Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

31 Dekabr 2009 - ¹51

 

Yaponiya səfirliyində layihələrin imzalanma mərasimi keçirilib

 

Dekabrın 25-də Yaponiyanın Azərbaycandakı səfirliyində "Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı Proqramı" çərçivəsində layihələrin imzalanma mərasimi keçirildi.

Qonaqları salamlayan Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Masamitsu Oki onları burada görməsindən məmnun olduğunu dedi.

3-ü məktəb tikintisi, 2-si su təchizatı, 2-si ekoloji və 1-i suvarma layihəsi olmaqla bu gün 8 layihənin imzalanacağını söyləyən səfir bununla bağlı ətraflı məlumat verdi və həmin layihələrin hazırlanmasında iştirak edən hər kəsə dərin təşəkkürünü bildirdi. Cənab səfir diqqətə çatdırdı ki, indiyədək olan sahələrdən əlavə, Yaponiya hökuməti tərəfindən seçilən budəfəki layihələr tullantıların idarə edilməsi, çayların təmizlənməsi və bərpa edilməsi kimi ətraf mühitin mühafizəsi üzrə sahələri də əhatə edir. Məsələn, "Şəki şəhəri Gəncəli və Dərə Hamamı icmalarında çayların təmizlənməsi və bərpası layihəsi" çayların zibillərdən təmizlənməsi və Şəki şəhərinin mühafizəsinə istiqamətlənmişdir. Beləliklə, Yaponiya hökuməti Azərbaycanda Ekologiya ili elan olunmuş 2010-cu ilə öz töhfəsini vermiş olur. Bu işin Azərbaycanın digər şəhər və rayonlarına nümunə olacağına ümid etdiyini deyən cənab Masamitsu Oki  proqram çərçivəsində layihələrin demək olar ki, bütün ölkədə həyata keçirildiyini vurğuladı.

Sonra çıxış üçün söz Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanova verildi.

öncə bütün tədbir iştirakçılarını qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edən təhsil naziri onlara gələcək fəaliyyətlərində uğurlar, şəxsi həyatlarında xoşbəxtlik və möhkəm cansağlığı arzuladı.

Nazir mərasimdəki çıxışında Yaponiya hökumətinin Azərbaycanda xüsusilə təhsil sahəsinə böyük yardım göstərməsindən bəhs edərək "Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı Proqramı" çərçivəsində indiyədək bu sahə ilə bağlı ümumilikdə 60-a yaxın əhəmiyyətli layihənin həyata keçirildiyini diqqətə çatdırdı.

Misir Mərdanov Yaponiya hökumətinin ölkəmizə maddi dəstəyinin təkcə bununla məhdudlaşmadığını, adıçəkilən proqramdan əlavə də bir çox mühüm işlərin görüldüyünü bildirdi. Nazir qeyd etdi ki, iki  ölkə arasında təhsilin müxtəlif sahələri üzrə çox ciddi addımların atılmağı nəzərdə tutulub. Buna misal olaraq peşə təhsili ilə bağlı müəyyən layihələrin həyata keçirilməsi, azərbaycanlı gənclərin Yaponiyanın nüfuzlu ali məkəblərində təhsili və s. göstərmək olar. Artıq Bakı şəhərinin 3 ümumtəhsil məktəbində yapon dili tədris olunur və gələcəkdə bu təcrübənin genişləndirilməsi planlaşdırılıb.

Bu gün imzalanacaq layihələrin də uğurla həyata keçiriləcəyinə ümidini ifadə edən təhsil naziri çıxışının sonunda ölkəmizə göstərilən dost münasibətinə görə Yaponiya hökumətinə minnətdarlığını bildirdi və yapon xalqına ən xoş arzularını çatdırdı.

Mərasimdə çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İnnovasiya, investisiya və ekoloji layihələrlə iş şöbəsinin müdiri Sadiq Şirəliyev, "Azərsu" Səhmdar Cəmiyyətinin Beynəlxalq əlaqələr və inkişaf şöbəsinin müdiri İlqar Tağıyev, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Elm, layihə, tikinti və beynəlxalq əlaqələr şöbəsinin müdiri Məmməd Əsədov göstərilən maddi dəstəyə görə Yaponiya hökumətinə təşəkkür etdilər.

Sonra ümumi dəyəri 763982 ABŞ dolları olan 8 layihə üzrə qrant müqavilələri imzalandı. Sənədləri Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Masamitsu Oki, icraçı qeyri-hökumət təşkilatlarının nümayəndələri və bir rayon təhsil şöbəsinin rəhbəri imzaladılar. 

Hicran ƏKBƏROVA

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
31 Dekabr 2009 - ¹51
Azərbaycan Tibb Universitetinin çoxprofilli tədris-terapevtik klinikasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
2009-cu il nə ilə yadda qalacaq?
 
Heydər Əliyev Fondu tərəfindən Niderlanddakı Azərbaycan məktəblərinə Yeni il hədiyyələri təqdim olunub
 
Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənlikləri keçirir
 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Yeni il ərəfəsində Şamaxıda uşaq incəsənət məktəbinin təməli qoyulub
 
Təhsil Nazirliyində mətbuat konfransı
 
Qaliblərə mükafatlar təqdim edildi
 
Təhsil Nazirliyi ilə "Azərsun Holdinq" arasında niyyət protokolu imzalandı
 
"Azərbaycan məktəbi" jurnalının 85 illiyinə həsr olunmuş tədbir
 
Yaponiya səfirliyində layihələrin imzalanma mərasimi keçirilib
 
6 nömrəli Bakı Peşə Liseyinin yubileyi qeyd olundu
 
Təhsil Nazirliyində mətbuat konfransı
 
Qaliblərə mükafatlar təqdim edildi
 
Təhsil Nazirliyi ilə "Azərsun Holdinq" arasında niyyət protokolu imzalandı
 
"Azərbaycan məktəbi" jurnalının 85 illiyinə həsr olunmuş tədbir
 
Uğurlarımızın əsasını demokratik idarəetmə təşkil edir
 
Dünya universitetləri: MakGill Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov