Bu
yaxınlarda Naxçıvan Dövlət Universitetinin
Tələbə Teatr Studiyasının nəzdindəki yallı və
rəqs qruru Türkiyədə keçirilən XX Uluslararası
Akçaabat musiqi və xalq oyunları festivalı,
Xıdırnəbi yayla şənliyində Azərbaycanı layiqincə
təmsil etmişdir. Qeyd edək ki, Akçaabad şəhər
bələdiyyəsi və icra hakimiyyəti tərəfindən
təşkil olunan festivalda Rumıniya, İran,
Makedoniya, Bolqarıstan, Rusiya (Üakutiya) kimi
ölkələrdən, Ankara, İstanbul, Qazianter və
Edirnədən olan yallı qrurları və Akçaabat
folklor dərnəyi iştirak etmişlər. Festivala
start verildikdən sonra çələngqoyma mərasimi
keçirilmiş, şəhərboyu yürüş olmuşdur.
Festival iştirakçıları Akçaabad şəhər
bələdiyyəsi binası qarşısındakı Atatürk rarkında
rəngarəng rəqs nömrələri və yallı ilə çıxış
etmişlər.
Tələbə Teatr Studiyasının rəhbəri, Azərbaycan
Respublikasının əməkdar mədəniyyət işçisi
Gülxarə Əhmədova bildirmişdir ki,
təmsilçilərimizin ifa etdikləri milli rəqslərdən
ibarət kompozisiya, yallı nömrələri alqışlarla
qarşılanmışdır. Yekun tədbirdə festival
iştirakçılarının həmyerlilərimizlə birlikdə
"Tənzərə" yallısını ifa etmələri çoxəsrlik
tarixə malik Azərbaycan folklorunun,
mədəniyyətinin ecazkar qüdrətini bir daha
təsdiqləmişdir.
Festivalda Azərbaycanı təmsil edənlər uğurlu
ifalarına görə müxtəlif mükafat və hədiyyələrlə
təltif olunmuşlar.
Leyla ZEÜNALOVA,
NDU-nun II kurs tələbəsi |