· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

"Heydər Əliyev və təhsilin inkişafı" mövzusunda elmi-praktik konfrans

Mayın 7-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda "Heydər Əliyev və təhsilin inkişafı" mövzusunda elmi-praktik konfrans keçirildi. Dövlət himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə BPKİYİ-nin rektoru, professor Asəf Zamanov açaraq bildirdi ki, XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyətlərindən biri elm və təhsilin sürətlə inkişaf etməsidir. Bu sahələrin ön planda olması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin bütün həyat və fəaliyyətinin mərhələlərlə iştirakçıların nəzərinə çatdıran Asəf Zamanov Heydər Əliyevin müdrik kəlamlarını diqqətə çəkdi, öyrənilməsi vacib olan məqamlara toxundu.

Millət vəkili, AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev isə "Azərbaycanda müasir təhsilin inkişafında Heydər Əliyev irsinin rolu"ndan danışdı. Sonra təhsil nazirinin müavini Elmar Qasımov "Heydər Əliyev və gənclərin təhsili" mövzusunda çıxış etdi. öncə qonaqları salamlayan nazir müavini qeyd etdi ki, ulu öndərin həyat və yaradıcılığı ilə bağlı bütün müəssisə və təşkilatlarda tədbirlər keçirilir. Böyük tarixi şəxsiyyətin siyasi uzaqgörənliyi, ordu, idman və mədəniyyət sahələrinə diqqəti, xüsusilə elm və təhsilə göstərdiyi qayğını önə çəkdi. Son beş il ərzində Azərbaycanda tikilən və əsaslı təmir olunan təhsil müəssisələrinin sayının 2700 olduğunu nəzərə çatdıran Elmar Qasımov çoxlu sayda azərbaycanlı gəncin xarici ölkələrdə təhsil aldığını və yüksək nəticələr əldə etdiklərini vurğuladı. Qeyd etdi ki, Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunmasında xüsusi əməyi olmuşdur. Ulu öndərin milli mənəvi dəyərlərinin qorunması sahəsindəki işini hazırda ölkə başçısı İlham Əliyev cənabları uğurla davam etdirir. Nazir müavini çıxışının sonunda bildirdi ki, Heydər Əliyev məktəbi, onun irsi müxtəlif nəsillər tərəfindən daim öyrənilməlidir.

"Heydər Əliyev və Azərbaycan dili", "Heydər Əliyev və milli təhsilimizin metodologiyası" mövzularında BPKİYİ-nin kafedra müdirləri Aydın Paşayev və Fikrət Əliyev çıxış etdilər. Sonra Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru Asəf Zamanov "Heydər Əliyev və təhsilin inkişafı" mövzusuna həsr olunmuş elmi-praktik konfransı yekunlaşdırdı.

 

Fazil İDRİSOĞLU