· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 


B.e ç.a ç C.a C. Ş. B.
  1  2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

Prezident İlham Əliyev paytaxtın Nərimanov rayonundakı Psixonevroloji Uşaq Evinin yenidənqurmadan sonra açılışında iştirak edib

Mayın 4-də Bakının Nərimanov rayonundakı Psixonevroloji Uşaq Evinin yenidənqurmadan sonra açılışı olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

Mehriban xanıma gül dəstəsi təqdim olundu.

Dövlətimizin başçısı və xanımı ilk öncə uşaq evinin əvvəlki vəziyyətini və tikinti işlərini əks etdirən fotoşəkillərə baxdılar.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva uşaq evinin açılışını bildirən lenti kəsdilər və bina ilə yaxından tanış oldular.

 

Bakı Tennis Akademiyasının açılışı olub 

Prezident İlham Əliyev mərasimdə iştirak edib

 

Mayın 5-də Bakı Tennis Akademiyasının açılış mərasimi olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

Mehriban xanıma gül dəstəsi təqdim olundu. Prezident İlham Əliyev və xanımı mərasimdə iştirak etmək üçün xarici ölkələrdən gəlmiş qonaqlarla və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşdülər.

Azərbaycan Tennis Akademiyasının prezidenti, Milli Məclisin sədri Oqtay Əsədov mərasimdə iştirak edən Rusiya Tennis Federasiyasının prezidenti Şamil Tarpişevi, gürcüstanlı məşhur tennisçi Leyla Mesxini və Xorvatiyadan olan nümayəndələri dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev Bakı Tennis Akademiyasının açılışını bildirən lenti kəsdi. Sonra yeniyetmə tennisçilərin nümunəvi çıxışları təqdim olundu. 

Dövlətimizin başçısına məlumat verildi ki, mayın 5-dən 10-dək bu kompleksdə yeniyetmələr arasında xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 86 illiyinə həsr olunan tennis turniri keçiriləcəkdir. Belə bir kompleksin tikilməsi və yarışın keçirilməsi göstərir ki, Azərbaycanda idmanın bu növünə də böyük maraq vardır.

  

 

"Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında" 2008-ci il 10 aprel tarixli 2756 nömrəli sərəncamının 2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya" təsdiq edilsin.

Təhsil Nazirliyinin rəhbər işçiləri və ali məktəb rektorları Heydər Əliyev Fondunda olublar

Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, nazir müavinləri, nazirliyin şöbə və struktur bölmə rəhbərləri, paytaxtda yerləşən ali məktəblərin rektorları ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 5 illiyi ilə əlaqədar böyük öndərin xatirəsinə hörmət və ehtiramlarını bildirmək üçün mayın 4-də Heydər Əliyev Fondunu ziyarət etdilər.

Təhsil işçiləri Fondu gəzərək buradakı zəngin ekspozisiya ilə tanış oldular.

İngilis dili təlim kursunu bitirən müəllimlərə sertifikatlar təqdim olundu

Mayın 1-də Bakıdakı 23 nömrəli orta məktəbdə "British Council" beynəlxalq təşkilatı tərəfindən 7 pilot məktəbinin 55 ingilis dili müəllimi üçün keçirilən birhəftəlik  təlim kursunun başa çatması  ilə əlaqədar  təqdimat mərasimi keçirildi.Tədbiri giriş sözü ilə "British Council"un proqramlar üzrə meneceri Gülşən Hüseynova açaraq bildirdi ki, bu beynəlxalq təşkilat fəaliyyətini Böyük Britaniyanın digər ölkələrlə təhsil və mədəniyyət əlaqələrini inkişaf etdirmək istiqamətində daha da genişləndirir.

"Azərbaycan - dünyam mənim" müsabiqəsinə yekun vuruldu

 

Mayın 7-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr edilmiş "Azərbaycan - dünyam mənim" yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə keçirdiyi müsabiqənin yekun konfransı məktəblilərdən ibarət  xor kollektivinin ifasında Azərbaycan Respublikası Dövlət himninin səslənməsi ilə başladı.

"Gənc kompüter istedadları" I Respublika müsabiqəsinin qalibləri mükafatlandırıldı

Mayın 4-də Təhsil Nazirliyində məktəblilər arasında kompüter layihələri üzrə "Gənc kompüter istedadları" I Respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Tədbirdə təhsil naziri Misir Mərdanov, təhsil nazirinin müavinləri, nazirliyin müvafiq şöbə və struktur bölmələrinin rəhbərləri, AMEA  İnformasiya Texnologiyaları və  Kibernetika institutlarının direktorları, İKT sahəsində ölkəmizdə fəaliyyət göstərən bir sıra şirkətlərin rəhbərləri, müsabiqənin Təşkilat Komitəsinin, münsiflər heyətinin üzvləri, final mərhələsinin bütün iştirakçıları, onların müəllimləri və valideynləri iştirak edirdilər.

Heydər Əliyevin tövsiyələri həyat devizimizdir

Təhsil sistemində islahatların əsas məqsədi ondan ibarətdir ki, Azərbaycanın təhsil sistemi dünya təhsil sisteminin standartlarına uyğunlaşdırılsın... Əgər biz bu yolla gediriksə, qısa bir zamanda Azərbaycanda təhsil sistemini dünya standartlarına çatdıra bilərik.

 Heydər ƏLİYEV

 

 Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və iqtisadi kursun möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində son illər Azərbaycan dünyada siyasi cəhətdən ən stabil ölkələr sırasına çıxmış, iqtisadi inkişaf tempinə görə lider ölkəyə çevrilmişdir. Bütün bunlar ölkəmizdə təhsilin inkişafı üçün hərtərəfli şərait yaratmışdır.

