Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

6 Avqust 2010 - ¹30

 

Müasir dövrdə təhsilin məzmunu və onun idarə edilməsi

Bookmark and Share

Azərbaycan Respublikası vətəndaşlarının təhsil hüququ Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsi ilə təyin olunur. Bu maddəyə əsasən hər bir vətəndaşın fasiləsiz təhsil almaq hüququ vardır. Respublikanın hər bir vətəndaşının keyfiyyətli və fasiləsiz təhsil alması imkanının təmin edilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi üçün şəraitin yaradılması dövlətin təhsil siyasətinin prioritet sahələrindəndir. Təsadüfi deyil ki, son onillikdə respublika prezidentinin diqqət və qayğısı və Heydər Əliyev Fondunun dəstəyi sayəsində təhsil sahəsində köklü islahatlar aparılır, müxtəlif layihələr həyata keçirilir.

Hazırda bu islahatların ən mühüm mərhələsinə qədəm qoyulmuşdur. Təhsilin məzmunu və təlimin təşkilinə verilən tələblərdə ciddi yeniləşmə və müasirləşdirmə prosesləri gedir. Bununla əlaqədar olaraq təhsilin və təlimin məzmununun müasir tələblərə uyğun olaraq müəyyən edilməsi, yeniləşdirilməsi və idarə olunması günü-gündən aktuallaşır.

Təhsilin məzmunu hər hansı bir təhsil müəssisəsində həyata keçirilən təlim prosesinin sonunda təlim alanın əldə etməli olduğu biliklərə, bacarıqlara, vərdişlərə və formalaşdırılması nəzərdə tutulan şəxsi keyfiyyətlərə qoyulan tələblərlə müəyyən edilən bir anlayışdır. Bu tələblər cəmiyyət tərəfindən müəyyən edilir və cəmiyyətin inkişaf səviyyəsindən asılı olur. Elmi-texniki tərəqqinin, ümummədəni səviyyənin, istehsalın və ümumiyyətlə, cəmiyyətin inkişafı ilə əlaqədar olaraq təhsilin məqsədi və uyğun olaraq bu məqsədlərə çatmaq üçün təhsilin məzmununa qoyulan tələblər də dəyişir. Bu tələblər konkret olaraq müəyyən normativ sənədlər - standartlar şəklində ifadə olunur. Geniş mənada isə bu tələblər təhsil pilləsindən asılı olaraq ictimai həyata hazır olan, öz gələcək peşə fəaliyyətini müəyyən edə bilən, müəyyən dünyagörüşünə və ümumi mədəni səviyyəyə malik olan, peşə hazırlığı üzrə təhsilini davam  etdirmək üçün lazımi bilik, bacarıq və vərdişlərlə silahlanmış məzun modeli formasında ifadə olunur.

Təlimin məzmunu təhsilin məzmununa qoyulan tələblərin reallaşdırılmasına xidmət edir.

Müasir dövrdə təhsilin və təlimin məzmununa bəşəriyyət tərəfindən əldə edilmiş sosial təcrübənin bütün elementləri daxil edilməlidir. Cəmiyyətin hər bir inkişaf səviyyəsində bu təcrübə təhsilin məzmununu təyin edən aşağıdakı elementləri əks etdirməlidir:

* biliklər toplusu - təbiət, cəmiyyət, istehsalat, düşüncə və fəaliyyət üsulları haqqında biliklər;

* fəaliyyət üsulları - fəaliyyətin məlum üsullarının həyata keçirilməsi üzrə toplanmış təcrübə; bu təcrübə eyni zamanda şəxsiyyətin müəyyən bacarıq və vərdişlər üzrə əldə etdiyi bilikləri də özündə əks etdirir;

* yaradıcı fəaliyyət təcrübəsi - cəmiyyətin tələbatına uyğun olaraq əvvəllər əldə edilmiş bilik və bacarıqların yeni şəraitdə tətbiq edilə bilməsi üçün yaradıcı fəaliyyət təcrübəsi, yeni fəaliyyət formalarının axtarışı və formalaşdırılması;

* cəmiyyətin əldə etdiyi nailiyyətlərə hörmətlə yanaşma təcrübəsi - insanın fəaliyyət obyektləri və üsullarına, ətraf aləmə, digər insanlara və ümumiyyətlə, bəşəriyyətin əldə etdiyi maddi və mədəni sərvətlərə   hörmətlə yanaşma, dəyərləndirmə üzrə təcrübə.

Təhsilin və təlimin məzmununun idarə edilməsi ilk növbədə məzmunun müəyyən edilmə metodologiyasının işlənilməsini tələb edir. Təhsilin və təlimin  məzmununun müəyyən edilmə metodologiyası aşağıdakı mərhələlərdən ibarət olmalıdır.

1. Nəzəri tədqiqatlar, elmin, texnikanın, istehsalın, cəmiyyətin və şəxsiyyətin tələbatlarının öyrənilməsi yolu ilə hərtərəfli inkişaf etmiş vətəndaş hazırlanması üzrə təhsil müəssisəsinə veriləcək sosial sifarişin formalaşdırılması.

2. Sosial sifarişə uyğun olaraq məzunların fəaliyyət növünə və keyfiyyətinə qoyulan tələblərin müəyyən edilməsi; bu tələblər dövlət standartlarında əks etdirilir və cəmiyyətin inkişaf səviyyəsinə uyğun olaraq daim yeniləşdirilir.

3. Artıq müəyyən edilmiş standartlara uyğun olaraq konkret keyfiyyətlərin və fəaliyyət növlərinin formalaşdırılmasına imkan verən təhsilin və təlimin məzmununun müəyyən edilməsi. Təhsilin və təlimin məzmunu müəyyən edilərkən aşağıdakı əsas prinsiplər gözlənilməlidir:

* elmin, texnikanın və qabaqcıl texnologiyanın müasir nailiyyətlərinin əks etdirilməsi;

* hər bir fənnin məzmununda ümumi elmi (elmlərin təsnifatının ümumi əsasları, istehsal proseslərinin ümumi prinsipləri, əməyin ümumi sosial-iqtisadi şərtləri və s.) və peşə anlayışlarının (peşə fəaliyyətinin ümumi elmi əsasları, konkret sahələr üzrə istehsal alətlərinin və istehsal texnologiyalarının quruluşunun və iş prinsipinin əsasları, əməyin ümumi iqtisadi amilləri və s.)  əks etdirilməsi;

* ümumi və peşə təhsili arasında qarşılıqlı əlaqənin yaradılması;

* fənlərarası və fənnin ayrı-ayrı sahələri arasında əlaqələrin yaradılması;

* öyrədilən fənnin uyğun peşə fəaliyyətinə aid olan əsas ideyalarının, sahələrinin müəyyən edilməsi və vurğulanması;

* tədris proqramlarında istehsalatın yenilikci təcrübəsinin əks etdirilməsi;

* təlim materialı vasitəsilə təlim alanın düşüncə tərzinin və məntiqi təfəkkürünün inkişaf etdirilməsi üçün şəraitin yaradılması;

* məzunların gələcək peşə fəaliyyətini müəyyən edə bilməsi və əmək bazarının tələbatlarına daha yaxşı uyğunlaşması məqsədilə təlim materiallarında müxtəlif peşələr və daha çox ehtiyac hiss edilən ixtisas  sahələri üzrə məlumatların əks etdirilməsi;

* tərbiyə məsələlərinin əks etdirilməsi.

4. Təhsilin və təlimin varislik və inteqrativlik prinsipi əsasında müəyyən edilmiş məzmununun təhsilin müxtəlif səviyyələri və mərhələləri üzrə təhsil proqramlarına görə paylaşdırılması.

5. Təhsil proqramlarında toplanmış materialın inteqrativ təlim fənləri bloku üzrə paylaşdırılması.

6. Formalaşdırılmış tələblər əsasında təlim-tərbiyə prosesinin yeniləşdirilmiş modelinin qurulması və tətbiqi.

Təhsil proqramlarının formalaşdırılması zamanı həmçinin aşağıdakı pedaqoji tələblər gözlənilməlidir:

* məzmun tələbləri - varisliyin və təlimə inteqrativ yanaşmanın nəzərə alınması şərti ilə təhsil proqramlarının modullar əsasında tərtib edilməsi (bu tələblər həmçinin məzunların gələcək təhsillərinin fasiləsizliyinin təmin edilməsi üçün vacibdir);

* təşkilati tələblər - bu tələblər təhsil proqramlarının müxtəlif növlü tədris müəssisələrində reallaşdırılmasına imkan yaradır;

* kadrlara qoyulan tələblər - bu tələblər təhsil proqramlarının səviyyəsinə uyğun olan pedaqoji kollektivin formalaşdırılmasını təmin edir;

* maddi-texniki tələblər - bu tələblər seçilmiş tədris proqramının reallaşdırılması üçün maddi-texniki bazanın yaradılmasını nəzərdə tutur;

* motivasion tələblər - bu tələblər şəxsiyyətə öz təhsil trayektoriyasını seçməyə və təhsil müəssisəsinə öz fərdi təhsil sistemini formalaşdırmağa imkan yaradır;

* milli-regional tələblər - bu tələblər regionun xüsusiyyətlərini və imkanlarını nəzərə alır və iqtisadiyyatın və sosial sferanın inkişafını şərtləndirir;

* yerli tələblər - bu tələblər hər bir rayonun, şəhərin, təhsil müəssisəsinin şəraitinin, xüsusiyyətlərinin, mütərəqqi adət və ənənələrinin nəzərə alınmasını təmin edir.

Təhsilin və təlimin məzmununun idarə edilməsi son nəticədə keyfiyyətin yüksəldilməsinə xidmət edir. Təhsilin və təlimin keyfiyyətinin müəyyən edilməsi aşağıdakı üç komponent üzrə aparılır:

* nəticələrin keyfiyyəti;

* şəraitin keyfiyyəti;

* prosesin keyfiyyəti.

Nəticələrin keyfiyyəti - qarşıda qoyulan məqsədlərə çatma ölçüsüdür və hər bir təhsil müəssisəsi üçün keyfiyyət indikatorları vasitəsilə müəyyən edilir. Öyrədənlər və öyrənənlər üçün nəticələrin keyfiyyət indikatorları müəllim və məzun modelində standartlar şəklində ifadə olunur. Nəticələrin keyfiyyəti təhsil və təlim prosesi üçün mövcud olan şəraitin keyfiyyəti ilə təyin olunur. Öyrədən üçün şəraitin keyfiyyəti daxili motivasiyanın, stimullaşdırma üsullarının və metodiki işlərin aparılması üçün imkanların olması ilə təyin edilir. Öyrənən üçün şəraitin keyfiyyəti əlverişli təhsil mühitinin, motivasiyanın, təhsil alma imkanının və sosial qayğının olması ilə təyin olunur. Digər tərəfdən, nəticələrin keyfiyyəti təlim prosesinin keyfiyyəti ilə təyin olunur. Öyrədən üçün prosesin keyfiyyəti onun peşəkarlıq səviyyəsinin inkişafına imkan verən fasiləsiz təhsil proqramları, öyrənən üçün prosesin keyfiyyəti fərdi təhsil proqramları vasitəsilə əldə edilir.

Təhsilin keyfiyyətinin idarə olunması sistemi keyfiyyət, fəaliyyətin səmərəliliyi və monitorinq kimi üç anlayışın vəhdətini təşkil edir. Keyfiyyət  fəaliyyətin xarakteristikasıdır, səmərəliliyin qiymətləndirilməsi keyfiyyətin müəyyən edilmə üsuludur, monitorinq isə bu üsulun reallaşdırılması mexanizmidir.

Hazırda təhsilin və təlimin məzmunu və ona verilən tələblər müasir kurikulumlarla ifadə olunur. Ona görə təhsilin və təlimin məzmununun idarə edilməsi eyni zamanda kurikulumun qiymətləndirilməsini tələb edir. Kurikulumun qiymətləndirilməsi ehtiyacların öyrənilməsi və mövcud durumun təhlili ilə başlanır. Bu proses ehtiyaclara əsaslanan məqsədlərin müəyyən edilməsi üçün zəruridir. Qiymətləndirmə prosesində müvəffəqiyyət vəziyyətin və kontekstin düzgün aparılmış təhlilindən asılıdır.

Qiymətləndirmə prosesinin müxtəlif fazalarının və növlərinin reallaşdırılması təhsil sistemində daxili və xarici prosedurlar vasitəsilə keyfiyyət və kəmiyyət yanaşmalarının icrasını tələb edir.

Nəticə etibarilə qeyd edək ki, təhsilin və təlimin məzmununun səmərəli idarə edilməsi və keyfiyyət baxımından yüksəldilməsi aşağıdakı tədbirlərin kompleks şəkildə həyata keçirilməsini tələb edir:

* mədəni təhsil mühitinin yaradılması;

* təhsilin və təlimin məzmununun idarə edilməsi üzrə təhsil müəssisələrinin təşkilati və metodiki cəhətdən dəstəklənməsinə yönəlmiş kompleks tədbirlərin həyata keçirilməsi;

* təhsilin məzmununun və texnologiyasının fasiləsiz olaraq dəyişdirilməsi və yeniləşdirilməsi;

* təhsilin məzmununun və təlim texnologiyalarının müasirləşdirilməsi vasitəsilə nümunəvi təhsil müəssisəsi modelinin yaradılması;

* öyrənənlərin məzmunca yeniləşdirilmiş dərsliklər, dərs vəsaitləri və metodiki vəsaitlərlə təmin edilməsi;

* İKT-lərdən istifadə etməklə təlim-tərbiyə prosesinin forma və məzmun cəhətdən yeniləşdirilməsi;

* təhsil və tərbiyə prosesində seçim şəraitinin yaradılması;

* idarəetmə sisteminin yeniləşdirilməsi, müasir standartlara uyğun idarəetmə bacarıqlarına malik olan təhsil menecerlərinin hazırlanması;

* muəssisədaxili idarəetmənin strategiyasının, forma və məzmununun yeniləşdirilməsi;

* öyrədənlərin peşəkarlıq səviyyəsinin fasiləsiz olaraq yüksəldilməsi, onların fəaliyyətinin təhsilin və təlimin yeniləşdirilmiş məzmununa uyğunlaşdırılması üçün şəraitin yaradılması və pedaqoji işçilər üçün əlavə təhsilin məzmununun yeniləşdirilməsi;

* təhsilin və təlimin məzmununun idarə edilməsi üzrə rəhbər və pedaqoji işçilərin bilik və bacarıqlarının inkişaf etdirilməsi;

* qabaqcıl pedaqoji təcrübənin yayılması, öyrədənlər üçün konkursların, müsabiqələrin, açıq dərslərin keçirilmə praktikasının daha da inkişaf etdirilməsi;

* təhsilin və təlimin məzmununun yeniləşdirilməsi, idarə edilməsi və keyfiyyətin yüksəldilməsi üzrə elmi-praktik konfransların keçirilməsi. 

Aydın KAZIMZADƏ,
Bakı Dövlət Universitetinin
kafedra müdiri,
fizika-riyaziyyat elmləri
doktoru, professor

 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

6 Avqust 2010 - ¹30

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olunmuş tələbələrlə görüş keçirilib
 
Yunanıstanda Heydər Əliyev adına təqaüd təsis ediləcək
 
"İnformatika" dərsliyi istifadəyə veriləcək
 
Universitetlərarası əməkdaşlıq protokolu imzalanıb
 
"Qlobal Tələbə Mübadiləsi Proqramı"nın qalibləri ABŞ-da təhsil alacaqlar
 
Mingəçevirdə 3 yeni məktəb binası tikilib
 
"Xalq kompüteri" layihəsinin ikinci mərhələsi üzrə 7 min 893 kompüter satılıb
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Müasir dövrdə təhsilin məzmunu və onun idarə edilməsi
 
İxtisasartırma günün tələbidir
 
Süleyman Rüstəmin "Təbrizim" şeirinin tədrisi
 
Milli Qəhrəman Mübariz İbrahimovun ailə üzvləri ilə görüş keçirilib
 
Şagird məhəbbəti qazanan müəllim
 
Pedaqoji kollektivin sevinci
 
XX uluslararası Akçaabat musiqi və xalq oyunları festivalı
 
Uşaqlar yay istirahətlərini maraqlı keçirirlər
 
Təhsilə həsr edilən ömür
 
"Tarixi və çağdaş ədəbi prosesə  dair araşdırmalar"
 
Azərbaycanın Milli Qəhrəmanları
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov