Noyabrın 20-də Goranboy rayonunun Veyisli kəndi
yaxınlığında məcburi köçkünlər üçün salınmış
yeni qəsəbənin açılış mərasimi olmuşdur.
Prezident İlham Əliyev mərasimdə iştirak
etmişdir.
Dövlətimizin başçısı qəsəbədə inşa olunan 360
yerlik orta ümumtəhsil məktəbinin açılışında da
iştirak etdi. Burada şagirdlərin təhsili üçün
hər cür şərait yaradılmışdır. Məktəb zəruri
avadanlıq və inventarla təchiz olunmuş, bütün
siniflər əyani vəsaitlərlə təmin edilmişdir.
Məktəbin idman zalında şagirdlərin fiziki
sağlamlığı üçün hər cür şərait yaradılmışdır.
Kompüter sinfində müasir kompüterlər
quraşdırılaraq İnternetə qoşulmuşdur. Məktəbdə
ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda
qəhrəmanlıqla şəhid olan Kəlbəcər sakinlərinin
xatirəsi əziz tutulur, yetişməkdə olan nəslə
onların şücaətindən söhbət açılır. |