BDU-nun rektoru, akademik Abel Məhərrəmov Polşa
Dövlət Vrotslav (Wroclaw) Universitetinin
rektoru, professor Roman Kolaczın rəhbərlik
etdiyi nümayəndə heyəti ilə görüşüb. Qonaqları
BDU-da görməkdən məmnunluğunu ifadə edən Abel
Məhərrəmov universitetlə bağlı onları
maraqlandıran məsələlərdən danışıb. Roman Kolacz
da məlumat verərək bildirib ki, rəhbərlik etdiyi
universitetdə 11 min tələbə var və əsasən
ekoloji problemlər, kənd təsərrüfatı, geodeziya,
kartoqrafiya, biologiya, biotexnologiya və s.
ixtisaslar tədris olunur. Görüşdə qarşılıqlı
maraq doğuran bir sıra məsələlər müzakirə
olunub. Qərara alınıb ki, universitetlər birgə
qrant və layihələr, nanotexnologiya,
immunologiya, biotexnika sahəsində əməkdaşlıq
etsin, tələbə, aspirant və müəllim mübadiləsi
həyata keçirsinlər. Görüş bu məsələləri özündə
əks etdirən əməkdaşlıq protokolunun imzalanması
ilə başa çatıb.
Pərvanə İBRAHİMOVA |