Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

31 Dekabr 2009 - ¹51

 

Qaliblərə mükafatlar təqdim edildi

 

Bir neçə ildir ki , Azərbaycan Respublikası Prezidentinin bədən tərbiyəsi və idman sahəsi ilə bağlı sərəncam və fərmanlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi vəziyyətini, fiziki tərbiyə və idman sahəsində qabaqcıl pedaqoji təcrübəni öyrənmək, təhsil sistemində idman və fiziki tərbiyə işini daha da yaxşılaşdırmaq, bu sahədə çalışan istedadlı gənc idmançıları, məşqçi-müəllimləri aşkar etmək, onları rəğbətləndirmək məqsədilə ayrı-ayrı nominasiyalar üzrə respublika müsabiqələri təşkil olunur.

Təhsil naziri Misir Mərdanovun "Respublika müsabiqəsinin keçirilməsi haqqında" 23 sentyabr 2009-cu il tarixli əmri ilə keçirilən növbəti müsabiqəyə artıq yekun vurulmuş və qaliblər müəyyənləşdirilmişdir.

Dekabrın 28-də Təhsil Nazirliyində müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Nazirliyin məsul işçilərinin, şöbələrinin və müvafiq struktur bölmə rəhbərlərinin, müsabiqə qaliblərinin, bir sıra idman məktəblərinin nümayəndələrinin və KİV təmsilçilərinin iştirak etdiyi mərasimi açan nazir qonaqları salamladı və dəvəti qəbul etdikləri üçün onlara öz təşəkkürünü bildirdi.

ölkəmizdə idmanın inkişafına daim ciddi fikir verildiyini qeyd edən təhsil naziri bu sahəyə göstərilən diqqət və qayğının ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu dedi. Son illərdə bu işin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən nazir regionlarda olimpiya mərkəzlərinin yaradılmasını, idmanın müxtəlif sahələrinin inkişafını diqqətə çatdırdı. Nazirin çıxışında Azərbaycanın dünya ölkələri arasında tanınmasında beynəlxalq idman hərəkatının əhəmiyyətindən bəhs olundu.

Daha sonra keçirilən müsabiqə haqqında danışan Misir Mərdanov məlumat verdi ki, ümumiyyətlə, Təhsil Nazirliyi sistemində 158 idman məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə 27 idman növü inkişaf etdirilir və 453 bölmədə 8938 qrup fəaliyyət göstərir. Həmin müəssisələrdə 5136 nəfər məşqçi-müəllim işləyir. Onlardan 3468 nəfəri ixtisaslı, 50 nəfəri yüksək, 500 nəfəri isə I-II kateqoriyalı məşqçi-müəllimdir.

İdman məktəblərinin maddi və tədris-texniki bazalarının möhkəmləndirilməsi istiqamətində görülmüş işləri diqqətə çatdıran nazir bildirdi ki, bir sıra rayonlarda və Bakıda yerləşən müəssisələrin boks və tennis zalları, "Təhsil" Respublika İdman Mərkəzinin inzibati binası əsaslı təmir olunmuş və lazımi avadanlıqlarla təmin edilmişdir. Naxçıvan Şəhər Şahmat Məktəbi üçün yeni, dünya standartları səviyyəsində, müasir inventar və avadanlıqlarla təmin olunmuş bina tikilib istifadəyə verilmişdir. Sumqayıt və Mingəçevir şahmat məktəbləri isə əsaslı surətdə yenidən qurulur və yaxın vaxtlarda istifadəyə veriləcəkdir.

Sevindirici haldır ki, Naxçıvan şəhər, Samux, Xızı rayonlarında yeni şahmat məktəblərinin açılışında, Yevlax və Şamaxı rayon şahmat məktəblərinin isə əsaslı təmirdən sonra açılış mərasimlərində ölkə Prezidenti cənab İlham Əliyev də iştirak etmişdir.

Cari tədris ilində Gəncə şəhər 1 nömrəli əsas internat məktəbinin bazasında Gəncə şəhər futbol təmayüllü internat tipli gimnaziya yaradılmışdır. Bakı şəhərinin 51, 171, 237, 239, 136 nömrəli orta, Makarenko adına internat, Füzuli rayonu 27 nömrəli orta məktəblərində və "Təhsil" Respublika İdman Mərkəzinin Bakı filialında yeni süni örtüklü futbol meydançaları yaradılmışdır. Həmin təhsil ocaqlarında AFFA-nın mütəxəssislərinin iştirakı ilə futbol dərsləri tədris olunur.

10 nominasiya üzrə keçirilən VII respublika müsabiqəsində Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən 153 idman məktəbinin iştirak etdiyini bildirən Misir Mərdanov daha sonra qalibləri mərasim iştirakçılarına təqdim etdi.

Nazir müsabiqə qaliblərini təbrik edərək ən xoş arzularını bildirdi. Onlara diplomlar və hədiyyələr təqdim olundu.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva və olimpiya çempionu Fərid Mansurov da təbriklərə qoşularaq qaliblərə yeni nailiyyətlər arzuladılar. 

Hicran ƏKBƏROVA

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
31 Dekabr 2009 - ¹51
Azərbaycan Tibb Universitetinin çoxprofilli tədris-terapevtik klinikasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
2009-cu il nə ilə yadda qalacaq?
 
Heydər Əliyev Fondu tərəfindən Niderlanddakı Azərbaycan məktəblərinə Yeni il hədiyyələri təqdim olunub
 
Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənlikləri keçirir
 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Yeni il ərəfəsində Şamaxıda uşaq incəsənət məktəbinin təməli qoyulub
 
Təhsil Nazirliyində mətbuat konfransı
 
Qaliblərə mükafatlar təqdim edildi
 
Təhsil Nazirliyi ilə "Azərsun Holdinq" arasında niyyət protokolu imzalandı
 
"Azərbaycan məktəbi" jurnalının 85 illiyinə həsr olunmuş tədbir
 
Yaponiya səfirliyində layihələrin imzalanma mərasimi keçirilib
 
6 nömrəli Bakı Peşə Liseyinin yubileyi qeyd olundu
 
Təhsil Nazirliyində mətbuat konfransı
 
Qaliblərə mükafatlar təqdim edildi
 
Təhsil Nazirliyi ilə "Azərsun Holdinq" arasında niyyət protokolu imzalandı
 
"Azərbaycan məktəbi" jurnalının 85 illiyinə həsr olunmuş tədbir
 
Uğurlarımızın əsasını demokratik idarəetmə təşkil edir
 
Dünya universitetləri: MakGill Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov