Azərbaycan Tibb Universitetinin çoxprofilli
tədris-terapevtik klinikasının tikintisini
sürətləndirmək məqsədilə
QƏRARA ALIRAM:
1.
Azərbaycan Respublikasının 2009-cu il dövlət
büdcəsində nəzərdə tutulmuş Azərbaycan
Respublikası Prezidentinin Ehtiyat Fondundan
Azərbaycan Tibb Universitetinə çoxprofilli
tədris-terapevtik klinikasının tikintisinin
davam etdirilməsi üçün 3,0 (üç) milyon manat
məbləğində vəsait ayrılsın.
2.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu
sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş
vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş
qaydada həyata keçirsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 dekabr 2009-cu il
|