Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

5 Fevral 2010 - ¹05

 

Universal "alim"

 

Xeyli müddətdir ki, Əlövsət Osmanlı adlı şəxsin "Azadlıq" qəzetinin səhifələrində tanınmış təhsil işçilərinə, ziyalılara ünvanlanmış böhtan və yalan dolu yazılarına münasibət bildirmək istəyirdim. Ancaq hər dəfə qələmi əlimə alanda daşıdığım vəzifənin məsuliyyətini hiss edərək, nə özümü, nə də 75 illik tarixi olan "Azərbaycan müəllimi" qəzetini Əlövsət səviyyəsinə salmayım, deyə, bu fikrimdən daşınırdım. Nəhayət, heç bir sərhəd tanımayan bu şəxsin ildən artıq müddət ərzində  hər gün "Azadlıq" qəzetinin bir səhifəsini təhsillə bağlı uydurma və cəfəng fikirlərlə doldurması məni də həmin böhtanlara tutarlı cavab verməyə sövq etdi. 

Riyaziyyatçı olsa da, "Əlifba" və "Həyat bilgisi" dərsliklərinə də həmmüəlliflik etmiş universal "alim" Əlövsət Osmanlını dərslik müəllifliyi həvəsinə düşdüyü ilk vaxtlardan tanıyan bir şəxs kimi onun kimliyinə azacıq da olsa, aydınlıq gətirmək üçün bəzi alim və ziyalıların da yaxşı xatırladıqları bir məqama diqqət çəkmək istəyirəm. Bir neçə il öncə Təhsil Nazirliyində yeni dərsliklərin hazırlanması ilə bağlı müşavirə keçirilirdi. Bu işdə tanınmış alimlər öz sahələri ilə bağlı fikirlərini bildirir, dəyərli təkliflər verirdilər. Tədbirin sonuna yaxın bir nəfər müşavirəyə sədrlik edən nazirdən söz istədi. özünə, fikir və məntiqinə arxayın olmayan adamlar kimi çəkinə-çəkinə sözə başladı. Əlbəttə, bu da təbii idi. Tanınmaq xatirinə çıxış etmək istəyənləri məntiqi və  biliyi ilə yerində oturda biləcək təhsil naziri cənab Misir Mərdanovun, uzun illər dərslik müəllifləri olmuş təcrübəli alimlərin qarşısında təklif vermək asan iş deyildi. Həmişə yeni fikir və ideya sahiblərinin sözünü eşitməyə üstünlük verən nazir ənənəsinə sadiq qalaraq, heç kimin tanımadığı, ilk kəlməsindən naşılığı hiss olunan bu şəxsin də sözünü kəsmədi, onu sona qədər dinlədi. Həmin şəxs "Azadlıq" qəzetinin neçə müddətdir ki, elm və təhsil ictimaiyyətinə, xalq dili ilə desək, "alim" kimi sırımaq istədiyi Əlövsət Osmanlı idi.

Əlövsət Osmanlı zalın diqqətini çəkmək üçün əvvəlcə bildirdi ki, Bakı Dövlət Universitetində təhsil alan zaman nazirin tələbəsi olub. Bu təhsil ocağının yüzlərlə tələbəsinin müəllimi olmuş nazir isə onu tanımadığını bildirdi, hətta həmin illərdə yüksək istedadı ilə fərqlənən bir neçə tələbəsinin adını da sadaladı. Təbii ki, onun adı bu tələbələr arasında da yox idi. Nəhayət, nazirin "nə isə, xatırlaya bilmədim", - deməsi Ə.Osmanlının pərt vəziyyətə düşməsinə, iştirakçıların gülüşünə də səbəb oldu.

Sonra özünü çox abırlı və həyalı şəxs kimi təqdim etməyə çalışan Əlövsət Osmanlı şou əhlinə məxsus tərzdə əzilib-büzülməklə bir sıra cəfəng "təkliflərini" də verdi. Tanınmış alim və dərslik müəlliflərinin onun sərsəm fikirlərini olduqca qeyri-ciddi qarşıladıqları aydın hiss olunsa da, hamı etika xatirinə susaraq, diqqəti digər məsələlərin müzakirəsinə yönəltdi... (Bütün bunlar Təhsil Nazirliyinin videoarxivində olan kadrlardan da aydın görünür.)

