Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

27 Noyabr 2009 - ¹46

 

Azərbaycanda humanitar və ictimai elmlər sahəsində yaranmış vəziyyətə həsr olunmuş müşavirə keçirilib

 

 Noyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi ilə ölkədə humanitar elmlərlə məşğul olan alim, müəllim, elm və təhsil ocaqlarının rəhbərləri, təhsil naziri, Milli Elmlər Akademiyası prezidentinin iştirakı ilə müşavirə keçirilmişdir.

Müşavirədə Azərbaycanda humanitar və ictimai elmlər sahəsində yaranmış vəziyyətlə bağlı məsələ müzakirə olunmuşdur.

Prezident İlham Əliyevin ictimai elmlər sahəsində yaranmış vəziyyətdən narahatlığını diqqətə çatdıran Ramiz Mehdiyev demişdir: "İlk növbədə qeyd etmək istərdim ki, bizim toplantı cənab Prezident İlham Əliyevin bilavasitə tapşırığı əsasında keçirilir. Prezident hesab edir ki, müzakirə üçün çoxlu problemlər yığılıb qalıb. Onlar haqqında ətraflı söhbətə ehtiyac vardır".

Prezident Administrasiyasının rəhbəri qeyd etmişdir ki, Azərbaycanın iqtisadi yüksəlişi və iqtisadiyyat sahəsində keçid mərhələsinin başa çatdırılması yeni hədəflər müəyyənləşdirmişdir. "Danılmaz faktdır ki, bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir. İnkişafın bugünkü səviyyəsinə çatmaq üçün xalqımız çox çətinliklər dəf etmiş, çox sınaqlardan keçməli olmuşdur. Bu müddət ərzində biz mürəkkəb, eyni zamanda şərəfli yol keçmişik. Bu yol bizə möhkəm əsaslar üzərində dövlətçilik formalaşdırmaq imkanı vermişdir".

Akademik Ramiz Mehdiyev 90-cı illərin ideologiyasızlığı və oriyentasiyasızlığının artıq arxada qaldığını vurğulayaraq demişdir ki, milli mədəni-mənəvi oriyentasiyanın olmaması, xarici dövlətlərin stereotip inkişaf modellərinə kor-koranə riayət edilməsi hökmən millətin öz simasını itirməsi ilə nəticələnir. Ancaq Azərbaycanda cəmiyyəti səfərbər etmək mümkün olmuşdur. Bu məsələdə ulu öndər Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayan akademik demişdir: "Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirmiş ümummilli lider Heydər Əliyev bütün cəmiyyəti səfərbər edərək onu düzgün yola istiqamətləndirdi. Bu gün 90-cı illərin çətinliklərini artıq geridə qoymuşuq. Biz müasir Azərbaycan dövlətinin inkişafında yeni mərhələ yaşayırıq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, iqtisadi sahədə keçid dövrü artıq başa çatmışdır. ölkəmizdə inkişafın yüksək sürəti təmin edilmişdir. İndi möhtəşəm və məsuliyyətli vəzifələrin öhdəsindən gəlmək üçün dövlətimizin kifayət qədər potensialı və təcrübəsi vardır. Dünyanı bürümüş indiki maliyyə və iqtisadi böhran şəraitində bu, çox böyük nailiyyətdir".

Prezident Administrasiyasının rəhbəri indiki şəraitdə fəlsəfənin və ümumiyyətlə, ictimai elmlərin aktuallığının artdığını qeyd edərək demişdir ki, bu salonda əyləşənlər qarşısında daha bir mühüm vəzifənin həlli məsələsi dayanır. Bugünkü müşavirə ictimai elmlərdə yaranmış vəziyyətə və təhsil sahəsində qarşıda duran problemlərin qısa zamanda həlli yollarının müəyyən olunmasına həsr edilmişdir. Əsas məqsədimiz ondan ibarətdir ki, yaxın illərdə təhsildə, elmdə və ümumən intellektual sahələrdə ciddi dönüş yaradılmalıdır.

Akademik Ramiz Mehdiyev mövcud problemlərin həlli istiqamətində atılan addımlar sırasında Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunu xüsusi qeyd etmişdir. Fondun əsas məqsədi elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılmasını və dünya elm məkanında Azərbaycan elminin layiqincə təmsil olunmasını təmin etməkdir. Bundan əvvəl isə dövlətimizin başçısı elmin inkişaf strategiyasının əsas müddəalarını təsdiq etmişdir.

Bildirilmişdir ki, Prezident İlham Əliyevin YUNESKO-nun Baş direktoru Koişiro Matsuura ilə əldə etdiyi razılıq əsasında beynəlxalq ekspertlər qrupu Azərbaycan elminin idarə edilməsi, maliyyələşdirilməsi və təşkilinə dair hazırlıq işləri aparır. Bu ilin sonuna yekun hesabat və təkliflər təqdim olunacaqdır.

Akademik Ramiz Mehdiyev diqqətə çatdırmışdır ki, milli mənəvi dəyərlərin qorunması indi ən ümdə vəzifələrdən biridir. Lakin milli dəyərlərin qorunub saxlanmasından danışarkən biz heç də onların konservasiyasını nəzərdə tutmuruq. Biz daim irəliyə, gələcəyə baxmalı, insani, maddi və mənəvi resurslarımızı səfərbər etməliyik. Millətin tarixi keçmişi onun gələcəyə doğru uğurla addımlaması üçün həm zəmin, həm də ibrət dərsidir. Yeni inkişaf yolunu müəyyən edən strategiyada, sözsüz ki, varisliklə novatorluq vəhdət təşkil etməlidir.

Prezident Administrasiyasının rəhbəri elm sahəsində vəziyyəti ciddi təhlil etmişdir. Onun sözlərinə görə, Milli Elmlər Akademiyasında və ali məktəblərdə müxtəlif sahələr üzrə kifayət qədər elmlər doktoru və elmlər namizədi hazırlanmışdır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonrakı dövrdə isə belə bir vəziyyət müşahidə olunur ki, həmin potensial zəruri tədqiqatların aparılmasından uzaqdır və ümumən ölkənin gələcək inkişaf strategiyasının elmi əsaslandırılması baxımından, bir növ, istifadəsiz qalmışdır. Bu gün elmə gələn bəzi insanların əksər hallarda şəxsi keyfiyyətləri, təhlil qabiliyyətləri dünya standartlarından çox-çox uzaqdır. Beynəlxalq tərkibli elmi şuralar yoxdur. Mövcud elmi şuralar öz iclaslarında elmin müxtəlif sahələrinə həsr olunmuş xüsusi müzakirələr keçirmirlər. Müdafiə şuraları səviyyəsiz araşdırmalara, dissertasiyaların müxtəlif yollarla yazılmasına və müdafiəsinə, elmdən uzaq adamlara elmi adların verilməsinə ciddi və tələbkarlıqla yanaşmır, nöqsanlara göz yumurlar. Müdafiə olunan dissertasiyaların böyük bir qisminin sanballı elmi tutumu və yeni elmi ümumiləşdirmələri yoxdur. çox təəssüf ki, belə faktlar var və onların sayı azalmır, əksinə, artır.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev çıxışının sonunda konkret təkliflərə də toxunmuşdur. Qeyd olunmuşdur ki, Milli Elmlər Akademiyasının hər bir institutu və ali məktəblərin müvafiq qurumları ictimai və humanitar elmlərlə bağlı öz inkişaf konsepsiyasını və fəaliyyət proqramını altı ay ərzində hazırlayıb Elmin İnkişafı Fonduna təqdim etməlidir.

İkincisi, Milli Elmlər Akademiyası 2010-2015-ci illərdə həyata keçiriləcək tədqiqatların ümummilli proqramını hazırlamalıdır. Belə bir real, ölkə həyatı ilə bağlı proqramın maliyyələşməsini Azərbaycan dövləti təmin edə bilər.

üçüncüsü, gənc tədqiqatçılar üçün kiçikhəcmli qrantlar sistemi tərtib olunmalı və bununla yanaşı, gənclərin elmə cəlb edilməsinə dair konkret təkliflər işlənib hazırlanmalıdır. Bu işi Təhsil, Gənclər və İdman nazirlikləri öz üzərlərinə götürə bilərlər.

Dördüncüsü, Azərbaycan üçün ictimai və humanitar elmlər üzrə prioritet sahələr müəyyən edildikdən sonra xaricdə təhsil proqramı çərçivəsində elmi kadrların magistratura və doktoranturada hazırlığı müvafiq qurumların verdiyi təkliflər əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən həyata keçirilə bilər.

Nəhayət, Milli Elmlər Akademiyası Dağlıq Qarabağ problemi ilə bağlı konseptual materialların hazırlanması, tədqiqatların və monoqrafiyaların çapı üçün xüsusi qrant ayıra bilər.

Mövzu ilə bağlı keçirilən müzakirələrdə təhsil naziri Misir Mərdanov, MEA-nın prezidenti, akademik Mahmud Kərimov, akademiyanın Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev, filosof-alim Zümrüd Quluzadə, akademiyanın müxbir üzvləri, Nizami adına Ədəbiyyat Muzeyinin direktoru Rafael Hüseynov, Səlahəddin Xəlilov və Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayev, MEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər Baxşəliyeva, Ali Attestasiya Komissiyasının sədri Arif Mehdiyev fikirlərini bölüşmüş, təkliflərini bildirmişlər.  

AzərTAc

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
27 Noyabr 2009 - ¹46
Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik
 
"Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı" İctimai Birliyinin təsis qurultayına
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Goranboy rayonunda məcburi köçkünlər üçün salınan yeni qəsəbədə məktəb binasının açılışında iştirak edib
 
"Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı"  İctimai Birliyinin təsis qurultayı keçirilib
 
Azərbaycanda humanitar və ictimai elmlər sahəsində yaranmış vəziyyətə həsr olunmuş müşavirə keçirilib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Təhsil naziri Gürcüstanda səfərdə olub
 
Təhsil naziri Açıq Cəmiyyət İnstitutu Akademik Təqaüdçülər Proqramının təmsilçiləri ilə görüşüb
 
Laçın təhsilində dönüş
 
"Metallar fizikasının müasir problemləri"nə dair elmi-praktik konfrans
 
Futbol üzrə I respublika turnirinin final mərhələsinin açılış mərasimi keçirildi
 
Alimin yubileyinə həsr olunmuş konfrans
 
Con Hopkins Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov