Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

15 Yanvar 2010 - ¹02

 
AMİ-də "Açıq qapı günləri" elan edilib
 

Azərbaycan Müəllimlər İnstitutunda 2009-2010-cu tədris ilinin qış imtahan sessiyasına hazırlıq işləri barədə məsələ institutun Elmi Şurasının 10 dekabr 2009-cu il tarixli iclasında müzakirə edilib və qərar qəbul olunub. Sessiyanın mütəşəkkil keçirilməsi üçün istər baza institutunda, istərsə də filiallarda bir sıra zəruri tədbirlər həyata keçirilib. Bir qayda olaraq imtahanlar bütün kurslarda yazılı formada keçirilir. İmtahanlar başa çatdıqdan sonra imtahan vərəqələri kodlaşdırılmaq üçün rektorluğa təqdim edilir. İmtahanın nəticələri elə həmin gün protokollaşdırılır, müəllimlər tərəfindən imzalanır və qiymət cədvəlləri doldurulur.

İmtahan sessiyasında yarana biləcək münaqişə və şikayətlərin operativ və obyektiv həll edilməsini təmin etmək məqsədilə institutda münaqişə komissiyası yaradılıb. Tələbələrin nəzərinə çatdırılıb ki, imtahanların nəticəsindən narazı qalanlar yalnız imtahanın nəticələri elan olunduğu gün münaqişə komissiyasına ərizə ilə müraciət edə bilərlər.

Bundan başqa, institutda baş verə biləcək hər hansı neqativ halların aradan qaldırılması üçün daimi olaraq "Qaynar xətt" fəaliyyət göstərir.

2009-2010-cu tədris ilinin qış imtahan sessiyasının keçirilməsi ilə əlaqədar institutda "Açıq qapı günləri" elan edilib. İmtahan sessiyasının şəffaf və ədalətli keçirilməsinin şahidi olmaq və sessiyanın gedişini izləmək istəyən bütün valideynlər, mətbuat işçiləri və ictimaiyyət nümayəndələri "Açıq qapı günləri"ndə iştirak edə bilərlər.

 Bütün bunlarla yanaşı, sonda onu da xatırlatmağı lazım bilirik ki, Təhsil Nazirliyində "Qaynar xətt" fəaliyyət göstərir. Müəllim və tələbələr, imtahanlarda nəzarəti həyata keçirən QHT-lərin və ictimaiyyətin nümayəndələri rastlaşdıqları nöqsanlar, neqativ hallar barədə "Qaynar xətt"ə (tel.496-34-82, faks 496-37-61. e-mail: qaynarxett@edu.gov.az) məlumat verə bilərlər.

Y.ƏLİYEV

 
  Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

 

 

HEYDƏR ƏLİYEVV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
15 Yanvar 2010 - ¹02
Rəsul Rzanın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Doktorantların və gənc tədqiqatçıların XIV Respublika elmi konfransının yekunları barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Ali məktəblər üçün "Beynəlxalq hüquqda fəxri konsul institutu" dərsliyinin təqdimatı olub
 
Yaponiya hökumətinin ayırdığı qrantlar hesabına
 
Peşə təhsilinin kurikulumlarının hazırlanmasına dair seminar
 
Məktəblilərin fənn olimpiadasının II rayon (şəhər) mərhələsi keçirildi
 
NDU-da yubiley tədbiri keçirildi
 
Ali məktəblərdə qış imtahan sessiyası davam edir
 
BDU-da imtahanların gedişinə QHT-lər nəzarət edirlər
 
ADPU-da imtahanlar İKT-nin tətbiqi ilə aparılır
 
AMİ-də "Açıq qapı günləri" elan edilib
 
Kurikulum islahatı zamanın tələbidir
 
Akademik Zərifə Əliyeva adına orta məktəbdə İngilis dilinin Onlayn tədrisi (ETTO) layihəsinin təqdimatı olub
 
Ali təhsildə maliyyələşdirmə mexanizmlərinə dair seminar
 
İnteraktiv təlim metodlarının tətbiqinin bəzi cəhətləri
 
Dünya universitetləri: İsveçrə Federal Texnologiya İnstitutu
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə;
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov