Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

15 Yanvar 2010 - ¹02

 
BDU-da imtahanların gedişinə QHT-lər nəzarət edirlər
 

Bakı Dövlət Universiteti tədris hissəsinin müdiri, kimya elmləri namizədi, dosent İbad İbadov bizimlə söhbətində  bildirdi ki, ötən illərdən fərqli olaraq bu tədris ilində sessiyanın keçirilməsində müəyyən yeniliklər tətbiq olunub. Belə ki, bütün imtahanlar monitorinq formasında aparılır. Yazılı formada keçirilən imtahanlarda tələbələrin yazı işləri kodlaşdırılır və anonim şəkildə, özü də fənni  tədris edən müəllim tərəfindən deyil, kafedranın eyni ixtisaslı digər müəllimləri tərəfindən yoxlanılır və kredit sisteminin tələblərinə uyğun 50 balla qiymətləndirilərək tələbələrə elan olunur. Bu da tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunmasına tam şərait yaradır.

Hər gün səhər saat 9.00-dan etibarən universitet üzrə imtahan keçiriləcək bütün qruplara qeyri-ixtisas müəllimlərindən koordinatorlar təyin edilir. Hər qrupa təyin olunmuş 2 nəfər müəllim-koordinator imtahanların gedişinə bilavasitə nəzarət edir. Köçürmə hallarına qəti yol verməmək müəllim-koordinatorlara ciddi tapşırılıb. ötən illərdən fərqli olaraq tələbələr arasında köçürmə hallarına çox az təsadüf olunur və belələri dərhal koordinatorlar tərəfindən imtahanın gedişindən kənarlaşdırılır.

İmtahanların gedişinə bilavasitə nəzarət etmək üçün prorektorlar və digər struktur rəhbərləri rektor tərəfindən fakültələrə təhkim olunublar.

Universitetdə fəaliyyət göstərən "qaynar xətt"in telefon nömrələri bütün tədris korpuslarında asılıb. Eyni zamanda bütün korpuslarda xüsusi qutular yerləşdirilib. Tələbələr imtahanların gedişi haqqında öz rəy və təkliflərini, iradlarını, narazılıqlarını onların vasitəsi ilə bildirə bilərlər.

Sessiyanın gedişini operativ izləmək məqsədi ilə rektorun əmrinə  əsasən qərargah yaradılıb. Hər gün onun iclası keçirilir və sessiyanın gedişində yarana biləcək hər hansı bir narazılıq qərargahda dərhal müzakirə olunur.

Bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələri sessiyanın gedişini izləməyə cəlb olunublar. Onlar Təhsil Nazirliyi tərəfindən seçilib müəyyənləşdirilmiş qruplarda imtahanların gedişinə bilavasitə nəzarət edirlər. İmtahanların təşkili, sessiyanın gedişi hər gün rektorun nəzarətindədir və gündəlik müzakirə olunur.

Y.ƏLİYEV

 
  Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

 

HEYDƏR ƏLİYEVV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
15 Yanvar 2010 - ¹02
Rəsul Rzanın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Doktorantların və gənc tədqiqatçıların XIV Respublika elmi konfransının yekunları barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Ali məktəblər üçün "Beynəlxalq hüquqda fəxri konsul institutu" dərsliyinin təqdimatı olub
 
Yaponiya hökumətinin ayırdığı qrantlar hesabına
 
Peşə təhsilinin kurikulumlarının hazırlanmasına dair seminar
 
Məktəblilərin fənn olimpiadasının II rayon (şəhər) mərhələsi keçirildi
 
NDU-da yubiley tədbiri keçirildi
 
Ali məktəblərdə qış imtahan sessiyası davam edir
 
BDU-da imtahanların gedişinə QHT-lər nəzarət edirlər
 
ADPU-da imtahanlar İKT-nin tətbiqi ilə aparılır
 
AMİ-də "Açıq qapı günləri" elan edilib
 
Kurikulum islahatı zamanın tələbidir
 
Akademik Zərifə Əliyeva adına orta məktəbdə İngilis dilinin Onlayn tədrisi (ETTO) layihəsinin təqdimatı olub
 
Ali təhsildə maliyyələşdirmə mexanizmlərinə dair seminar
 
İnteraktiv təlim metodlarının tətbiqinin bəzi cəhətləri
 
Dünya universitetləri: İsveçrə Federal Texnologiya İnstitutu
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə;
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov