Noyabrın 24-də Azərbaycan Dövlət Pedaqoji
Universitetində professor A.Verdizadənin 95
illik yubileyinə həsr olunmuş "üzvi reagentlər
analitik kimyada" mövzusunda respublika
konfransı keçirildi.
Konfransda ADPU-nun professor-müəllim heyəti,
ali məktəb rəhbərləri, tələbələr və KİV
nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru,
professor Y.Məmmədov bildirdi ki, konfrans
Azərbaycanın görkəmli alimi, analitik kimya
sahəsində tanınmış mütəxəssis, kimya elmləri
doktoru, professor Allahverdi Verdizadənin
anadan olmasının 95 illik yubileyinə həsr
olunub.
Qeyd olundu ki, ADPU-da fəaliyyət göstərən
Analitik və fiziki kimya kafedrasını 1969-cu
ildə məhz professor A.Verdizadə təşkil etmiş və
ilk gündən ömrünün sonuna qədər həmin kafedraya
rəhbərlik etmişdir.
O, görkəmli alim olmaqla bərabər, çox gözəl
pedaqoq idi. Professor A.Verdizadənin
Azərbaycanda kimya elminin inkişafında, yeni
kimyaçılar nəslinin yetişməsində böyük
xidmətləri olmuşdur.
Tədbirdə BDU-nun rektoru, akademik A.Məhərrəmov,
ADPU-nun professorlarından Ə.Qurbanov,
T.Ağdamski və başqaları çıxış edərək professor
A.Verdizadənin pedaqoji fəaliyyətindən və
keçdiyi mənalı həyat yolundan söz açdılar.
Şakir CƏFƏROV,
ADPU-nun dissertantı |