Cənab Osmanlı! Bu faktı yada salmaqda məqsədim sənə yaxın keçmişini xatırlatmaqdır. Görünür, dəyişən illər sənin əsl simanı, hansı mənəviyyat sahibi olduğunu, kimliyini  üzə çıxardı. Yırtılmış maskalarından göründü ki, məqamında fağır və rəzil görünməyi ustalıqla bacarır, məddahlıqlarını səmimi münasibət kimi büruzə verə bilirsən.

İctimai Televiziyanın efirindən səsləndirdiyim "Elm aləmi Əlövsət Osmanlı adlı şəxsi tanımır", fikrimi qəbul etmədin. Televiziyadakı 3-4 dəqiqəlik çıxışıma az qala hər yazında öz qərəzli münasibətini bildirdin. Ancaq unutma ki, bu ölkədə "Azadlıq" adlı qəzetdən başqa heç kim səni alim kimi qəbul etmir və etməyəcək. Kitab rəfinin qarşısında çəkilmiş şəklini qəzet səhifələrinə verməklə, heç vaxt ziyalı, alim imici qazana bilməyəcəksən.

Dünyada elə bir alim, dərslik müəllifi göstər ki, riyaziyyatçı ola-ola həm "Əlifba", həm də "Həyat bilgisi" dərsliklərinə də müəlliflik etsin. Yoxsa bununla özün üçün "universal alim" imici yaratmaq istəyirsən? Əlbəttə, 10-15 il öncə dərslik sahəsində bəzi boşluqlar var idi. Yenicə müstəqillik əldə etmiş ölkəmizdə milli dərsliklərin hazırlanması üçün nəşriyyatlar da hələ formalaşmamışdı. Siz də bu boşluqlardan məharətlə istifadə edib sıralara qoşuldunuz, necə deyərlər, başınızı başlara qoşdunuz. İndi isə ölkəmizdə mükəmməl dərslik siyasəti həyata keçirilir. Professional nəşriyyatlar, təcrübəli alim və müəllimlərdən ibarət müəlliflər kifayət qədərdir. Artıq bu sırada sənə yer yoxdur, cənab Osmanlı!

Mənasını anlamadığın, bilənlərdən öyrənmək belə istəmədiyin  kurikulum sözündən çox danışırsan. Ancaq unudursan ki, dünyanın bütün inkişaf etmiş və etmək istəyən ölkələrində tətbiq olunmuş bu yeniliklərin ölkəmizə gətirilməsi zəruridir. Biz təhsilimizin səviyyəsini yüksəltməkdə olduğumuz bir vaxtda onu Əlövsət səviyyəsinə endirə bilmərik. Bu gün dövlətimizin siyasəti budur ki, tətbiq etdiyimiz yenilikləri, sənin tək anlamayan 5-10 nəfər olsa belə, geriyə dönməməliyik.

Yazdıqlarının cəfəngiyat olduğunu özün də bilirsən. Əgər dediklərində kiçicik bir həqiqət olsaydı, səni ismi kimsəyə bəlli olmayan "təhsil ekspertləri", "Azadlıq" qəzetinin elm və təhsildən xəbərsiz yazarları deyil, tanınmış bir alim, ziyalı müdafiə edərdi.

çox məntiqsiz bir yanaşmanla təhsil nazirini dərslik müəllifi olmaqda, yazı yazmaqda günahlandırırsan. Məgər bütün həyatı təhsillə bağlı olan, müəllimlikdən nazir vəzifəsinə qədər böyük yol keçmiş bir alimin, tanınmış elm adamının da dərsliyə həmmüəllif olması, öz bilik və təcrübəsini digər müəlliflərlə bölüşməsi təhsilimizin xeyrinə deyilmi? Təhsil nazirinin yazı yazması, kitabla məşğul olması nə vaxtdan yasaq olub?

Cəfəng yazılarında sənə nə üçün cavab verilmədiyini bildirirsən. Fikrini əsaslandırmaq üçün hətta Türkiyədə rəhbər işçilərin belə hallara dərhal münasibət bildirdiyini qeyd edirsən. Ancaq unutma ki, dünyanın heç bir ölkəsində dövlət rəsmiləri sənin tək "alim"lərə cavab vermək üçün dəyərli vaxtlarını sərf etmirlər.

