layihə sənədi və layihə sənədində nəzərdə
tutulmuş peşələrin əsas məqsədi, təhsil
müddətində öyrədiləcək məzmunun əsas
istiqamətləri (əsas funksiyaları), peşə
standartları (funksional modulları)
ayrı-ayrılıqda oxunaraq yenidən müzakirə
edilib.
Təhsil Nazirliyinin nümayəndəsi Elxan Cəfərov
çıxışında bildirib ki, gələcəkdə peşə təhsili
üzrə yeni peşə-ixtisas klassifikatorunun və
seçilmiş ixtisaslar üzrə kurikulumların
hazırlanması "Dünyaya Baxış" beynəlxalq
humanitar təşkilatı tərəfindən dəstəklənən
"Gənclərin məşğulluq şəbəkəsinin yaradılması"
layihəsi çərçivəsində həyata keçiriləcək.
Şakir CƏFƏROV |