Müasir dünyada hər bir ölkənin uğurlu gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə müəyyən olunur.

"Heydər Əliyev və təhsilin inkişafı" mövzusunda elmi-praktik konfrans

Mayın 7-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda "Heydər Əliyev və təhsilin inkişafı" mövzusunda elmi-praktik konfrans keçirildi. Dövlət himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə BPKİYİ-nin rektoru, professor Asəf Zamanov açaraq bildirdi ki, XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyətlərindən biri elm və təhsilin sürətlə inkişaf etməsidir. Bu sahələrin ön planda olması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin bütün həyat və fəaliyyətinin mərhələlərlə iştirakçıların nəzərinə çatdıran Asəf Zamanov Heydər Əliyevin müdrik kəlamlarını diqqətə çəkdi, öyrənilməsi vacib olan məqamlara toxundu.

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış

(Əvvəli qəzetimizin ötən saylarında)

 

ötən hissədə dünya səviyyəli universitet yaratmağın üç yolundan birincisi - mövcud universitetlərin səviyyəsinin yüksəldilməsi və müasirləşdirilməsi barədə məlumat verməyə çalışmış, nümunə kimi uzun müddət kommunist ideologiyası hökm sürmüş, çində bu istiqamətdə atılan addımlar və əldə olunan nəticələri diqqətinizə təqdim etmişdik.

Təcrübə göstərir ki, dünya səviyyəli universitetlərin yaradılması prosesində idarəetmə sistemini əsaslı surətdə yeniləşdirmədən bu yanaşma uğurla tətbiq edilə bilməz.

İcra hakimiyyəti və təhsil

Davamlı inkişafa hesablanmış addımlar

Şəmkirdə rayon icra hakimiyyətinin təhsilə qayğısını bu cür dəyərləndirirlər

 

Redaksiyamız yerlərdən irəli sürülən təklif və təşəbbüslərə sayğı ilə yanaşaraq təhsil islahatı çərçivəsində bölgələrimizdə görülən işləri, atılan inkişafyönümlü addımları işıqlandırmaq, rayon icra hakimiyyətlərinin təhsilə qayğısı sahəsində toplanmış müsbət təcrübələri yaymaq məqsədi ilə qəzetimizdə ötən nömrədən başlayaraq yeni rubrika açıb.

"Enerji və ətraf mühit" beynəlxalq müsabiqəsində fərqlənənlərə mükafatlar təqdim olundu

Mayın 5-də "Kaspian plaza" otelinin konfrans zalında Norveç təbiəti mühafizə cəmiyyətinin "Enerji və resurslardan səmərəli istifadə" məktəbli proqramının təşkilatçılığı, Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin dəstəyilə 2008-2009-cu dərs ilində təşkil edilən "Enerji və ətraf mühit" adlı beynəlxalq müsabiqənin milli mərhələsində fərqlənən şagird və müəllim işlərinin mükafatlandırılması mərasimi keçirildi.

Dağlarının başı dumanlı Şuşa

Əsası Qarabağ xanı Pənahəli xan Cavanşir tərəfindən qoyulan Şuşanın başını 17 ildir ki, "dumanlar" alıb. 1992-ci il mayın 8-də erməni qəsbkarları tərəfindən işğal olunan Şuşanın hər qarış torpağı tarixi hadisələrin, memarlıq abidələrinin, görkəmli şəxsiyyətlərin, istedadlı insanların məskəni idi.

 Dəniz səviyyəsindən 1400-1500 metr yüksəklikdə yerləşən, dağ-iqlim kurortu olan Şuşa şəhərinin bünövrəsini qarabağlı Pənahəli xan Cavanşir qoymuşdur. Pənahəli xanın ölümündən sonra Qarabağ xanlığı İbrahim Xəlil xanın (1763-1806) dövründə daha da güclənmiş və inkişaf etmişdir.

Şuşa qədim və orta əsrlərin şəhərsalma planı əsasında bina edilmişdir. Şəhər 17 məhəlləsi, sakinləri, adətləri, məşğuliyyətləri ilə tanınmışdır.

Dövlət Proqramı çərçivəsində Fransada 40 azərbaycanlı gənc təhsil alır

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2007-2015-ci illər ərzində müxtəlif sahələr üzrə Azərbaycana  lazım olan  kadr potensialının gücləndirilməsi məqsədilə 5000 gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi nəzərdə tutulmuşdur.         

Dövlət Proqramının icrasına başlanmasından ötən dövr ərzində azərbaycanlı gənclər Fransa, Türkiyə, Rusiya, Koreya, Almaniya və ABŞ-ın ali məktəblərində dövlət hesabına təhsil almaq hüququ qazanmışlar.2007-ci ildə Təhsil Nazirliyinin KNOUS təşkilatı ilə imzaladığı müqavilə çərçivəsində 13, 2008-ci ildə  isə 27 tələbə  Fransaya göndərilmiş və gələcəkdə onların sayının artırılması nəzərdə tutulmuşdur. Həmin tələbələr hazırda Fransanın müxtəlif universitetlərində təhsillərini  uğurla davam etdirirlər.  

British Council-in Azərbaycanda yeni layihəsi - 22

Müəllimlərin, şagirdlərin və ingilis dilini öyrənənlərin nəzərinə!

Xarici dilin öyrənilməsi sahəsində tam yeni və orijinal metodologiya!