Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

5 Fevral 2010 - ¹05

 

Müasir elmin korifeyi

 

Ölkənin təhsil işçiləri tədris prosesində şagird və tələbələrin elmi dünyagörüşünün genişləndirilməsinin, bəşəriyyətin qazandığı biliklərin və milli-dünyəvi mənəvi dəyərlərin gənclərə mənimsədilməsinin səmərəli yollarını axtarıb tapır və optimal metodlarla əsl insan hazırlamağa çalışırlar.  

Təbii ki, bu prosesdə Azərbaycan xalqının dünya elminə verdiyi töhfələr, ayrı-ayrı soydaşlarımızın elmi-nəzəri fikirləri barədə də yetişməkdə olan nəsillərə məlumat verilir, dünya şöhrətli alimlərimizin nümunəsində gəncliyin vətənpərvərlik, milli qürur hissi dərinləşdirilir, elmi axtarışlara meyil artırılır.

Azərbaycan xalqının dünya ədəbiyyatı və mədəniyyətinə bəxş etdiyi sənət korifeyləri bəllidir. Azərbaycan elminin dünya elmi sahələrini zənginləşdirən uğurları da çoxdur. Bir tarixi şəxsiyyət - Əbülüla Gəncəvi deyib: Elmin vətəni yoxdur, amma alimin vətəni olmalıdır.

ölkəmizdən uzaqlarda yaşayan, lakin azərbaycanlı alim olması ilə, Azərbaycan elminin dünya miqyaslı elmi məclislərdə təmsil və təbliğ olunması sahəsində köməyi ilə xalqımıza xidmət edən soydaşlarımızdan biri Lütfi Zadədir (L.Ələsgərzadə).

L.Zadə Bakıda dünyaya göz açmış (4.02.1921), burada üç il oxuduqdan sonra ailəsi ilə birlikdə İrana köçmüşdür. Tehran Universitetini elektrik mühəndisliyi ixtisası üzrə bitirmiş L.Zadə 1944-cü ildə ABŞ-a getmiş, Massaçusets Texnologiya İnstitutunda magistr, Kolumbiya Universitetində doktorluq elmi dərəcələrini almışdır. 1959-cu ildə Kaliforniya ştatının Berkli şəhərindəki universitetdə professor kimi işə başlamış alim sonralar elektrik mühəndisliyi və kompüter elmləri kafedrasına müdir seçilmişdir. Berkli Universitetində Soft Computinq İnstitutunun direktoru kimi geniş elmi fəaliyyət göstərən L.Zadə dünyada təbiət və sosial elmlərə böyük təması ilə seçilən, inqilabi dəyişikliklər etməsi ilə səciyyələnən nəzəriyyələr müəllifi kimi tanınmaqdadır. Onun nəzəriyyələrindən biri statistik qeyri-müəyyənlik şəraitində işləyən idarəetmə sistemlərində optimal süzgəcləmə məsələsinin həlli ilə bağlı Zadə-Rəqqasi tənliyidir. Mürəkkəb proqnozlaşdırma sistemlərinin qurulmasında bu elmi təklif əsas götürülür.

L.Zadənin dünya idarəetmə elminə verdiyi ən böyük nailiyyətlərdən biri diskret və rəqəmli idarəetmə, informasiya və kommunikasiya sistemlərinin yaradılmasının əsasını qoyan nəzəriyyəsidir.

L.Zadənin elmi xidmətləri çoxdur. Heç də təsadüfi deyil ki, ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) onun nəzəriyyələri əsasında idarəetmə sistemlərini tədqiq edib layihələndirir və tətbiqi istiqamətlərində iş aparır.

Mütəxəssislərin qeyd etdikləri kimi, professor L.Zadəni hələ sağlığında dahilik zirvəsinə qaldıran onun qeyri-səlis məntiq nəzəriyyəsidir. Təbiət və cəmiyyətdə baş verən mürəkkəb proseslərin, xüsusən müasir kataklizmlərin öyrənilməsinin klassik riyaziyyatın əsasında dayanan Aristotel məntiqinin ikili dar çərçivəsinə sığışmadığını elmi şəkildə əsaslandırmaq L.Zadəyə qismət olmuşdur. Müddəaların həqiqilik qiyməti ya 1 (doğru), ya 0 (yalan) deyil, 1 ilə 0 arasında sonsuz qiymət ala bilər, - fikrini əsaslandıran Zadə çoxluğu - qeyri-səlis çoxluq riyaziyyatın ikiləşməsi ilə nəticələndi: klassik riyaziyyat, qeyri-səlis riyaziyyat.

Elm, texnika və incəsənətdə inqilabi dəyişikliklər edən bu nəzəriyyə qeyri-səlis idarəetmə, qeyri-səlis kimya, qeyri-səlis iqtisadiyyat... kimi elm sahələrinin meydana çıxmasına səbəb olmuşdur.

L.Zadənin elmi fikir və nəzəriyyələri sırasında Soft Computinq və sözlə işləyən kompüterlər nəzəriyyələri xüsusi yer tutur. Hər iki nəzəriyyə həyatda - dünya banklarında, iqtisadi və texniki sistemlərdə, incəsənət sahələrində geniş miqyasda tətbiq edilməkdədir.

Professor Lütfi Zadə dünya elminin Aristotel, Nyuton, Eynşteyn, Viner və d. nəhəngləri ilə, haqlı olaraq, bir sırada dayanan, dünya elminin ən böyük korifeylərindən biri olan alim kimi şöhrət tapmışdır. Hələ sağlığında ikən nəzəriyyələrinə əsaslanan, onun adını daşıyan elm ocağı yaradılması xoşbəxtliyi L.Zadəyə nəsib olmuşdur. Belə ki, ABŞ-ın Kaliforniya ştatının Berkli şəhərində İnformasiya Texnologiyası üzrə Zadə İnstitutu yaradılmışdır. Dünyanın müxtəlif ölkələrində Zadənin qeyri-səlis məntiqinə aid 40-dan çox elmi jurnal  nəşr edilir. Hər il dünyada bu elmi nəzəriyyələrlə bağlı onlarca elmi konfrans keçirilir.

L.Zadənin dünyaya göz açdığı, ilk təhsil aldığı vətəni Azərbaycanla əlaqəsi sıxdır. ümumdünya konfranslarında Azərbaycandan olan nümayəndələrlə onun görüşləri böyük əhəmiyyət kəsb edir. Dahi alim soydaşlarımıza elmi məsləhətlər verir, kömək edir. O, 1965-ci ildə Bakıda olmuşdu. Böyük alim 2008-ci ilin noyabrında ikinci dəfə doğulduğu şəhərə gəldi.

Azərbaycanda ölkənin görkəmli alimlərini əhatə edən "Zadə irsi və süni intellekt" Assosiasiyası, L.Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyası təsis olunmuşdur. Hər iki qurumun xəttilə elmi seminarlar keçirilir. Artıq ali məktəblərimizin tədris planında L.Zadə nəzəriyyəsinin öyrədilməsi ilə bağlı kurslar vardır. Orta məktəblərdə L.Zadə ilə bağlı kabinet və guşələr yaradılır. Böyük alimlə bağlı sənədli film çəkilib, elmi-kütləvi əsərlər çap olunub (F.Tağıyev, Ş.Məmmədov. "Müasir elmin korifeyi". M.Səməd. "Dünya dahilərsiz yaşaya bilmir").

2001-ci ilin 4 fevralında dünya şöhrətli alim Bakı Dövlət Universitetinin fəxri doktoru seçilmişdir.  

Ş.HƏTƏMOĞLU

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
5 Fevral 2010 - ¹05
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Bakıda zona müşavirəsi keçirib
 

Universal "alim"

 
Gürcüstan ombudsmanının aparatında Azərbaycanlı Tələbələr Assosiasiyasının təqdimatı keçirilib
 
Müasir elmin korifeyi
 
Yeni fənn kurikulumlarının tətbiqinə dair respublika seminarı
 
Bu il doqquzuncu siniflərdə də buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada aparılacaq
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün texnologiya fənni kurikulumu (V-IX siniflər) Təhsil pillələri üzrə təlim nəticələri
 
Peşə təhsili məktəblərindən yüz şagird Skills@Work Milli Finalında yarışıb
 
"SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası gənclərin sosial problemlərinin həllinə xüsusi diqqət yetirir
 
Qırğızıstanda fəaliyyət göstərən Beynəlxalq Atatürk-Alatoo  Universitetində Azərbaycan ədəbiyyatı fakültəsi açılıb
 
Gənclər üçün Təhsil Mərkəzinin təşkil etdiyi müsabiqənin nəticələri açıqlanıb
 
"Tələbələrin liderlik imkanlarının artırılması" layihəsi həyata keçirilir
 
Tərcümə xidməti  bölməsi fəaliyyətə başlayıb
 
ADPU-da aspirant, doktorant və dissertantların müşavirəsi keçirilib
 
Peşə təhsilinin inkişafı ilə əlaqədar seminar keçirilib
 
Dünya universitetləri: London Kral Kolleci
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov