Yaponiyanın ölkəmizdəki səfirliyi ilə yeddi
qeyri-hökumət təşkilatı və bir təhsil şöbəsi
arasında ötən ilin dekabrında imzalanmış
müqavilələrə əsasən Yaponiya hökumətinin "Ot
kökləri və insan təhlükəsizliyi" qrant yardım
Proqramı çərçivəsində bu il ölkəmizdə səkkiz
layihə həyata keçiriləcək. Layihələrin 3-ü
təhsil sahəsini əhatə edir. Belə ki, adıgedən
proqram çərçivəsində Salyan rayonunun Xurşud
kəndində yeni məktəb binasının tikilməsi, Quba
rayonundakı İkinci Nügədi kənd 1 nömrəli
məktəbinin təmiri və Gəncə Peşə Təhsili
Mərkəzinin avadanlıqlarının yeniləşdirilməsi
nəzərdə tutulub. Hər layihənin icrasına 96-97
min ABŞ dolları vəsait ayırılıb.
Y.ƏLIYEV |