Gənclər üçün Təhsil Mərkəzi "Work and Travel US
proqramı gənclərin gözü ilə" mövzusunda elan
etdiyi videoçarx müsabiqəsinin yekunlarını
açıqlamışdır.
Bu münasibətlə fevralın 4-də keçirilən tədbirdə
mərkəzin direktor müavini Elnur Axundov
bildirmişdir ki, məqsəd gənclər, xüsusən də
tələbələr üçün ABŞ-a səyahət etmək və bu ölkədə
işləmək imkanı yaradan proqramı tanıtmaqdır.
Qeyd olunmuşdur ki, müsabiqəyə 27 videoçarx
təqdim edilmişdir.
"International Exchange Center"in baş direktoru
Sərxan Ağamalıyev isə proqram barədə geniş
məlumat vermiş, onun tələbələr üçün faydasından
danışmışdır.
Müsabiqədə qalib gəlmiş Nurlan Əkbərov proqram
çərçivəsində ABŞ-a səyahət, ikinci yerə layiq
görülmüş Elxan İsmayılov bu ölkədə ikiaylıq
xarici dil kursu keçmək imkanı qazanmış, üçüncü
yeri tutmuş Günay Sadıqova isə qiymətli hədiyyə
ilə mükafatlandırılmışdır.
Sonda müsabiqədə qalib gəlmiş videoçarxlar
nümayiş etdirilmişdir.
AzərTAc |