ölkənin tanınmış alim və mütəxəssislərinin iştirakıyla Təhsil Problemləri İnstitutunda dərsliklərlə bağlı keçirilən müzakirələrə dəvət olunsan da, yenə meydanda görünmədin. Bəs elə isə məqamında gizlənən, mütəxəssislər yanında danışmağa cürət etməyən, elmi mübahisələri alimlər arasında deyil, qəzet səhifələrində aparan bir şəxsə alim demək olarmı?

Unutma ki, hər gün "Əlövsət dastanı"na səhifə-səhifə yer ayıran, qeybət xarakterli materiallarla səhifələrini dolduran bu üzdəniraq qəzetlər ölkəmizin inkişafından qıcıqlanan, Azərbaycan iqtidarına qarşı çıxan sənin kimi "qəhrəmanlar"a hər zaman qucaq açır, sizdən müvəqqəti də olsa, öz məqsədləri üçün istifadə edirlər.

Uzun müddətdir ki, təhsil və mətbuat sahələrində çalışıram. Səndən fərqli olaraq, heç vaxt öz işim, nailiyyətlərim haqqında danışmamışam. Ancaq mənə ünvanladığın "elmdən və təhsildən xəbərsiz" ifadələrinə cavab olaraq bildirirəm ki, elmi nəticələri təsdiq edən qurum mənə də son  dövrün jurnalistikası ilə bağlı tədqiq etdiyim elmi işə görə, köhnə qaydada desək, siyasi elmlər namizədi adı verib. Təhsilimlə bağlı məsələyə  gəldikdə isə bildirirəm ki, ölkənin iki ən böyük ali məktəbində təhsil almışam, vəzifəm isə ictimaiyyəti və sənin tək təhsildən bixəbər insanları məlumatlandırmaqdır.

Yazılarında tanınmış alimlərə, ziyalılara, dövlət və hökumət adamlarına qarşı elmi adına, yaşına yaraşmayan sözlər, nalayiq ifadə və söyüşlər işlədirsən. Yaxşı bilirsən ki, hər kəs istəsə, səndən daha sərt uydurma, böhtan və təhqirlər yaza bilər. Ancaq bugünkü mövqeyimi nəzərə alıb sənə özün tərzdə cavab verməyi özümə layiq bilmirəm.

Bu sözləri nifrət dolu bir qələmlə yazdığımı özüm də hiss edirəm. Ancaq bu fikirlərin sahibi təkcə mən yox, həm də hər gün rastlaşdığım, telefonla fikirlərini dinlədiyim yüzlərlə müəllim və ziyalıdır.

Müdriklərimiz deyirlər ki, ən nadan insanlar belə, adətən, ömürlərinin ikinci yarısında ədalətli olmağa,  böyük və ağıllı adamlardan öyrənməyə, hörmət qazanmağa çalışırlar. Səninsə qazancın ancaq səni tanıyanların nifrəti oldu. Barı bundan sonra çalış ki,  sənı tanıyanlar az olsun. 

Bayram HÜSEYNZADƏ

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
5 Fevral 2010 - ¹05
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Bakıda zona müşavirəsi keçirib
 

Universal "alim"

 
Gürcüstan ombudsmanının aparatında Azərbaycanlı Tələbələr Assosiasiyasının təqdimatı keçirilib
 
Müasir elmin korifeyi
 
Yeni fənn kurikulumlarının tətbiqinə dair respublika seminarı
 
Bu il doqquzuncu siniflərdə də buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada aparılacaq
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün texnologiya fənni kurikulumu (V-IX siniflər) Təhsil pillələri üzrə təlim nəticələri
 
Peşə təhsili məktəblərindən yüz şagird Skills@Work Milli Finalında yarışıb
 
"SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası gənclərin sosial problemlərinin həllinə xüsusi diqqət yetirir
 
Qırğızıstanda fəaliyyət göstərən Beynəlxalq Atatürk-Alatoo  Universitetində Azərbaycan ədəbiyyatı fakültəsi açılıb
 
Gənclər üçün Təhsil Mərkəzinin təşkil etdiyi müsabiqənin nəticələri açıqlanıb
 
"Tələbələrin liderlik imkanlarının artırılması" layihəsi həyata keçirilir
 
Tərcümə xidməti  bölməsi fəaliyyətə başlayıb
 
ADPU-da aspirant, doktorant və dissertantların müşavirəsi keçirilib
 
Peşə təhsilinin inkişafı ilə əlaqədar seminar keçirilib
 
Dünya universitetləri: London Kral Kolleci
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov