Ümumi orta təhsil pilləsində məzmun xətləri
üzrə təlim nəticələri
1. Emal texnologiyaları
Şagird:
·
emal texnologiyalarının özünəməxsus xarakterik
cəhətlərini şərh edir;
·
emal prosesi üçün lazım olan materialları
seçərək çeşidləyir və istifadə üçün hazırlayır;
·
emal prosesinə hazırlıq mərhələsində nişanlama,
kəsmə, biçmə, tikmə, qida məhsullarının emalı,
birləşdirmə və quraşdırma bacarıqları nümayiş
etdirir;
·
emal texnologiyalarından istifadə edərək fərdi
qaydada və qrup tərkibində müxtəlif məmulatlar
hazırlayır, birgə fəaliyyət bacarıqları nümayiş
etdirir;
·
emal prosesində işin xarakterinə uyğun
təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına
əməl edir;
·
şəraitə və təbii imkanlara uyğun olaraq əmək
bacarıqları (becərmə, bəsləmə, tədarük, emal)
nümayiş etdirir*.
2. Texnika elementləri
Şagird:
·
texnoloji cihazları və alətləri təsnif edir,
texnoloji maşınların növlərini, quruluşunu və iş
prinsiplərini şərh edir;
·
məişətdə istifadə edilən texnoloji avadanlıqları
(maşınları, cihazları, qurğuları, alətləri) işə
hazırlayır və onlara texniki qulluq edir;
·
elektrik enerjisinin mahiyyətini, alınması,
ölçülməsi və istifadəsi yollarını,
elektrotexniki avadanlıqların (elektrotexniki,
radio-elektron və avtomatik cihazların,
qurğuların) iş prinsiplərini izah edir;
·
elektrotexniki avadanlıqlardan istifadə edir və
onlara xidmət bacarıqları nümayiş etdirir.
3. Məişət mədəniyyəti
Şagird:
·
ictimai yerlərdə mədəni davranış və ünsiyyət
qaydalarını şərh edir, dizayn bacarıqları
nümayiş etdirir;
·
təlim-tədris və yaşayış yerinin, interyerin
tərtibatı ilə bağlı təqdimatlar edir;
·
ailə və onun büdcəsinin idarəolunması haqqında
fikirlərini şərh edir;
·
sadə təmir-tikinti və dekorativ bəzək işlərini
yerinə yetirir.
4. Qrafika
Şagird:
·
məmulatın texniki spesifikasiyasını şərh edir;
·
əşyanın qrafik təsvirini, detalların çertyojunu,
əşya və detalların texnoloji xəritələrini çəkir
və oxuyur;
·
detalların birləşdirilməsi çertyojlarını və
yığma çertyojlarını yerinə yetirir.
Siniflər üzrə məzmun standartları
V SİNİF
V sinfin sonunda şagird:
·
əl alətləri və ondan istifadə etməklə emal
texnologiyalarını izah edir;
·
əl alətləri və ondan istifadə etməklə
hazırlanacaq məmulata görə iş yerini təşkil
edir, iş ardıcıllığını müəyyənləşdirir, emal
texnologiyaları seçir və məmulat hazırlayır;
·
tərəvəz bitkilərinin yetişdirilməsi
texnologiyasına aid bilik və bacarıqlar nümayiş
etdirir*;
·
elektrik enerjisinin mahiyyətini və onun
alınması yollarını izah edir;
·
sadə elektrik dövrəsi qurur;
·
ailədə mədəni davranış və ünsiyyət qaydalarını,
ailə büdcəsinin formalaşmasını şərh edir;
·
yaşayış yerlərində sadə təmir işlərini yerinə
yetirir;
·
düzbucaqlı detalları olan məmulatların
spesifikasiyasını şərh edir, qrafik təsvirini,
çertyojunu, texnoloji xəritəsini çəkir və
oxuyur.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Emal texnologiyaları
Şagird:
1.1. Emal texnologiyalarının özünəməxsus
cəhətlərini anladığını nümayiş etdirir.
1.1.1. Əl alətlərindən istifadə etməklə emal
texnologiyalarını izah edir.
1.2. Emal prosesinə hazırlıq işlərini
yerinə yetirir.
1.2.1. Əl alətlərindən istifadə etməklə
hazırlanacaq məmulata görə iş yerini təşkil
edir.
1.2.2. Əl alətlərindən istifadə etməklə
məmulatın hazırlanması üçün iş ardıcıllığını
müəyyənləşdirir.
1.2.3. Əl alətlərindən istifadə etməklə
məmulatın hazırlanması üçün uyğun emal
texnologiyası seçir.
1.3. Verilmiş materiallardan (oduncaq,
metal, plastik kütlə, parça, ərzaq) müxtəlif
məmulatlar hazırlayır.
1.3.1. Verilmiş materiallardan bir sadə
detaldan ibarət məmulat hazırlayır.
1.3.2. Bir sadə detaldan ibarət məmulat
hazırlayarkən tərtibat bacarıqları nümayiş
etdirir.
1.3.3. Qrup tərkibində müxtəlif məmulatlar
hazırlayarkən birgə fəaliyyət bacarıqları
nümayiş etdirir.
1.3.4. Məmulatların hazırlanması prosesində
işin xarakterinə uyğun təhlükəsizlik və
sanitariya-gigiyena qaydalarına əməl edir.
1.4. Şəraitə və təbii imkanlara uyğun əmək
bacarıqları (becərmə, bəsləmə, tədarük, emal)
nümayiş etdirir*.
1.4.1. Tərəvəz bitkilərinin yetişdirilməsi
texnologiyasına aid bilik və bacarıqlar nümayiş
etdirir.
2. Texnika elementləri
Şagird:
2.1. Texnoloji maşın, cihaz və vasitələr
haqqında biliklərə malik olduğunu nümayiş
etdirir.
2.1.1. Əl alətlərini təsnif edir və növlərini
sadalayır.
2.1.2. Elektrik enerjisinin mahiyyətini,
alınması yollarını izah edir.
2.2. Texnoloji maşın, cihaz və vasitələrdən
istifadə bacarıqları nümayiş etdirir.
2.2.1. Əl alətlərindən istifadə edir.
2.2.2. Sadə elektrik mənbəyindən istifadə
edərək elektrik dövrəsi qurur.
3. Məişət mədəniyyəti
Şagird:
3.1. Məişətdə zəruri hesab edilən bilik və
bacarıqlara yiyələndiyini nümayiş etdirir.
3.1.1. Ailədə mədəni davranış və ünsiyyət
qaydalarını şərh edir.
3.1.2. Yaşayış yerində sadə təmir işlərini
yerinə yetirir.
3.2. Ailə və onun büdcəsinin idarəolunması
haqqında bilik və bacarıqlar nümayiş etdirir.
3.2.1. Ailə büdcəsi və onun formalaşmasını
şərh edir.
4. Qrafika
Şagird:
4.1. Məmulatların texniki spesifikasiyasını
şərh edir.
4.1.1. Müxtəlif formalı detalları olan
məmulatların spesifikasiyasını şərh edir.
4.2. Məmulat və onun detallarının texniki
sənədləşdirilməsi bacarıqlarını nümayiş etdirir.
4.2.1. Düzbucaqlı detalları olan məmulatların
qrafik təsvirini, çertyojlarını, texnoloji
xəritəsini çəkir və oxuyur.
VI SİNİF
VI sinfin sonunda şagird:
·
mexanikləşdirilmiş əl alətlərindən istifadə
etməklə emal texnologiyalarını izah edir;
·
mexanikləşdirilmiş əl alətlərindən istifadə
etməklə hazırlanacaq məmulata görə iş yerini
təşkil edir, iş ardıcıllığını müəyyənləşdirir,
uyğun texnologiya seçir və məmulat hazırlayır;
·
meyvələrin yetişdirilməsi və tədarükü üzrə bilik
və bacarıqlar nümayiş etdirir*;
·
elektrik enerjisinin ötürülməsi və istifadəsi
yollarını izah edir;
·
cərəyan mənbəyindən istifadə etməklə elektrik
dövrəsi qurur;
·
məktəbdə mədəni davranış və ünsiyyət qaydalarını
şərh edir, sadə təmir işlərini yerinə yetirir;
·
ailə büdcəsinin müəyyənləşdirilməsi haqqında
fikirlərini şərh edir;
·
müxtəlif formalı detalları olan məmulatların
spesifikasiyasını şərh edir, qrafik təsvirini,
çertyojlarını, texnoloji xəritələrini çəkir və
oxuyur.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Emal texnologiyaları
Şagird:
1.1. Emal texnologiyalarının özünəməxsus
cəhətlərini anladığını nümayiş etdirir.
1.1.1. Mexanikləşdirilmiş əl alətlərindən
istifadə etməklə emal texnologiyalarını izah
edir.
1.2. Emal prosesinə hazırlıq işlərini
yerinə yetirir.
1.2.1. Mexanikləşdirilmiş əl alətlərindən
istifadə etməklə hazırlanacaq məmulata görə iş
yerini təşkil edir.
1.2.2. Mexanikləşdirilmiş əl alətlərindən
istifadə etməklə məmulatın hazırlanması
ardıcıllığını müəyyənləşdirir.
1.2.3. Mexanikləşdirilmiş əl alətlərindən
istifadə etməklə məmulatın hazırlanması üçün
uyğun emal texnologiyası seçir.
1.3. Verilmiş materiallardan (oduncaq,
metal, plastik kütlə, parça, ərzaq) müxtəlif
məmulatlar hazırlayır.
1.3.1. Verilmiş materialdan 2-3 detaldan ibarət
məmulat hazırlayır.
1.3.2. 2-3 detaldan ibarət məmulat
hazırlayarkən tərtibat bacarıqları nümayiş
etdirir.
1.3.3. Qrup tərkibində müxtəlif məmulatlar
hazırlayarkən birgə fəaliyyət bacarıqları
nümayiş etdirir.
1.3.4. Məmulatların hazırlanması prosesində
işin xarakterinə uyğun təhlükəsizlik və
sanitariya-gigiyena qaydalarına əməl edir.
1.4. Şəraitə və təbii imkanlara uyğun əmək
bacarıqları (becərmə, bəsləmə, tədarük, emal)
nümayiş etdirir*.
1.4.1. Meyvələrin yetişdirilməsi və tədarükü
üzrə bilik və bacarıqlar nümayiş etdirir.
2. Texnika elementləri
Şagird:
2.1. Texnoloji maşın, cihaz və vasitələr
haqqında biliklərə malik olduğunu nümayiş
etdirir.
2.1.1. Mexanikləşdirilmiş əl alətlərinin iş
prinsiplərini şərh edir.
2.1.2. Elektrik enerjisinin ötürülməsi və
istifadəsi yollarını izah edir.
2.2. Texnoloji maşın, cihaz və vasitələrdən
istifadə bacarıqları nümayiş etdirir.
2.2.1. Mexanikləşdirilmiş əl alətlərindən
istifadə edir.
2.2.2. Cərəyan mənbəyindən istifadə etməklə
elektrik dövrəsi qurur.
3. Məişət mədəniyyəti
Şagird:
3.1. Məişətdə zəruri hesab edilən bilik və
bacarıqlara yiyələndiyini nümayiş etdirir.
3.1.1. Məktəbdə mədəni davranış və ünsiyyət
qaydalarını şərh edir.
3.1.2. Məktəbdə sadə təmir işlərini yerinə
yetirir.
3.2. Ailə və onun büdcəsinin idarəolunması
haqqında bilik və bacarıqlar nümayiş etdirir.
3.2.1. Ailə büdcəsinin müəyyənlədirilməsi
haqqında fikirlərini şərh edir.
4. Qrafika
Şagird:
4.1. Məmulatların texniki spesifikasiyasını
şərh edir.
4.1.1. Düzbucaqlı detalları olan məmulatların
spesifikasiyasını şərh edir.
4.2. Məmulat və onun detallarının texniki
sənədləşdirilməsi bacarıqlarını nümayiş etdirir.
4.2.1. Müxtəlif formalı detalları olan
məmulatların qrafik təsvirini, çertyojunu,
texnoloji xəritəsini çəkir və oxuyur.
VII SİNİF
VII sinfin sonunda şagird:
·
maşın, qurğu və dəzgahlardan istifadə etməklə
emal texnologiyalarını izah edir;
·
məmulatı hazırlamaq üçün iş yerini təşkil edir,
ardıcıllığı müəyyənləşdirir, emal
texnologiyaları seçir və məmulat hazırlayır;
·
ev quşlarının bəslənməsi texnologiyasına aid
bilik və bacarıqlar nümayiş etdirir*;
·
maşınları, qurğuları, dəzgahları təsnif edir, iş
prinsiplərini şərh edir və onları idarə edir;
·
elektrotexniki avadanlıqları dövrəyə qoşur,
onlara xidmət göstərir;
·
küçədə və nəqliyyatda mədəni davranış və
ünsiyyət qaydalarını şərh edir;
·
ailənin büdcəyə uyğun tələbatlarının
müəyyənləşdirilməsi haqqında fikirlərini şərh
edir;
·
yaşayış yerində və məktəbdə sadə təmir işlərini
yerinə yetirir;
·
quraşdırma elementləri olan məmulatların
spesifikasiyasını şərh edir, qrafik təsvirini,
çertyojlarını, texnoloji xəritəsini çəkir və
oxuyur.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Emal texnologiyaları
Şagird:
1.1. Emal texnologiyalarının özünəməxsus
cəhətlərini anladığını nümayiş etdirir.
1.1.1. Maşın, qurğu və dəzgahlardan istifadə
etməklə emal texnologiyalarını izah edir.
1.2. Emal prosesinə hazırlıq işlərini
yerinə yetirir.
1.2.1. Maşın, qurğu və dəzgahlardan istifadə
etməklə məmulat hazırlamaq üçün iş yerini təşkil
edir.
1.2.2. Maşın, qurğu və dəzgahlardan istifadə
etməklə məmulatın hazırlanması ardıcıllığını
müəyyənləşdirir.
1.2.3. Maşın, qurğu və dəzgahlardan istifadə
etməklə məmulatın hazırlanması üçün uyğun emal
texnologiyası seçir.
1.3. Verilmiş materiallardan (oduncaq,
metal, plastik kütlə, parça, ərzaq) müxtəlif
məmulatlar hazırlayır.
1.3.1. Verilmiş materialdan bir mürəkkəb
detal olan məmulat hazırlayır.
1.3.2. Bir mürəkkəb detaldan ibarət məmulat
hazırlayarkən tərtibat bacarıqları nümayiş
etdirir.
1.3.3. Qrup tərkibində müxtəlif məmulatlar
hazırlayarkən birgə fəaliyyət bacarıqları
nümayiş etdirir.
1.3.4. Məmulatların hazırlanması prosesində
işin xarakterinə uyğun təhlükəsizlik və
sanitariya-gigiyena qaydalarına əməl edir.
1.4. Şəraitə və təbii imkanlara uyğun əmək
bacarıqları (becərmə, bəsləmə, tədarük, emal)
nümayiş etdirir*.
1.4.1. Ev quşlarının bəslənməsi
texnologiyasına aid bilik və bacarıqlar nümayiş
etdirir.
2. Texnika elementləri
Şagird:
2.1. Texnoloji maşın, cihaz və vasitələr
haqqında biliklərə malik olduğunu nümayiş
etdirir.
2.1.1. Maşın, qurğu və dəzgahları təsnif edir,
iş prinsipini şərh edir.
2.1.2. Elektrotexniki avadanlıqların iş
prinsipini izah edir.
2.2. Texnoloji maşın, cihaz və vasitələrdən
istifadə bacarıqları nümayiş etdirir.
2.2.1. Maşın, qurğu və cihazları idarə edir.
2.2.2. Elektrotexniki avadanlıqları dövrəyə
qoşur, onlara xidmət göstərir.
3. Məişət mədəniyyəti
Şagird:
3.1. Məişətdə zəruri hesab edilən bilik və
bacarıqlara yiyələndiyini nümayiş etdirir.
3.1.1. Küçədə və nəqliyyatda mədəni davranış
və ünsiyyət qaydalarını şərh edir.
3.1.2. Yaşayış yerində və məktəbdə sadə təmir
işlərini yerinə yetirir.
3.2. Ailə və onun büdcəsinin idarəolunması
haqqında bilik və bacarıqlar nümayiş etdirir.
3.2.1. Büdcəyə uyğun ailənin tələbatlarının
müəyyənləşdirilməsi haqqında fikirlərini şərh
edir.
4. Qrafika
Şagird:
4.1. Məmulatların texniki spesifikasiyasını
şərh edir.
4.1.1. Quraşdırma elementləri olan
məmulatların spesifikasiyasını şərh edir.
4.2. Məmulat və onun detallarının texniki
sənədləşdirilməsi bacarıqlarını nümayiş etdirir.
4.2.1. Quraşdırma elementləri olan
məmulatların qrafik təsvirini, çertyojunu,
texnoloji xəritəsini çəkir və oxuyur.
VIII SİNİF
VIII sinfin sonunda şagird:
·
avtomat və yarımavtomat qurğulardan istifadə
etməklə emal texnologiyalarını şərh edir;
·
avtomat və yarımavtomat qurğulardan istifadə
etməklə hazırlanacaq məmulata görə iş yerini
təşkil edir, iş ardıcıllığını müəyyənləşdirir,
uyğun texnologiya seçir və məmulat hazırlayır;
·
ev heyvanlarının bəslənməsi texnologiyalarına
aid bilik və bacarıqlar nümayiş etdirir*;
·
avtomat və yarımavtomat qurğuların iş prinsipini
şərh edir, onları dövrəyə qoşur, idarə edir;
·
xidmət sahələrində mədəni davranış və ünsiyyət
qaydalarını şərh edir;
·
büdcəyə qənaət və şəxsi büdcə haqqında
fikirlərini şərh edir;
·
yaşayış yerində və məktəbdə sadə təmir-tikinti
işlərini aparır, dekorativ bəzək işlərini yerinə
yetirir;
·
aksonometrik proyeksiyalarda verilmiş yuvarlaq
detalları olan məmulatların spesifikasiyasını
şərh edir, qrafik təsvirini, çertyojunu,
texnoloji xəritəsini çəkir və oxuyur.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Emal texnologiyaları
Şagird:
1.1. Emal texnologiyalarının özünəməxsus
cəhətlərini anladığını nümayiş etdirir.
1.1.1. Avtomat və yarımavtomat qurğulardan
istifadə etməklə emal texnologiyalarını şərh
edir.
1.2. Emal prosesinə hazırlıq işlərini
yerinə yetirir.
1.2.1. Avtomat və yarımavtomat qurğulardan
istifadə etməklə hazırlanacaq məmulata görə iş
yerini təşkil edir.
1.2.2. Avtomat və yarımavtomat qurğulardan
istifadə etməklə məmulatın hazırlanması
ardıcıllığını müəyyənləşdirir.
1.2.3. Avtomat və yarımavtomat qurğulardan
istifadə etməklə məmulatın hazırlanması üçün
uyğun emal texnologiyası seçir.
1.3. Verilmiş materiallardan (oduncaq,
metal, plastik kütlə, parça, ərzaq) müxtəlif
məmulatlar hazırlayır.
1.3.1. Verilmiş materiallardan 2-3 mürəkkəb
detaldan ibarət olan məmulat hazırlayır.
1.3.2. 2-3 mürəkkəb detaldan ibarət məmulat
hazırlayarkən tərtibat bacarıqları nümayiş
etdirir.
1.3.3. Qrup tərkibində müxtəlif məmulatlar
hazırlayarkən birgə fəaliyyət bacarıqları
nümayiş etdirir.
1.3.4. Məmulatların hazırlanması prosesində
işin xarakterinə uyğun təhlükəsizlik və
sanitariya-gigiyena qaydalarına əməl edir.
1.4. Şəraitə və təbii imkanlara uyğun əmək
bacarıqları (becərmə, bəsləmə, tədarük, emal)
nümayiş etdirir*.
1.4.1. Ev heyvanlarının bəslənməsi
texnologiyasına aid bilik və bacarıqlar nümayiş
etdirir.
2. Texnika elementləri
Şagird:
2.1. Texnoloji maşın, cihaz və vasitələr
haqqında biliklərə malik olduğunu nümayiş
etdirir.
2.1.1. Avtomat və yarımavtomat qurğuların iş
prinsipini şərh edir.
2.1.2. Avtomatik cihaz və qurğuların iş
prinsipini izah edir.
2.2. Texnoloji maşın, cihaz və vasitələrdən
istifadə bacarıqları nümayiş etdirir.
2.2.1. Avtomat və yarımavtomat qurğuları idarə
edir.
2.2.2. Avtomat cihaz və qurğuları dövrəyə
qoşur, onlara xidmət edir.
3. Məişət mədəniyyəti
Şagird:
3.1. Məişətdə zəruri hesab edilən bilik və
bacarıqlara yiyələndiyini nümayiş etdirir.
3.1.1. Xidmət sahələrində mədəni davranış və
ünsiyyət qaydalarını şərh edir.
3.1.2. Yaşayış yerində və məktəbdə sadə təmir
işlərini aparır, dekorativ bəzək işlərini
yerinə yetirir.
3.2. Ailə və onun büdcəsinin idarəolunması
haqqında bilik və bacarıqlar nümayiş etdirir.
3.2.1. Büdcəyə qənaət və şəxsi büdcə haqqında
fikirlərini şərh edir.
4. Qrafika
Şagird:
4.1. Məmulatların texniki spesifikasiyasını
şərh edir.
4.1.1. Aksonometrik proyeksiyalarda yuvarlaq
detalları olan məmulatların spesifikasiyasını
şərh edir.
4.2. Məmulat və onun detallarının texniki
sənədləşdirilməsi bacarıqlarını nümayiş etdirir.
4.2.1. Aksonometrik proyeksiyalarda verilmiş
yuvarlaq detalları olan məmulatların qrafik
təsvirini, çertyojunu, çəkir və oxuyur.
IX SİNİF
IX sinfin sonunda şagird:
·
elektron texnologiyalarından istifadəyə dair
emal texnologiyalarını şərh edir;
·
elektron texnologiyalarından istifadə etməklə
hazırlanacaq məmulata görə iş yerini təşkil
edir, iş ardıcıllığını müəyyənləşdirir, uyğun
texnologiya seçir, məmulat hazırlayır;
·
ev quşları və heyvanları üçün yem tədarükü və
emalı texnologiyasına dair biliklər, bacarıqlar
nümayiş etdirir*;
·
elektron texnologiyalarla işləyən qurğu və
cihazların iş prinsiplərini şərh edir, layihələr
hazırlayır və təqdim edir;
·
elektron texnologiyalarla işləyən qurğuları və
cihazları dövrəyə qoşur və idarə edir;
·
mədəniyyət ocaqlarında mədəni davranış və
ünsiyyət qaydalarını şərh edir;
·
ailə və onun büdcəsinin formalaşmasında
sahibkarlıq fəaliyyətinin rolunu izah edir;
·
yaşayış yeri və məktəbdə sadə təmir, dekorativ
bəzək və interyer tərtibatı ilə bağlı
təqdimatlar edir;
·
müxtəlif birləşmələri olan məmulatların
spesifikasiyasını şərh edir, qrafik təsvirini,
çertyojlarını, texnoloji xəritəsini çəkir və
oxuyur.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Emal texnologiyaları
Şagird:
1.1. Emal texnologiyalarının özünəməxsus
cəhətlərini anladığını nümayiş etdirir.
1.1.1. Elektron texnologiyalarından istifadəyə
dair emal texnologiyalarını şərh edir,
təqdimatlar hazırlayır.
1.2. Emal prosesinə hazırlıq işlərini
yerinə yetirir.
1.2.1. Elektron texnologiyalarından istifadə
etməklə hazırlanacaq məmulata görə iş yerini
təşkil edir.
1.2.2. Elektron texnologiyalarından istifadə
etməklə məmulatın hazırlanması ardıcıllığını
müəyyənləşdirir.
1.2.3. Elektron texnologiyalarından istifadə
etməklə məmulatın hazırlanması üçün uyğun emal
texnologiyası seçir.
1.3. Verilmiş materiallardan (oduncaq,
metal, plastik kütlə, parça, ərzaq) müxtəlif
məmulatlar hazırlayır.
1.3.1. Verilmiş materiallardan müxtəlif sayda
detallardan ibarət məmulat hazırlayır.
1.3.2. Materialları müxtəlif olan detallardan
məmulat hazırlayarkən tərtibat bacarıqları
nümayiş etdirir.
1.3.3. Qrup tərkibində müxtəlif məmulatlar
hazırlayarkən birgə fəaliyyət bacarıqları
nümayiş etdirir.
1.3.4. Məmulatların hazırlanması prosesində
işin xarakterinə uyğun təhlükəsizlik və
sanitariya-gigiyena qaydalarına əməl edir.
1.4. Şəraitə və təbii imkanlara uyğun əmək
bacarıqları (becərmə, bəsləmə, tədarük, emal)
nümayiş etdirir*.
1.4.1. Ev quşları və heyvanlar üçün yem tədarükü
və emalı texnologiyasına aid bilik və bacarıqlar
nümayiş etdirir.
2. Texnika elementləri
Şagird:
2.1. Texnoloji maşın, cihaz və vasitələr
haqqında biliklərə malik olduğunu nümayiş
etdirir.
2.1.1. Elektron texnologiyalarla işləyən
qurğuların iş prinsipini şərh edir.
2.1.2. Elektron cihazların iş prinsipini izah
edir, layihələr hazırlayır və təqdim edir.
2.2. Texnoloji maşın, cihaz və
vasitələrdən istifadə bacarıqları nümayiş
etdirir.
2.2.1. Elektron texnologiyalarla işləyən
qurğuları idarə edir.
2.2.2. Elektron cihazları dövrəyə qoşur,
onlara xidmət edir.
3. Məişət mədəniyyəti
Şagird:
3.1. Məişətdə zəruri hesab edilən bilik və
bacarıqlara yiyələndiyini nümayiş etdirir.
3.1.1. Mədəniyyət ocaqlarında mədəni davranış
və ünsiyyət qaydalarını şərh edir.
3.1.2. Yaşayış yerində və məktəbdə sadə təmir,
dekorativ, bəzək və interyer tərtibatı ilə bağlı
təqdimatlar edir.
3.2. Ailə və onun büdcəsinin idarəolunması
haqqında bilik və bacarıqlar nümayiş etdirir.
3.2.1. Ailə və onun büdcəsinin formalaşmasında
sahibkarlıq fəaliyyətinin rolunu izah edir.
4. Qrafika
Şagird:
4.1. Məmulatların texniki spesifikasiyasını
şərh edir.
4.1.1. Müxtəlif birləşmələri olan məmulatların
spesifikasiyasını şərh edir.
4.2. Məmulat və onun detallarının texniki
sənədləşdirilməsi bacarıqlarını nümayiş etdirir.
4.2.1. Müxtəlif birləşmələri olan məmulatların
qrafik təsvirini, çertyojunu, texnoloji
xəritəsini çəkir və oxuyur.
(Ardı var)
* Kənd məktəbləri üçün nəzərdə tutulur. |